14.06.2011

Günün şeiri, yoxsa modern şeir?


Sayman Aruz
MÖDERN ŞEİR HAQQINDA BƏZİ QEYDLƏR
“Modern şeir” termini, “modernizm” və Avropada modern cərəyənlarla tanışlığımızdan sonra bizim ədəbi aləmimizə daxil oldu, Avropa şairlərinin, (xüsusilə, Fransız simvolistlərinin) əsərlərinin tərcümələrini oxuyandan sonra, modernist yaradıcılıq istiqamətinə meyil artdı.
Bu hədsiz və hesabsız təbəddülatdan sonra bir çox şairlər və müasir nəzəriyyəçilər bir növ şaşqınlıqlara, doğru olmayan baxışlara düçar oldular. Başqa bir iddə bu deyimin modern şeirin gözəlliyinə məftun oldular, bu istilahın həqiqi vəznini dərk etmədən bəzi mülahizələrini bu deyimin ətəyinə baxiyadılar.
Modern şeirə bizim baxışımız   
Bizim cəmiyyətimizdə çətinliklərin əsası oradan su içir ki, bir sıra tarixi məfhumlara, mədəni-siyasi lüğətlərinə, deyim və sitilalarına, bir çox ifadələrə və nəzəriyyələrə tərcümələrdən sonra (özüdə qüsurlu, başa düşülməz doğru olmayan fərziyyələrlə təfsir edirik.sonra işin gedişi üçün həmin doğru olmayan məfhumlar “dəbə” çevrilir və bizim təfəkkürümüz onların zahiri gözəlliklərinə məftun olur.
Həmin “modern şeir” terminindən bəhrələnərk bizim ədəbi dairələrimizdə də bu qəbildən olan düşüncəyə düçar olurlar. Çünki, ədəbiyyatda “modern və modernizm” terminlərinin səthi və düzgün olmayan ifadələri işlətməklə bir sıra anlaşılmaz lüğətləri və ifadələri “na mənus” sözləri işlətməklə şeir aləmində modernizmin tətbiq etdiklərini təsəvvür edirlər.
Modern şeir bir siyasi cərəyandır ki, Avropada mövcud olan tarixi təkamül və dəyişikliklər üzərində meydana gəlmiş və renesansdan sonra ayaq tutub yerimişdir.
Avropa Ədəbiyyatı orta əsrlərdə müəyyən durğunluq dövrü keçirdikdən və ənənəvi keçidlərdən müəyyən təcrübə qazandıqdan sonra müxətlif sahələrdən xüsusilə ədəbi yaradıcılıqdan əlini üzdü və bir neçə on illər təcrübədən sonra fikir aləmində buzlaşmanı əritdi və modern təcrübəyə qovuşdu.
Hazırda “modernizm” və “modern şeir” terminləri ilə qarşılaşdığımı zaman hər şeydən qabaq bizim modernizmə və modern ədəbiyyata verdiyimiz tərif onun tarixi-mədəni durumunu, sonra isə modern şeirə münasibətimizi təqdimimizi əhatə etməlidir.
Mən bu fikirdəyəm ki, əgər bizim “modern” şeirdən məqsədimiz “modern şeir” və ümumi halda modernizmlə bağlı olan cərəyanlardırsa biz hələ də “modern” və “modernist” ədəbiyyatın tarixi təəccüblərinə çatmamışıq. (amma onunla qovuşmalıyıq . Biz bu təcrübənin axtarışı yollarındayıq, məhz indiki mərhələdə qərar tutmuşuq, bizim modern şeir barədə məlumatmız məhz tərcümələrdən əldə etdiklərimizdi, nəinki ondan daha geniş aləmdən.
Mədəni təbəddülat  aləmində bizim ətrafımızda baş verən hadisələrin “ümumi dünya2 şüraı altında reallaşdığından bizim təəssüratımızı modernizm və ondan sonra “modern şeir” çərçivəsinə daxil edir. Amma demək lazımdır ki, bizim bu təəssüarıtmız heç vəchlə obyektiv təcrübə, modernizm və modern şeir ifadələrinə əsaslanmır.
Modern şair, yaxud bu günün şeiri?        
“Modern şeir” barədə düzgün idarkın qazanılması üçün “Modern şeir” (əgər bizim məqsədimiz yenilik və bu günkü şeirə yeni münasibət məsələsidirsə) “modern şeir” əvəzinə, “Bu günün şeiri” ifadəsindən istifadə etsək şeir barədə daha aydın təsəvvür təqdim edə bilərik.
Bu günün şeiri:
Bu günün şeir , “Dünənin şeiri”, ya keçənlərin şeiri onun təqvim məfhumu ifadəsindən daha aydın baxışdır. Bu günün və dünənin şeirinin sərhədlərini müəyyənləşdirmək daha aydın bölgüdür. Dünənin və bugünün şeiri arasında bu bölgü xətti zaman, təqvim barədə meyardır, şeirin sənətkarlıq, poetikliyini və mahiyyətini müəyyənləşdirmək üçün deyil. Bu bölgünün özü tənqdiə və dəqiqləşdirməyə ehtiyacı vardır. Amma “yeni şeir” barədə bəzilərinin düzgün olmayan və uydurmalarının qarşısını almaq zəruri olan haldır. Bu baxışın bütün nöqsanlar ilə qəbul etməyə ehtiyacımız yoxdur.
Bu günün şeir müasir şairin hadisələrin və əşyaların müşahidəsini yetişdirməsilə yaşayır, dərk etmə mərhələsi və şairanə hisslərdən sonra onları zehnin ən mühüm nəticəsi kimi təhvil verir.
Bu günün şeirinə formalardan ən mühüm ünsür şairin həyata yeni baxışıdır. Yeni baxış!
Yəni yeni səliqənin dərki və onu müsbət nüyasnlarla qiymətləndirmək. Bu yeni baxış təkcə bugünün dilini məsəslənin izahında fəaliyyətə cəlb etmək deyil, yeni təzahür və hadisələr barədə deyimlərdir ki, şeir məhz onun vasitəsi ilə ətə-qana dolur.
Dildə yeni nüyanslar 
Bu günün şeirində dilə yeni münasibət çox gərəkli məsəslədir. amma dilin tutumuna və lüğətin mədəni baxımdan diqqət yetirmək çox mühümdür. Işin bu cəhətinə diqqət yetirilməlidir ki, yeni lüğətləri fəaliyyətə və bu günün ifadələri qəsdən istifadəyə cəlb etmək heç bir baxımdan şeirdə yenilik kimi tələqqi edilməməli, bəlkə əsas məsəslə bundan ibarət olmalıdır ki, yenuilik dildə təbii şəkil almalıdır ki, onun səmimi mahiyyəti qorunub saxlansın.
Deməli bu günün şeirində novatorluq məsələsini əhəmiyyini nəzərə alınarkən yaxşı olar ki, şeirdə yenilik cərəyanına diqqət yetirən şair navator olsun və bu yenilik onun gündəlik adətinə çevrilsin.

Комментариев нет:

Отправить комментарий