06.06.2011

Küçük İskəndər: "Çəkisiz mühitdəki şizofrenya"


                        İstanbulda qəhbə olmaq böyük üstünlüklər verir adama


Küçük İskəndər-"Çəkisiz mühitdəki şizofrenya"


Adi günlərdən biriydi. Səhər erkəndən qalxıb ovuclarımı kəsdim. Qan laxtalandıqdan sonra baxçaya çıxıb göy üzünü seyr etdim həyəcanla. Buludlar baş alıb gedir, hava cizgi filmlərdəki kimi görünürdü. Evə qayıdıb bir neçə dostuma, anama, atalarıma və tanışmaq üçün əldən ayaqdan getdiyim dövlət böyüklərinə zəng etdim. Tanrıların hər yerləri ağrıyır. Heç kim mənə sirlərini demir. Qurduğum münasibətlər özündən sonra ləkə qoymadan bitir. Kaminin içinə cəsəd gizlədəcək qədər də varlı deyiləm. Neoklassik gözlərimlə, postmodern dodaqlarım uyğunlaşmağa çalışır əslində. Tənhalıqla aramızdakı əzəli rəqabətdə, ucuz yumor hissimlə yenə mən qalib gələcəm. 

İstanbulda qəhbə olmaq böyük üstünlüklər verir adama. Dar küçələrlə dərinliyə doğru getdikcə ürək döyüntüləriniz artır. Qanun-qaydanın itdiyi yerlərdən keçdikcə insan vücudu üçün darıxır, əti üçün darıxır. Deyəcək sözüm yoxdur daha. Təzə bir sevgiyə tutulana qədər, çəkisiz mühitlərdə şizofrenya dərsləri alacam. Məndəki görünüşə baxdıqca qız uşaqlarının penisi böyüyür. Rakıya qapılmış oğlan uşaqları, keyfiyyətli sərxoşluq xəyalları görərkən, qaranlığını borc istədiyim gecənin saçları hələ də valehedicidir. Narahat bitkilər, güclü heyvanların arxasına gizlənib. Mənsə dayanıb hara yoxa çıxdıqlarını düşünürdüm. Sahibsizdim, hələ də bir müdirim yox idi. Bir qədər spirt ruhumdakı terroristi sakitləşdirə bilər bəlkə. Bəli dərhal içməliyəm. Axmaqlığıma təsir edə biləcək cinayətlərə qarışmalıydım. Adi bir gün idi, səhər erkəndən oyanıb ovuclarımı kəsdim.

Pessimist

- “Üzünün yarısını mənə verəcəksən!”
Üzümün bir yarısı intihar edən sevgilimin arxasınca getdi. O biri yarısı kino artisti olmaq üçün evdən qaçdı

- “Əllərinin biri mənim olsun!”
Əllərimdən birini ən böyük sevgimin saçları arasında itirdim. O biri həbsə düşüdü.

-“Uşaqlığının ən gözəl günlərini mənə hədiyyə et!”
Uşaqlığımın ən gözəl günlərinin bəzilərini qurdlar yedi. Yerdə qalanını isə uşaqları qoruma dərnəyini bağışladım.

-“Ümidlərinin eynisindən mənə də sifariş ver!”
Ümidlərimin bir qismindən hüznümə ləzzətli bir sous hazırladım. Yerdə qalan qismini övladlıqdan rədd elədim.

-“Heç kimin tanımadığı yerlərə gedək!”
Heç kimin tanımadığı yerlərin biri hissəsi yuxular altından qaldı. Digər hissələrinin tikintisi hələ də davam etməkdədir.

-“Hər şeyi mənə danış!”
Hər şeyin bir parçasından faciə yaratdılar. Yerdə qalanlarını yığıb kolbasa sexinə verdilər.

-“Qəlbinin təmizliyi ilə məşğul olmaq üçün günəmuzd işləyə bilərəm.”
Qəlbimin bir mərtəbəsinin təmizliyinin kainatın sonsuzluğu məşğul olur. O biri mərtəbələrində onsuz da başıbəlalı tənhalıq yaşanmaqdadır.

-“Heç ayrılmayaq!”
Ayrılıqların böyük əksəriyyəti ruhun iqlimini yaradır. Sən bədbinsən, mən həyatsevər. Ayrılıq azlıqları bitki örtüyündən ibarətdir : Səndə kaktuslar var, məndə süni dibçək çiçəkləri.

-“Gicləyirsən artıq!”
Gicliklərimin üzündən kimisini həyattan məhrum etdim. Kimisini içki bilib içdim.

Sən ən yaxşısı tapdalamağa bir mina tap və məni unut !

Tərcümə : Namiq Hüseynov

Комментариев нет:

Отправить комментарий