14.10.2011

"Qanun" nəşriyyatından iki əlamətdar hadisə

“Qanun nəşriyyatı” ilə “Əli və Nino” nəşriyyatı ilə birlikdə “Klassiklər” seriyasından İlya İlf və Yevgeni Petrovun “On iki stul” romanını çap edib.

Bu kitab 20-ci əsr rus ədəbiyyatının şah əsərlərindən sayılır.

Rus dilindən tərcüməni Akir İsazadə edib. 

***
“Qanun” ilə “Əli və Nino” nəşriyyatlarının başladıqları klassiklər seriyasında növbəti kitab işıq üzü görüb.

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalarından sayılan Viktor Hüqonun “Səfillər” romanı bir kitabda cəmlənərək çap olunub.


Kitabın I və II hissəsinin tərcüməçisi Mikayıl Rəfili, III, IV, V hissələrininki isə Beydulla Musayevdir.

Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı bu ölməz əsər, demək olar ki, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə şöhrət qazandırıb.

Kitabın qiyməti 12 manatdır.

Комментариев нет:

Отправить комментарий