13.06.2011

Dərdi üstünə dərd gələn Sabirabad

Sel fəlakətinin yoxsullaşdırdığı insanları aclıq, səfalət və quduzluq xəstəliyi təhdid edir 

Ötən ilin yaz aylarında Kür çayının məcrasından çıxması nəticəsində aran rayonları, xüsusi ilə Sabirabad rayonunun yarsı su altında qalmışdı. Evini, əmlakını, torpağını, mal-qarasını itirən minlərlə insan aylarla didərgin vəziyyətdə yaşayıb. 


Ötən il Sabirabadın 30 kənd subasmaya məruz qalsa da, bu il Kür çayı məcrasını aşmadı. Qısa daşıqnlar olsa da, bu kəndlərinə ziyan vurmadı. Sabirbadlılar bu il fəlakətdən “ucuz” qurtuldular. Lakin bu qurtuluş sabirabadlıların bir o qədər də sevindirməyib. Çünki, ötən il düşdükləri ağır vəziyyətdən hələ də çıxa bilməyiblər.

Ötən ildən qalan qorxu...

Ötnə bir il ərzində zərərçəkən əhali kənd təsərrufatı ilə məşğul ola bilməyib. Çünki, düşdükləri ziyanın məbləğini kompensasiya edən yardım ala bilməyiblər. Qeyd edək ki, daşqınlar may ayına təsadüf etdiyindən rayon sakinləri təsərrufata qoyduqları maya tamamilə əllərindən çıxıb. Dövlət qurumları isə bu zərərənin qarşılığını onlara vermək istəmir.
Bundan başqa, insarlar su altında qalmış ərazilərdə yenidən təsərrufatla məşğul olmağa qorxurlar, çünki daşqın təhlükəsi sovuşmayıb.
Orta hesabla bir kənd sakininə 10 min manatdan çox ziyan dəysədə ödnəilən kompensasiya bunun yanında çox azdır. Məsələn, 1 hektar torpaq sahəsində taxıl əkmək üçün kənd sakininin 600 manatdan çox pula ehtiyacı var. Amma konpensasiya veriləndə bu hallar nəzərə alınmayıb. Konpensasiya verilən zaman kəndçinin torpağa qoyduğu maya nəzərə alınmayıb. Icra sturukturları vəsaitləri özləri bildikləri formalarda bölüşdürüb. Daşqın zamanı su altında qalan hər hektara 250 manat ayırıb. Bu məbləğ sakinlər arasında narazılıq yaratsa da, heç kim səsini çıxarmayıb.

Bir tərəfdə tikilir, bir tərəfdən sökülür…

Kür çayı sahilində yerləşən Mürsəlli və Şıxlar kəndində yüzdən çox evin daşqın zamanı tamailə dağılmasına görə sakinlər məktəblərdə yerəlşdirilmişdi. Həmin kəndlərdə sakinlər üçün yeni evlər tikilib və paylanıb.
Hazırda Ətçələr və Həşimxanlı kəndində Kür çayının ətrafında olan evlərin köçürülməsi planı üzərində iş gedir. Amma sakinlər köçürülmə planından narazıdırlar. Həmin ərazidə bəndlərin bir qədər yüksəldilməsi əhalini təhlükədən sığortalaya bilər. Amma hökumət qurumları əhalini köçürmək kimi bahalı layihədə israrlıdır.

Dəymiş ziyan ödənilmir 

Rayonun Mürsəlli və Ulacalı kəndlərində onlarla ev uçmasa da, ciddi zədələnib. Lakin mülklərin sahiblərinə dəymiş ziyan müəyyən edilməyib. Konpensasiyaların verilməsi zamanı sakinlər arasında ciddi narazlıq yaradıb. Ulacalı sakinlərindən biri deyir ki, evini su basması nəticəsində 100 min manat ziyan dəyib: “Kür çayının daşması nəticəsində iki mərtəbli evim su altında qalıb. Evimin bünövrəsinə ziyan dəyməyib. Həyat-bacımı su basıb, dəymiş ziyanı özüm hesablamışam. Mənə də 100 min manat zərərə dəyəsə də onu ödəməyiblər”.

Fəlakəti gətirən fəlakət...

Fəlakət bölgəsində sakinlərin daha bir problemləri isə icməli su qıtlığıdır. Rayonun bəzi kəndlərində bu problem daha kəskin xarakter alıb.. Sakinlər Kür çayından istifadə üçün yararlı su götürə bilmirlər. Dövlət yardımına möhtac olan insanlar suyu pulla almağa məcburdurlar.
Su problemə Sabirabadın bir çox kəndlərində mövcuddur. Sakinlərin sözlərinə görə, problemi Su Təsərrüfatı İdarəsinin rəisi Mirəziz Əzizov yaradır. İdarənin 100-dən artıq əməkdaşının əməkhaqları da verilmir. Sakinlər deyirlər ki, idarə su pulunu vaxtı-vaxtında yığsa da, əhali susuz qalıb.

İşıq və təhsil problemi...

Sabirabadda problemlərdən biri də elektrik xətlərinin yararsız olmasıdır. Qış aylarında təxminən rayon sakinləri cəmi 0bir neçə elektrikdən istifadə edə bilirlər. Bəzi kəndlərdə elektrik xətlərinin dayaqları yarasız vəziyyətdədir. Dirəklərin hər an uçmaq təhlükəsi olsa da tədbirlər görülmür.
Qeyd edək ki, rayon Elektrik idarəsində korrupsiya yoxlamaları həyata keçirilib. Uzun illər korrupsiya yuvası olan bu idarədə bir neçə ay davam edən yoxlamaların bir nəticəsi olmayıb.
Rayonun daha acınacaqlı vəziyyətdə olan sahələrdən biri də təhsildir. 7-8 kənd orta məktəblərindən olan 100-dən çox məzunlardan yalnız bir və yaxud ikisi ali məktəbə üz tutur. Yerdə qalanlar isə orta məktəbi güclə bitirirlər. Bu da rayonda təhsilin keyfiyyətinin daha da aşağı vəziyyətdə olmasının göstəricidir. Sakinlər deyirlər ki, məktəblərdə şagirdlərə dərslər keçirilmir. Müəllimlərində dərs keçməkdə maraqlı olmadıqları iddia edilir. Deyirlər ki, uşaqların məktəbə gətirilməsində orta məktəb direktorları maraqlı olmurlar. Bəzi valideynlər isə məktəb direktorlarından fərqlənmirlər. Övladlarının əkin sahələrində işləmələrini məktəbə getməkdən daha üstün tutan valideynlərdə var.

Bərbad vəziyyətdə olan səhiyyə...

Səhiyyə sahəsində də ciddi problemlər var. Rayonun kiçikr mərkəzi xəstəxanası var. Bərbad vəziyyətdə olan xəstəxananın binasının sonuncu dəfə nə vaxt təmir edildiyi sakinlərin yadına düşmür. Obrazlı desək bu xəstəxanaya sağlam girib, xəstə çıxmaq olar. Rayonun bütün kəndlərində tibb məntəqələri var. Guya həmin məntəqələrdə xəstələnən kənd sakinlərinə ilkin tibbi yardım göstərilir. Lakin həmin məntəqlərin heç biri fəaliyyət göstərmir.

Quduzluq xəstəliyi tüğyan edir

Ötən il Kür çayı daşanda Sabirabad rayonunda bir çox xəstəliklərin yayılacağı barədə danışanlar da var. Zaman keçdikcə deyilənlər öz təsdiqini tapır. Rayonda sel fəlakətdən sonra bir çox xəstəliklər yayılıb. Quduzluq xəstəliyi isə tüğyan edir. Bu xəstəliyin yayılmasına səbəb ev heyvanlarının insaları dişləməsidir. Meşələri su basdıqdan sonra vəhşi heyvanlar kəndələrə daraşaraq ev heyvanlarına, insanlara hücm edir. Amma rayoun baytarlıq idarəsi bu istiqamətdə tədbirlər görmür. Təkcə may ayında Həşimaxlı və Ətcələr kəndində quduzluq xəstəliyinə yoluxmaq ehtimalı olvn 60 nəfər xəstəxanalara müraciət edib.

Yeni icra başçısı abadlaşdırır 

Sabirabada yeni təyin olunmuş icra başçısı Nazim İsmayılov Kürkənd kəndində magistral yolun kənarında abadlıq işlərinə başlayıb. Bu abadlıq işlərinin rayon sakinlərinin xeyri dəyib. Çünki həmin magistral yolun kənarında kənd sakinlərinin evləri yerləşir. Sakinlərdə daş hasar çəkməyə imkanları olmadığı üçün taxtadan yararsız hasarlar çəkmişdiklər. Yeni icra başçısı həmin hasarları sökdürərək, daş hasardan çəkməyə başlayıb.
Bundan başqa, Sabirabadın avtovağzalında da təmir işlərinin aparılması başlanıb. Hələ üç il əvvəl bu avtovağzalda təmir işləri aparılıb, büdcədən də bu məqsədlə xeyli pul ayrılıb. Lakin araşdırmalar zamanı məlum olub ki, avtovağzalda heç bir təmir işləri aparılmayıb. Sabirabadın yolları da dəhşətli durumdadır. Ötən il rayonun yol problemini həll etmək üçün büdcədən 3 milyon manat ayrılmışdı. Lakin bu pulun hara sərf olunması məlum deyil, bir şey dəqiq bəllidir ki, 3 milyon manat yolların abadlaşdırılmasına sərf olunmayıb.

Hacı ZEYNALOV                      Bakı - Sabirabad - Bakı                              "Bizim yol"

Комментариев нет:

Отправить комментарий