Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 18 fevral 1895-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur.
Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s. yazmış, “Kommunist” qəzetində, “Molla Nəsrəddin”, "Məzəli", "Babayi- Əmir", "Tuti", jurnalında əməkdaşlıq etmişdir. “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
1943 - Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi adını almışdır.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Qəzəlxan 1 oktyabr 1965-ci ildə Bakıda vəfat etmişdir.
2005-ci ilin oktyabrın 1-də böyük Azərbaycan şairi Əliağa Vahidin anadan olmasının 110 ili tamam oldu. Əliağa Vahid Azərbaycan poeziya tarixinə görkəmli şəxsiyyətlərdən biri kimi daxil olmuşdur.
1914-cü ildə ədəbiyyata "Olmadım bir ləhzə, ya rəbb, mən cahan mülkündə şad" misrası ilə başlanan müxəmməslə gələn şair birinci dünya müharibəsinin, 1918 -1920-ci illərdə xalqımızın başına gələn faciələrin, 1937-ci ilin repressiyasının, ikinci dünya müharibəsinin törətdiyi fəlakətlərin şahidi olub, əzablarını çəkib. Ömrü boyu ehtiyaclı həyat keçirən şair həmin hadisələri çox ustalıqla və ehtiyatla qələmə alımışdır.
adam.az
Комментариев нет:
Отправить комментарий