11.06.2011

Azərbaycanlı alim Harvard Universitetində

Fəlsəfə elmləri doktoru, professor Rahid S. Ulusel (Xəlilov) Amerika Birləşmiş Ştatlarının məşhur Harvard Universitetində keçirilən İkinci Beynəlxalq Konfransda ölkəmizi təmsil etmişdir.
Professor Rahid S. Uluselin “Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi” mövzusuna həsr olunmuşdur.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konsepsiyasından çıxış edən natiq ölkəmizdə sivilizasiyalararası dialoqun beynəlxalq səviyyədə təşviq edildiyini diqqətə çatdırmışdır. Bu məruzənin Harvard konfransında dinlənilməsi, beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, Azərbaycan aliminin bu mövzu kontekstində dövlətimizin humanitar siyasətinə uyğun olaraq görülən işlərin layiqli davamıdır.
Qeyd edək ki, Rahid S. Uluselin 17 kitabı, 200-ə qədər məqaləsi Azərbaycanda və xaricdə çap olunmuşdur. Alim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun Dissertasiya Şurasının üzvü, Beynəlxalq Biokosmologiya Assosiasiyasının Asiya üzrə vitse-prezidenti, “Biokosmologiya – neo-Aristotelizm” jurnalının Redaksiya Heyətinin, Fəlsəfə Federasiyalarının Ümumdünya Cəmiyyətinin 
və digər mötəbər təşkilatların üzvüdür. O, Harvard konfransından öncə, XXII Dünya Fəlsəfə Konqresi (Koreya, Seul, 2008), III Qlobal Sivilizasiya Konqresi (İsrail, Yerusəlim, 2009), VIII Dünya Konqresində (İsveç, Stokholm, 2010) və bir sıra digər nüfuzlu beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir. 

Комментариев нет:

Отправить комментарий