13.06.2011

Türk polisi kitab tərcüməçisi ilə fahişə kimi davranıb

“Döyüş klubu”nun müəllifi Çak Palahnikin Türkiyədə çap olunan “Ölüm pornosu” kitabının tərcüməçisi polisə çağrılıb. Bodrumda yaşayan tərcüməçi Funda Uncu “Habertürk” qəzetinə açıqlamasında deyib ki, idarədə onunla fahişə kimi davranıblar.

“Polisdən zəng elədir. Təcili idarəyə çağırdılar. Məni cinayətkarlarla eyni otaqda saxladılar. Mənimlə cinayətkar kimi davrandılar. Bir polis mənlə söhbət etdi. Mənə “sən manikensən? Heç polisdə olmusan? Belə bir kitabı necə yazmısan? Sən bu kitabı oxumusanmı? Nə etdiyini bilirsən?” –dedi”.

Onunla fahişə kimi davranıldığını deyən F.Uncu ağlayaraq idarəni tərk edib.

Tərcüməçi xanım bildirib ki, onunla belə davranıldığına görə məhkəməyə müraciət edəcək.

Комментариев нет:

Отправить комментарий