"Azər Cəbiyevin vəziyyəti xüsusilə ağırdır. Sabah onların müayinəsi üçün saxlandıqları 2 saylı istintaq təcridxanasının rəhbərliyinə müraciət edəcəm"-deyə vəkil Elçin Namazov bildirib
Gəncə şəhərində həbs edilmiş ruhanilərdən birinin – Azər Cəbiyevin vəziyyəti agırlaşıb. Bu barədəFaktXeber.com-a ruhanilərin vəkili Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, A.Cəbiyəv müvazinətini saxlaya bilmir, davamlı olaraq başgicəllənməsindən əziyyət çəkir. "Azər Cəbiyevin vəziyyəti ağırlaşıb. O, müvazinətini saxlaya bilmir, başgicəllənməsindən əziyyət çəkir. Hər iki ruhani məhkəmədəki qanunsuzluqlara etiraz edərək aclıq aksiyasına əl atıb. Dəfələrlə Gəncədəki 2 saylı İstintaq Təcridxanasına gedib aksiyanı dayandırmağı xahiş etsəm də, onlar aksiyanı davam etdirməkdə israrlıdırlar. Hər ikisinin səhhəti pisləşib. Azər Cəbiyevin vəziyyəti xüsusilə ağırdır. Sabah onların müayinəsi üçün saxlandıqları 2 saylı istintaq təcridxanasının rəhbərliyinə müraciət edəcəm"-deyə vəkil Elçin Namazov bildirib. Elçin Namazov əlavə olaraq vurğulayıb ki, üzləşdikləri özbaşınalıqlar barədə ölkə ictimaiyyətindən, insan haqlarını müdafiə edən təşkilatlardan kömək istəyib: “Bu şəxslərin hər iksini ictimai fəal olmalarına, həmçinin hicab qadağasına etdikləri etirazlara görə həbs ediblər. İttiham olunduqları cinayət işləri qurmadır, əsassızdır, sifarişlə təşkil olunmuşdur. Keçirilən məhkəmə proseslərində bu şübhəsiz sübut olunur. Lakin siyasi sifarişin varlığı məsələnin həllinə imkan vermir. Məhkəmələr bu iş üzrə müstəqil deyillər və tapşırıqla qərar verirlər. Ölkə ictimaiyyətinə müraciət edərək vicdan azadlığı pozulmuş və haqsızlığa məruz qalmıw ruhanilərin müdafiəsine dəstək olmağa cağırıram". Xatırladaq ki, Azər Cəbiyevlə Fəxri İlyasov 16 yanvar 2011-ci ildə polis şöbəsində xuliqanlıq törətmə ittihamı ilə həbs olunmuşdur. Onlara qarşı CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış və baxılmaq üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. A.Cəbiyəvin məhkəmə prosesi 04 mayda, F.İlyasovun məhkəmə prosesi isə 06 mayda davam etdiriləcək. |
Комментариев нет:
Отправить комментарий