04.06.2011

Təfəkkür universitetində şeir gecəsi – FOTOLAR


Təfəkkür universitetində tələbə və müəllim kollektivinin şairlərlə görüşü keçirilib. “Pərvanə” Ədəbi Məçlisinin təşkilatçılığı ilə baş tutan görüş  maraqlı şeirlərlə yadda qaldı.
Tədbiri giriş sözü ilə açan universitetin baş müəllimi, “Pərvanə” Ədəbi Məçlisinin sədri şair Qəşəm Nəcəfzadə müasir ədəbi prosesin hazırkı mənzərəsi haqqında tələbələrə məlumat verdi: “Bu gün univerisitet tələbələri bizim ədəbiyyatda yeni qələm sahiblərini yaxşı tanımırlar. Bu cür görüşlərin böyük tarixi əhəmiyyəti var. Təfəkkür universitetinin rəhbərliyinə Azərbaycan Yazıçılar Birliyinin adından təşəkkür edirəm və  sizin görüşünüzə gələn şairlər Elxan Zal, Fərqanə, Narıngül, Nuranə Nur artıq ölkəmizdə və xariçdə tanınan qələm sahibləridir.  Günel Şamilqızı, Aygül Qurbanova və sizin tələbə yoldaşınız Şəhriyar Hacızadə isə ədəbiyyata yeni gələn maraqlı imzalardandır”.
Sonra çıxışçı dəvət olunmuş şairlərin hər biri haqqında tələbələrə geniş məlumat verdi. Daha sonra  şairlər yeni şeirlərini oxudular, verilən sualları cavablandırdılar, kitablarını hədiyyə etdilər.
Görüşün sonunda Qəşəm Nəcəfzadə onu da qeyd etdi ki, iyun ayında başqa ali təhsil ocaqlarında da  “Pərvanə” bu cür görüşlərı reallaşdıracaq və yaxın vaxtlarda məclisin üzvləri ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın görüşü olacaq.

kultaz.com

Комментариев нет:

Отправить комментарий