04.06.2011

BƏYLƏR ƏYYUBOVUN BACISI OĞLU ROBERT YENƏ DALAŞIB?

"Youtube" video paylaşım saytında Bəylər Əyyubovun bacısı oğlu Robert Əyyubovun şəhərin mərkəzində avtomobilindən düşərək naməlum şəxslə dalaşması iddia olunub



FaktXeber.com-un verdiyi məlumata görə, Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəhbəri, general Bəylər Əyyubovun bacısı oğlu Robert Əyyubov, yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə Robert Əyyubovun diqqət mərkəzinə düşməsinə səbəb şəhərin mərkəzində dava-dalaş salması olub. 
"Youtube" video paylaşım saytında Bəylər Əyyubovun bacısı oğlu Robert Əyyubovun şəhərin mərkəzində avtomobilindən düşərək naməlum şəxslə dalaşması öz əksini tapıb. Video-rolikdəki avtomobilini işıqforda saxlayaraq polislərin yanında dalaşan şəxsin Robert Əyyubov olduğu iddia edilir.

1 комментарий: