18.06.2011

Uarren Maynor Xristofer (1925-2011)


Amerikalı siyasətçi, “Dünyanı idarə edən 300-lər” mason komissiyasının üzvü, ABŞ-ın sabiq Dövlət katibi, “kölgə müzakirəçi”, “İsrail aşiqi”, PKK terror qruplaşması ilə rəsmi təmasların yaradılmasına göstəriş verən diplomat...

Uarren Maynor Xristofer 1925-ci ildə ABŞ-ın Şimali Dakota federal vilayətinin Skranton şəhərində anadan olub. Atası Ernest Xristofer bank idarəçisi, anası Keytrin Xristiferdir. Hollivudda orta məktəbi bitirdikdən sonra Redlands universitetə daxil olur və burada “Kappa Siqma Siqma” qardaşlıq hərəkatına qoşulur. Daha sonra Uarren təhsilini Redlands univerisitetindən köçürüldüyü Cənubi Kaliforniya universitetində davam etdirir və 1945-ci ildə həmin universitetdən məzun olur.
1943-cü ilin iyulundan 1946-cı ilin sentyabrınadək Uarren ABŞ Hərbi Dəniz Donanmasının ehtiyat taborunda xidmət edir.
1946-1949-cu illərdə Stanford Hüquq Akademiyasında təhsil alan Uarren sözügedən təhsil ocağının adını daşıyan jurnalın təsisçisi olur.
1949-1950-ci illərdə ABŞ Ali Məhkəməsinin hakimi Uilyam Duqlasın yanında işləyən Uarren 1950-ci ilin oktyabrından 1967-ci ilin iyununadək “O’Melveny&Myers” hüquq məsləhətxanasında vəkil kimi fəaliyyətini davam etdirir. Uarren 1967-ci ilin iyunundan növbəti ilin ilk ayınadək ABŞ-ın Baş prokurorunun müavini vəzifəsini icra etdikdən sonra yenidən əvvəlki iş yerinə qayıdır.
Uarren 1977-ci ilin fevralında ABŞ Dövlət katibinin müavini təyin olunur. O, bu vəzifəni 1981-ci ilin yanvarına qədər icra edir. U.Xristoferin sözügedən dövrə aid xidmətləri arasında İranda əsir götürülən ABŞ səfirliyinin 52 əməkdaşının sərbəst buraxılmasına dair danışıqlar aparması, eləcə də ABŞ-ın xarici siyasətinin Çinə meyl etdirilməsi və bu Xalq Respublikası ilə isti münasibətlərin yaradılmasındakı rolu, Panama kanalına dair imzalanan iki müqavilənin ratifikasiya edilməsi və insan hüquqlarının müdafiəsi ilə bağlı ilk qurumlararası qruppanın sədrliyi də var.
1975-1976-cı illərdə Amerika Vəkillər Assosiasiyasının sədri vəzifəsini icra edən U.Xristofer bununla yanaşı, ABŞ-ın xarici siyasəti və təhsili ilə bağlı bir çox ictimai təşkilatda müxtəlif postlara yiyələnir.
1981-ci il yanvar ayının 16-da ABŞ prezidenti Cimmi Karter U.Xristoferi Birləşmiş Ştatlarda mülki vətəndaşlara verilən ən ali orden - Prezidentin Azadlıq medalı ilə təltif edir.
1991-ci ildə o, Xristofer Komissiyası kimi tanınan və Los Ancelesdə polis zorakılığını araşdıran müstəqil komissiyanın sədri seçilir.
1993-cü ilin yanvarında Uarren Xristofer ABŞ-ın yeni seçilmiş prezident Bill Klinton administrasiyasında Dövlət katibi vəzifəsinə təyin olunur və bu postu 4 il müddətinə idarə edir. Bu müddət ərzində NATO-nun yayılma zonasının genişləndirilməsi onun başlıca məqsədlərindən birinə çevrilir.
1992-1995-ci ildə Bosniyada davam edən müharibəyə son qoyulması və Deyton Sülh razılaşmasının imzalanması prosesində ABŞ prezidentinin müşaviri və Dövlət katibi U.Xristofer başlıca rolu oynayır.
U.Xristofer 2007-ci ilin sentyabr ayının 25-də ABŞ-ın digər bir neçə sabiq dövlət katibi ilə yanaşı, ABŞ Konqresini qondarma erməni soyqırımını qəbul etməməyə çağıran qətnaməni imzalayır.
İki dəfə evlənən U.Xristoferin ilk xanımı Joan Soutqeytdir. Altı il birlikdə olan cütlüyün Linn adlı qızları dünyaya gəlir.
1956-cı ildə isə Meri Uillislə evlənən Xristoferin bu nikahdan 2 oğlu – Skot və Tomas və bir qızı – Kristin olur.
Birləşmiş Ştatların görkəmli dövlət xadimi 2011-ci il mart ayının 18-də böyrək xərçəngi xəstəliyindən 85 yaşında vəfat edir.
Haqqında:
- ABŞ-ın “dərin dövləti”nin və Birləşmiş Ştatlar, Yaponiya və Qərbi Avropa ölkələrinin mütəfəkkir, siyasətçi və iş adamlaından ibarət “300-lər” (Dünyanı İdarə Edən 330 şəxs) mason komissiyasının nümayəndələrindəndir;
- “Dinləyici olmaq xüsusunda natiq olmaqdan daha bacarıqlıyam. Diqqətlə qulaq asmaq gizli bir silahdır” sözlərinin müəllifidir;
- Türkiyədə 28 Fevral hadisələri kimi məlum olan və Nəcməddin Ərbəkanın lideri olduğu Rəfah Partiyasının siyasi fəaliyyətinə zərbə vurulmasının sifarişçisidir;
- ABŞ-ın sabiq prezidentlərindən olan Bill Klintonun ilk prezidentliyi dövründə onun pərdə arxasında görünməyən və ya “kölgə müzakirəçisi”dir;
- Siyasi fəaliyyəti ərzində İsrailin bölgədə mövcudluğunun davam etməsi üçün xüsusi səy göstərməsi ilə seçilən diplomaatdır;
- Türkiyədəki ABŞ səfirliyinə göndərilən teleqramda səfirliyin PKK terror qruplaşması ilə münasibətləri daha da irəli aparmasını tələb edən şəxsdir;
- Dövlət katibi olduğu dövrdə NATO-nun yayılma zonasının genişləndirilməsi məsələsində Birləşmiş Ştatların Müdafiə Nazirliyi - Pentaqondan etiraz səslərinin ucalmasına baxmayaraq, prezident Klintonu Rusiyanın Şərqi Avropa ölkələrinə təsir və təzyiq göstərə biləcəyinə inandıraraq, Sülh naminə Əməkdaşlıq proqramının qəbul edilməsinə nail olan şəxsdir ki, bunun da nəticəsində Çexiya, Macarıstan və Polşa sonrada bu proqramda iştirakını təsdiqləmişlər;
- 1994-cü ilin aprelində baş vermiş və 500 mindən 1 milyonadək insanın hutu ekstremistləri tərəfindən öldürüldüyü zaman və bunun ABŞ xarici siyasətinin ən böyük səhvi hesab edildiyi dövrdə ABŞ-ın Dövlət katibidir;
- Məhz U.Xristoferin böyük səyi nəticəsində İsrail və İordaniya arasında sülh müqaviləsi imzalanır. Belə ki, Uarren İordaniyaya 200 milyon dollarlıq silah-sursat yardımı və bu ölkənin 700 milyon dollarlıq borcunun silinməsi müqabilində kral Hüseyni İsraillə sülh razılaşması imzalamağa razı sala bilir. Müqavilənin imzalanması mərasimində ABŞ-ın o vaxtkı prezidenti Bill Klinton və Dövlət katibi U.Xristofer də iştirak edirlər. Xristofer anoloji müqaviləyə Suriyanın da imza atması üçün çalışsa da Suriya lideri Hafiz Əsəb bunu qəbul etmir;
- ABŞ-ın xarici siyasətində Vyetnamla münasibətlərin yaxşılaşdırılması prosesində başlıca rol oynayan şəxsdir;
- 1992-1995-ci illərdə Bosniyada davam edən müharibəyə Deyton Sülh razılaşması ilə son qoyulmasında əsas aktyor, eləcə də bu ölkədə mürəkkəb siyasi sistemin qurucusu hesab edilir;
- Barak Obama tərəfindən “qətiyyətli sülh çarçısı” kimi xarakterizə edilən diplomatdır.

Hazırladı: Anar Rüstəmov                              azerimuslims.com

Комментариев нет:

Отправить комментарий