04.06.2011

Azərbaycanlı rəssamın Moskvada sərgisi açılıb


19 mayda Moskva şəhər Muzeyində tanınmış azərbaycanlı sənətkar, Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Sülh, Dostluq, Məhəbbət.” devizi altında  fərdi yaradıcılıq sərgisinin  açılışı olub.Açılışda Azərbaycanın Moskvadakı səfirliyinin, Azərbaycan diasporunun, Rusiya ictimaiyyətinin nümayəndələri, elm və incəsənət xadimləri rəssamı təbrik etmiş, onun Azərbaycan mədəniyyətinin rusiyada təbliğində, dosluq əlaqələrinin möhkəmlənməsində xidmətini xüsusi qeyd etmişlər. Sərgidə rəssamın son dördə yağlı boya ilə, akvarellə, qarafik üslubda yaratdığı mənzərələr, natrümortlar, portretlər nümayiş etdirilir.
Moskva şəhər dumasının deputatı, şəhər mədəniyyət komitəsinin sədri Yevgeni Vladimiroviç Gerasimov Əsgər Məmmədov və Tahir Slahov kimi Azərbayacanlı rəssamlarla dostluğu ilə fəxr etdiyini, Əsgər Məmmədovun Rusiya Dövlət Dumasına keçirilən sərgisinin də böyük uğurla qarşılandığını söylədi.
Rusiya Rəssamlar Birliyinin və Beynəlxalq Rəssamlıq Federasiyasının vitse-prezidenti Petr Nikolayeviç Çipsiyev  sərginin açılış mərasimində mədəniyyətin inkişafında xidmətlərinə görə Əsgər Məmmədova gümüş medal təqdim edib.
Beynəlxalq Yaradıcılıq Akademiyasınını həqiqi üzvü, Rusiyanın Əməkdar incəsənət xadimi, I ranqlı kapitan Pavel Platonoviç Boyko özünəməxsus dəsti-xətti olan rəssamın bu sərgisini yaradıçılığında yeni bir pillə, uğur olduğunu qeyd etmişdir. Ə.Məmmədovun parlaq koloritlə işlənmiş natrümort və mənzərələrində təbiilik və gözəllik dərin məna kəsb edir. O çıxışında “əsgər” sözünün mənasının həm də döyüşçü olduğunu  qeyd etdi. Rəsmlərinin çox böyük hissəsinin faciəvi şəkildə məhv oldyuğuna baxmayaraq, o səməndər quşu kimi yenə özündə güc tapa bilmiş və bugünkü rəsmləri də bunu sübut edir. O həm də beynəlmiləlçi rəssamdır, onun Rusiya mövzusunda gözəl işləri də buna sübutdur.
“Şəhriyar” ədəbi-ictimayi məclisinin katibi şair Sultan Mərzili Əsgər Məmmədovun da dahi Üzeyir Hacıbəyovu, dünya musiqi korifeylərindən Karuzo və Şalyapinlə müqayisə olunan Bülbülü, Rəşid Behbudov və başqa istedadlı şəxsiyyətləri yetirən Qarabağda doğulduğunu qeyd etdi. Bu gün erməni işğalçılarının xarabazara çevirdiyi  bu torpağın harayları sərgidə nümayiş etdirilən “Xocalı harayı”, “Xarı bülbül”, “Cıdır düzündə” və başqa rəsmlərdə əks olunub. Lakin bu rəsmələrdə işıqlı bir ümid, qələbə ümidi də var. O qeyd etdi ki, Əsgər Məmmədov rəssamlığı ilə bərabər həm də Ümimittifaq Kinomatoqrafiya İnstitutunu bitirib, Azərbaycanın mültipikasiya üzrə ilk professional kinirejissorudur,15-dən yuxarı cizgi filmləri çəkib, bu filmlərin bir çoxu indi də  populyardı. Onun rəsmləi poeziyanın fəlsəfəsi ilə fəlsəfənin poeziasının harmoniyasıdır. Çünki Qarabağda doğulan rəssamın tar, saz, tütək kimi musiqi alətlərində ifaçılıq bacarığı da var, o poeziya və musiqinin də vurğunudur.
Soy kökü Qarabağdan olan gənc məktəbli, Böyük Bülbülün əsl adını daşıyan Murtuza Məmmədov da rəssamlığın sirlərini öyrəndiyi müəllimini təbrik etdi, ona növbəti sərgisinin Qarabağda keçirilməsini arzulamağı isə xüsusi alqışlarla qarşılandı və hamını mütəəssir etdi.
Axırda Ə. Məmmədov çıxışında qonaqlara təşəkkür edərək sərginin açılışında xidmətləri üçün Moskva Muzeyinin baş rəssamı V.M.Xaninə, Muzeyin Baş Direktoru Q.İ.Vedernikovaya və iş adamı Oqtay Orucova minnətdarlığıını bildirdi.  Sərgi bir ay müddətində davam edəcək.
kultaz.com

Комментариев нет:

Отправить комментарий