03.06.2011

Hazırki dövrdə internet media


Emil Quliyev             Professional Oxucu Liqası

Artıq bir neçə ildir ki, ölkəmizin internet mediası yüksələn xətt üzrə inkşaf edir. Eyni zamanda internet medya qurumlarının- internet televiziya və radyoların, xəbər portallarının, internet qəzetlərin və s. say və keyfiyyət qrafiklərində güclü artım müşahidə olunur. Xüsusən gənclərdən təşkil olunan jurnalist-reportyor kollektivlərinin aktiv fəaliyyəti bu qurumların çoxlu sayda oxucu-izləyici kütləsi qazanmasına yardımçı olur. Lakin hər bir sahədə olduğu kimi, bu istiqamətdə də problemlərin olması danılmazdır.
Hazırki dövrdə internet medianın öndə gələn problemlərindən biri və bəlkə də birincisi maliyyə resuslarının azlığıdır. Məhz bu səbəb internet medianın inkşafında ləngimələrə yol açır ki, bununla da bir sıra qurumlar öz fəaliyyətlərində müxtəlif çətinliklərlə üzləşirlər. Əvvəldə də qeyd etdiyim kimi, online medyada çalışanların əksəriyyəti gənclərdən ibarətdir. Gənclərin bir çox hissəsi isə "könüllü fəaliyyətlə" məşğul olmaq istəmir, gördüyün işin qarşılığında əməkhaqqı və ya məvaciblə təmin olunmağı tələb edir. Bu təbii bir prossesdir. Ancaq maliyyə imkanlarının məhdudluğu, reklam sifarişlərinin azlığı və donor təşkilatların demək olar ki, olmaması həmin gənclərin maaşlarla təmin olunmasında çətinliklər yaradır.
Digər problemlərdən biri də internet media nümayəndələrinin rəsmi və xüsusəndə " tanınmış" şəxslərdən müsahibə ala bilməməsidir. Şəxsi müşahidələrimə əsaslanaraq onu da vurğulaya bilərəm ki, bu cür hadisələr həmin insanların yerli internet mediasına olan laqeydliyindən və etinadsızlğından irəli gəlir. Bu cür halların yaşanması arzuolunmazdır. Çünki bu laqeydliklər ölkəmizin internet  mediasının tərərəqqisi yolunda böyük maneələr yaradır.
Ümumilikdə isə ölkəmizin internet mediasının fəaliyyətini qənaətbəxş hesab etmək olar. Problemlər isə həmişə olub və olacaq. Ümid edirəm ki, zaman keçdikçə bu məsələlər öz yerini tapacaq və ən yüksək səviyyədə həll olunacaq. Mən isə inşallah növbəti yazılarım da bu mövzuya yenidən qayıtmağa çalışacağam.

Комментариев нет:

Отправить комментарий