13.06.2011

Şekspir qohumunun ölümündən təsirlənibmiş


Şekspir yaxın qohumunun ölümündən təsirlənərək “Hamlet” əsərindəki Ofeliya obrazını yaradıbmış.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, Şekspirin yaşadığı dövrdə İngiltərədə çoxlu sayda təsadüfi ölümlər olub. Şekspirin iki yaşlı qohumu Ceyn Şekspir də yazıçının Statforddakı evindən 32 kilometr uzaqlıqda yerləşən çəmənlikdə gül toplayarkən boğulub.

Şairin “Hamlet” əsərindəki söyüd ağacını çiçəklərlə bəzəyən Ofeliya obrazı isə dərədə boğulur.
Tədqiqatçılar Ceynin öləndə şairin beş yaşı olduğunu deyiblər. Araşdırmaçı Stiven Qan: “Ölüm hadisəsi təsadüf də olsa, Ofeliya ilə bağlantısı çox maraqlıdır”.
Rəssam Con Everet Millayis də 1852-ci ildə çəkdiyi əsərini də qohumunun ölümündən təsirlənərək çəkibmiş.

Günel ƏSGƏRZADƏ

Комментариев нет:

Отправить комментарий