06.06.2011

Rafiq Əliyev: “Gözləyirdim ki, qalib Pərviz olsun”


“Mən gözləyirdim ki, qalib Pərviz olsun”. “Azadinform”a açıqlamasında bu sözləri Milli Kitab Mükafatının (MKM) münsiflər heyətinin üzvi, professor Rafiq Əliyev deyib.
Onun sözlərinə görə, əsərləri oxuyandan sonra buna əmin olub. “Ən çox səsi də Pərvizə vermişdim. Münsiflər arasında heç bir əlaqə yox idi ki, səsverməni müzakirə etsinlər. Nəticə elan olunandan sonra hiss etdim ki, Pərvizin qalib olmasını nəinki münsiflər, ictimaiyyət də istəyirdi” – deyə Rafiq Əliyev əlavə edib.
O, “Yad dildə” romanının əxlaqa söykəndiyini bildirib. “Pərviz bu romanı müsabiqəyə pul üçün təqdim etməyib. Pərviz istəyir ki, aşılanmış Azərbaycan əxlaqı bir az eroziyadan qurtarsın” – deyə R.Əliyev vurğulayıb.
O, həmçinin keçən il olduğu kimi bu ildə müsabiqənin söz-söhbətlərə səbəb olacağını qeyd edib. “Sonunu düşünən qəhrəman olmaz. Düzdür, biz qəhrəmanlıq etmirik. Bu hücumları hələ ki hiss etmirəm, amma hücum olacağını bilirəm. Bundan çəkinsəydim, bu yükün altına girməzdim” – deyə Rafiq Əliyev sonda əlavə edib.

Комментариев нет:

Отправить комментарий