Deyirəm son zamanlar ölkədə aləm dəyib bir-birinə. Adam heç baş aça bilmir olub-bitənlərdən. Tuthatut, basabasdır. Deyirlər İcitmai Palata yaradıb müxalifət, yaman müzakirələr aparırlar. Mart ayından bəri ölkəni vurublar bir-birinə, mitinq mitinq dalıyca. Telekanallarımız deyirlər ki, yad planetdən gələnlər var, heç bilinmir nə istəyirlər. Biri deyir "torqovı"da şüşə ovuna çıxıblar. Bir qrup isə deyir ki, "dəli olublar eee, bunlar bu firavanlıqda "azadlıq", "istefa" zad qışqırırlar. Günüz günorta çağı "nolubee bunlara".
Onu deyirdim axı. Bu günlərdə kəndçimiz bizə gəlmişdi. Deyir ki, AZTV-də eşitdim ki, bir qrup terrorist şəhərin mərkəzinə ardıcıl hücum çəkib, şüşələri qırıblar. Nə məsələdir sən Allah, jurnalistsən yaxşı bilərsən, danış də, maraqlıdır. Buranı bilmirəm, kənddə hamı İctimai Palataya dua edir. Deyir ki, sağ olsunlar yolumuz pis gündə idi, suyumuz gəlmirdi, kanalzasiyamız tutulmuşdu, illərdi prezidenti görmürdük, sifəti də yadımızdan çıxmışdı. İndi hamını görürük. Mən də öz-özlüyümdə dedim ayıbdır, camaat məni jurnalist kimi tanıyır, qoy olub-bitəni buna danışım. Dedim ki, adə heç nə baş verməyib. Əvvəlcə bir-iki yerdə silah anbarları aşkarlandı. En qədər silah tapdılar. 5-10 nüfuzlu ruhanini basdılar içəri. Dedilər bunlar İlham Əliyevi devirmək istəyirlər. Elə bu xəbərlərdən təzəcə uzaqlaşmışdıq ki, Tunis prezidentinin arvadının təyyarəyə mindirib aradan çıxdığı məlumatı yayıldı. Ardıyca isə, Hüsnü Mübarəki devirdilər. Hələ deyirlər Mübarəki dar ağacından asacaqlar, adına ucaldılan heykəlləri dağıdacaqlar. Hələ o dəli Qəzzafini demirəm. NATO-nu girinc edib. Nə isə, qayıdım Bakıya. Bakıda radikal müxalifət, radikal iqtidarın analoqu olmayan siyasətindən bezib çıxdılar düz şəhərin mərkəzinə ki, tez ol sən də çıx get, kreslonu ver bizə, ölkəni biz idarə edək. Biz yaxşı bilirik bu xalqın dilini. Radikalların çəkişməsi, həbslər və maraqlı televizya reportajları ilə yadda qaldı. Bizim bir neçə müsahibimz vardı. Arada xəbər qıtlığı olanda, müsahibə alırdıq, onları da şüşə sındırdıqlarına görə tutdular. İndi qalmışıq belə. “Başıva dönüm, deyirlər İslamçılar da qızışıblar eee. Onlar nə istəyirlər? Onlar da “Azadlıq” deyirlər.” Dedim axı, onların evlərindən o qədər silah çıxardılar gəl görəsən. Gözləyirdik ki, yəqin qərargahlarından da F-16, tank zad çıxacaq. İslamçılar da qəzəbləniblər ki, “adam kişi olar adə, bizdə tank nə gəzir, dedik hicabı qadağan etməyin, tutub qeyrətli, namuslu kişilərimizi basdınız içəri.” İndi deyirlər ya onları azad edin, ya da 10000 nəfər dindarı tökəcəyik küçələrə. Hacıbala da onlara deyib ki, vallah icazə verərdik, amma biz 10000 nəfərin təhlükəsizliyini təmin edə bilməyəcəyik. Sən Allah belə işlər görməyin, görək nə olacaq. “Qağa, aləm dəyib ki, bir-birinə, indi nə olacaq bəs.” Vallah heç mən də bilmirəm nə olacaq. Kənddəkilərə de ki, şəhərə zada gəlməsinlər. Yoxsa radikal müxalifətçi, islamçı sanıb basacaqlar içəri. Kəndçisən bunları qoy bir kənara, başıma gör nə iş gəlib. Qulaq as bunu kəndəkilərə danışarsan. O gün işdən evə gəldim. Gördüm xanım iki dənə qəbz gətirdi mənə. Öz-özümə dedim, eh yenə işıq pulu, qaz pulu. Baxdım ki, yox, yazılıb ki, sizin su və kanalizasiya borcunuz silinib. Ürəyimdə dedim, Allah İctimai Palatanı yaradanlardan razı olsun. Qəbzə baxanda gördüm ki, sudan 9 manat, kanalzasiydan 98 manat borcumu siliblər. İnanmadım. Dedim necə olur ki, suya qalıq borcum 9 manat, kanalzasiyaya 98 manat olur. Yəni belə çıxırdı ki, suyu açıb buraxmışıq kanalzasiyaya? Sonra fikirləşdim ki, evdə 3 nəfərik, həftənin şənbə-bazar gününü anamgildə oluruq. Yenə bir şey anlamadım. Balacanı çağırdım yanıma. Onsuz da evdə bir şey əskik olan kimi yapışırıq onun yaxasından. “A bala bu nə məsələdir, neynəmisən, kanalzasiyaya 98 manat borc yazıblar? Yazıq körpə, uşaq diliylə başa saldı ki, ata, mənim işim pampersdən o yana getmir axı, vallah mənlik deyil. Dedim bunu iqtisadçılarla müzakirə edəcəm. Axı bu nə məsələdir. 9 manatlıq su borcuna 98 manatlıq kanalzasiya borcu olar? Elə fikirlərlə savaşırdım ki, birdən barmağı dişlədim. Dedim eh, bu da mənim jurnalistim. Bəs bilmirsən ölkədə korrupsiya ilə ciddi və analoqu olmayan mübarizə gedir. Bu da su idarəsinə gətirilmiş yeni sədrin korrupsiya ilə yeni və analoqu olmayan mübarizə üsuludur. Fikirləşdim bunu hansı “Qaynar xəttə” şikayət edim. Öz-özümə söyləndim ki, deyəcəklər əşi bekarsan olmayan qalıq borcunu siliblər, şükür et də. Bax beləcə əziz kəndçim. Radikal iqtidarın mübarizəsi hərtərəfli davam edir. Radikal müxalfət də tutduğunu buraxmır. Deyir yenə mitinq keçirəcəyik, ta ki, İlham Əliyev gedənə qədər... Hə, sən kəndə getsən yaxşıdır, növbəti mitinq yaxınlaşır. Yoxsa səni də tutub basarlar içəri ki, radikal müxalifət kənddən pulla adam gətirib. Mən də görüm növbəti mitinqdə nə çəkə bilirəm. Tural Həsənli |
Комментариев нет:
Отправить комментарий