13.06.2011

Adil Mirseyidin "Ay süvarisi" kitabı işıq üzü görüb


Adil Mirseyidin "Ay süvarisi" kitabı işıq üzü görüb
"Qanun" nəşriyyatında şair Adil Mirseyidin "Ay süvarisi" kitabı işıq üzü görüb.
 Kitab 500 tirajla çıxıb.

Tanınmış şair Adil Mirseyidin poeziyası metofizik, sürreal poeziyadır, amma bu poeziya ənənəvi sürrealizm deyil, XX əsr çeşidli sənət cərəyanlarını (impessionizmi, kubofuturizmi, konseptualizmi, abstraksionizmi) bir rəssam kimi kamil bilən, Türk şeiri gələnəyinə, islam mədəniyyətinə əsaslanan universal poetik sistemdir. Adil Mirseyidin poetik dünyasında heç vaxt çevrə qapanmır – çevrə qapanar-qapanmaz dərhal daha bir çevrə peyda olur və biz hamımız bu kosmik çevrənin içindəyik.

Adil Mirseyid şair, rəssam və esseçidir. O, dörd şeir kitabının və bir monoqrafiyanın müəllifidir. Şeir­ləri alman, ingilis, rus, fransız, eston dillərinə çevrilib, yaradıcılığı bir çox beynəlxalq ödüllərə layiq görülüb. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda və ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılır.

ANN.Az

Комментариев нет:

Отправить комментарий