04.06.2011

“Kafka” mükafatı Con Banvillə verildi

Nüfuzlu “Frans Kafka” ədəbiyyat mükafatının qalibi bəlli oldu. Bu il mükafata irlandiyalı yazar Con Banvill layiq görülüb.
Mükafat Çexiyanın “Frans Kafka dərnəyi” tərəfindən verilir. “İrish Times” nəşrinə açıqlama verən yazar keçmişdə bu mükafata layiq görülən nüfuzlu yazarlar sırasında olmaqdan qürur duyduğunu deyib.
İrland yazar, “Özümü irland yazıçı olmaqla bərabər, beynəlxalq bir yazıçı kimi də düşünməyi sevirəm. Mükafatı bunun fərqinə vararaq, almışam” dedi.
Bəzi əsərlərini “Benjamin Black” adıyla yazan Banvill, indiyə qədər “Dəniz”, “Günəş tutulması”, “Ruhlar” və “Atena”nın da daxil olduğu 18 romana imza atıb.
Yazıçı 2005-ci ildə “Man Booker” mükafatına layiq görülüb.
“Frans Kafka Dərnəyi”nin 2001-ci ildən bəri verdiyi mükafata əvvəllər Harold Pinter, Filip Rot və Haruki Murakami kimi dünyaca məşhur yazarlar layiq görülüb.

Комментариев нет:

Отправить комментарий