21.06.2011

Nəcibə Babayevanın övladları icra başçısı və prokuroru ittiham etdilər

“Anam öldürülməzdən əvvəl deyirdi ki, bazarı əlimdən almaq istəyənlər ona qənim kəsilib, buna görə də 3-4 ay idi işə də getmirdi”


Beynəlxalq Mətbuat Mərkəzində keçirilən konfransda 2010-cu il sentyabrın 15-də yaşadığı ünvanda öldürülən Xaçmazın mərkəzi bazarının sahibi Nəcimə Babayevanın övladları Gülnara və Fuad Həbibovlar hüquq-mühafizə orqanlarını ittiham edib. Onlar Xaçmaz rayon prokuroru Rasim Məlikovun və onun sürücüsünün həbs edilməsinə göstəriş verməsini ölkə başçısı İlham Əliyevdən dönə-dönə xahiş edirlər: “Çünki Rasim Məlikov və onun sürücüsü anamın qətlinin ört-basdır edilməsinə elə qətl törədilən gündən çalışmağa başlayıblar. Təsəvvür edin ki, anamın meyiti ortalıqda ola-ola prokurorun sürücüsü qətlin guya qardaşım tərəfindən törədilməsi barədə şaiyə yayıb, prokurorun özü isə qatilin evdə və həyətimizdə qoyduğu izləri götürməyib. Bununla da Rasim Məlikov elə bir qanunsuzluq edib ki, anamın qətlinin üstü 9 ay ötməsinə baxmayaraq bağlı qalıb”.

Həbibovlar deyir ki, analarının qətli ona məxsus bazarın ələ keçirilməsi planının tərkib hissəsidir: “Anam öldürülməzdən əvvəl tez-tez düşmənlərinin çox olmasını xatırladaraq deyirdi ki, bazarı əlimdən almaq istəyənlər mənə qənim kəsilib. Buna görə də 3-4 ay idi işə də getmirdi ki, kimsəni öyrədib ona nəsə edəcəklərindən ehtiyyat edirdi. Hələ keçmiş icra başçısı Əbülfəz 
Hüseynovun dövründə hazırki icra başçısının müavini Akif Mərdanov, Azad Yaqubov və digərləri birləşib bazarı anamdan almaq istəyirdi. Gəlib camaatı bazardan çıxarıb deyirdilər ki, çıxın gedin, bazar bağlanır. Bu cür addımlara anam Qusarda prezident İlham Əliyevə məktub verəndən sonra son qoyuldu, başçı vəzifəsindən çıxarılaraq Şəmsəddin Xanbabayev Xaçmaza rəhbər təyin edildi. 2007-ci ildə isə yenidən bazarın əlimizdən alınacağı ilə bağlı söhbətlər yayılmağa başladı. O vaxt anam Şəmsəddin Xanbabayevlə görüşüb söhbət etmişdi. Demişdi ki, bazarı əlindən almaq istəyən qruplaşma yenidən hərəkətə keçib. Başçıdan bu qruplaşmaya dəstək verməməsini xahiş eləmişdi. Amma bu söhbətdən sonra bazar yandırıldı. İcra başçısı yanğına görə anama qarşı cinayət işi başlanmasını tələb etdi. Onun müavini Akif Mərdanov, Yetkin Mehmanov, Azər Haqverdiyev, Xaçmaz Kooperativlər Cəmiyyətinin sədri Azad Yaqubov, bələdiyyə sədri Vəlirza Hacırzayev və onun müavini Vazeh Abbasov yenidən hərəkətə keçdilər. Anama deyirdilər ki, bazarın plana düşüb, camaatı bazardan çıxarırıq, burdan yol çəkirik. İşləməyə imkan vermirdilər. Təzyiqlər mərkəzləşdirilmiş və davamlı idi. O vaxt anam özəl mülkiyyətində olan bazarın təsisçilik hüququnu bizim adımıza keçirdi. Deyirdi, bunlar hər hərəkətə qadirdilər. Anam evdə öldürülən gündən başlayaraq Xaçmaz rayon prokuroru bizi 4 gün ərzində istintaqa çağırıb dindirdi. Bizi elə dindirirdi ki, sanki cinayəti anama məxsus bazarı ələ keçirmək üçün biz törətmişik. Anamın sağlığında təsisçilik hüququnun qardaşım Cavidə verilməməsini əsas götürürdü. Anamının sürücüsünü döyüb qulağını partlatmışdılar ki, üzümüzə saxlasınlar. Qardaşıma təsisçilik hüququ verilməsə də onun birbaşa vərəsə olmasını kor-koranə qəbul etmək istəmirdilər. Başa düşürdük ki, icra başçısı Şəmsəddin Xanbabayevlə rayon prokuroru bu işdə maraqlıdır. Ona görə də baş prokuror Zakir Qaralova müraciət edib işin istintaqının digər rayonun prokurorluğunda araşdırılmasına göstəriş verməsini xahiş etdik”.

G.Həbibova deyir ki, baş prokurora müraciətindən sonar sentyabrın 18-19-u tarixlərində Xaçmaz prokuroru kabinetində ona məcbur edib ki, müraciətindən imtina etsin: “Rasim Məlikov baş müstəntiq Soltanhəmid İsmayılovun yanında məni təhqir edir, deyirdi ki, səni Xaçmazda biabır edəcəyəm. Bu işin Bakıda araşdırlmasına imkan verməyəcəyəm, müraciətini geri götür. Bundan sonra Qaralovun göstərişi ilə qətlinin araşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə həvalə olundu”.

Tədbirtin təşkilatçıları deyirlər ki, analarının dəfni günü Züleyxa Osmanova adlı bir qadını evlərinə göndəriblər: “Həmin qadın dedi ki, “ananızı gördüz də, xirtdəyini kəsdilər. Siz də həmin vəziyyətə düşə bilərsiz, avtoqəzaya salınarsız, gedin sakit oturun, prokurordan, icra başçsından şikayət etməyin”. İşin Xaçmaz prokurorluğundan alınması barədə müraciət edəndə də həmin qadın bizi təhdid etdi. İşi Xaçmaz Prokurorluğundan alanda isə artıq gec idi. Rasim Məlikov hadisə yerindəki izləri elə itirib ki, bu gün yalnız möcüzə nəticəsində bu cinayətin üstü açıla bilər”.
Həbibovlar deyir ki, prokurorun onlara qarşı fitnə-fəsadları sonsuz və tükənməzdir: “Davamlı şikayətlərimizdən sonra Soltanhəmid İsmayılovu guya cəzalandırdılar, onu Tovuza ittihamçı prokuror göndərdilər. Rasim Məlikov özü isə bu gün də Xaçmazın prokuroru olmaqla bizə qarşı hər cür qanunsuzluğa gedir. Cəzasız qalmasından ruhlanan Məlikov bir neçə gün əvvəl - iyunun 4-də məhkəmə çəkişmələrində olduğumuz şəxslərdən üçü – Səlilə Qurbanova, Məleykə Qubatova və Rəşid Fərhadovun yalan və böhtan dolu ərizələrini qəbul edib. Onlar ərizələrində yazıblar ki, guya bizlər onları bazarda təhqir etmişik, onlara qarşı xuliqanlıq əməlinə yol vermişik. Məlikov da ərizədə göstərilənlərdə cinayət tərkibi olduğunu əsas gətirib baxılması üçün rayon polis şöbəsinə göndərib. RPŞ-nın 2 saylı sahə rəisi heç bir araşdırma aparmadan guya işdə cinayət xarakteri olduğu üçün ərizəni Xaçmaz RPŞ-nə göndərib. Lakin aparılan araşdırma işdə cinayət tərkibi olmadığını müəyyən etdi və ərizəçilərin şikayət ərizəsini rədd olundu. Xatırladırıq ki, ərizə müəllifləri Səlilə Qurbanova, Məleykə Qubatova, Rəşid Fərhadov bu ərizəni yazmamışdan bir neçə gün qabaq anamızın qətli ilə bağlı DİN-nin baş Cinayət Axtarış İdarəsində dindirilmişlər. Bu şəxslər hələ 2007-ci ildə bazarın ələ keçirilməsi planı başlayanda Xanbabayevə anamız haqqında birdəfəlik tədbir görülməsi barədə ərizə yazıblar. Xanbabayevin I müavini Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb, anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılması, əvəzində isə yeni ticarət mərkəzinin yaradılması tələb edib. Bu, faktlar bazarın anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur”.

“Biz ölkə Prezidenti İlham Əliyev, Mehriban xanım Əliyevaya müraciət edirik - bir bazarı ələ keçirmək üçün hər şeyə əl atan Xanbabayev, Məlikov, Mərdanov və digərlərinin əməllərinə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göstəriş versinlər” –deyə ailə qeyd edir.

Həbibovlar onu da bildirdilər ki, analarının qatili barəsində hüquq mühafizə orqanlarına dəqiq məlumat verən şəxsə 10 min manat mükafat verəcəklər.



tia.az

Комментариев нет:

Отправить комментарий