08.06.2011

BAKININ YENİ ZİBİL QUTULARI

Ancaq Azərbaycanda bu cür zibil qutularından istifadə olunur



Yəqin ki, bu yaxınlarda saytımızda dərc olan “Ancaq Azərbaycanda” məqaləsini oxumusunuz. Həmin məqaldə Azərbaycanda yazılmamış qanunlardan və vətəndaşların malik olduqları qeyri-adi təfəkkürdən yazılmışdı. Artıq gündəlik olaraq paytaxtda apardığım müşahidələr, səbəb olub ki, həmin məqaləyə yeni bəndlər əlavə edim.
Beləki, Neft Akdemiyasının yanından keçirdim. Əlimdə zibil qutusuna tullanacaq kağız var idi. Gözüm ətrafda zibil qutusu axtarsa da, heç nə tapa bilmədim. Amma əksinə olaraq yerə basdırımış bir dirək gördüm. Dirəyin balaca olan yirtığı zibil ilə dolmuşdu. İlk öncə fikirləşdim ki, bəlkə Hacıbala müəllim Bakıya yeni analoqu olmayan zibil qutuları gətirib. Heç də fikirləşdiyim kimi deyildir. Sadəcə olaraq içərisi zibil ilə doldurulan dirək, maşınların əraziyə buraxılmasının qarşısının alınması üçün basdırılmışdı.
  

 
Çox qəribədir günü-gündən analoqu olmayan inkişafla irəli gedən Bakının mərkəzi küçələrində zibil qutusu niyə yoxdur? Görəsən Hacıbala müəllim hara baxır? Yəqin bu da yeni inkişaf növdür.



http://faktxeber.com/

Комментариев нет:

Отправить комментарий