20.11.2011

Baş tutmayan görüş


Möhtəmən Həkim. Hekayə

Son günlər Mərahimin sevinci yerə-göyə sığmırdı. Axı, bir qız onu həftənin şənbə günü, saat 16-ya görüşə dəvət etmişdi. O, saatları sayır, həmən anı səbirsizliklə gözləyirdi. Hətta sevincini bölüşməyə adam da axtarırdı.
Mərahim qaldığı yataqxanada otaq yoldaşaları ilə bu barədə söhbət açır, görüşə gedəndə necə geyinəcəyi, qızla necə söhbət edəcəyi barədə onlarla məsləhətləşirdi. Dostları da heç bir şey olmamış kimi ciddi şəkildə məsləhətlərini verirdi.
Əslində baş tutmayacaq belə bir görüşü onun otaq yoldaşları fikirləşib düzüb-qoşmuşdular.

Mərahim olduqca qorxaq, sadəlövh, hər şeyə tez inanan, olduqca zəif xarakterə malik, gülə-gülə danışan, ağzı bir qədər iri, görünüşü də yaraşıqsız gənc bir tələbə idi.         
            O, həm də bir neçə dəfə qəbul imtahanından kəsildiyi üçün onunla oxuyan tələbələrdən yaşlı görünürdü. Onlar Tibb institutunun ikinci kursunda oxuyurdular.
            Aprel ayının son günləri idi. Mərahimin otaq yoldaşları bir qızla sözləşib, ondan xahiş etdilər ki, yataqxananın telefonuna zəng edib 62-ci otaqdan Mərahimi çağırtdırsın. Onunla tanış olmaq istədiyini söyləsin və onu görüşə dəvət etsin. Amma adını hələlik deməsin. Desin ki, hər şey görüş zamanı aydın olacaq. Görüşü də şənbə günü saat 16-ya təyin edərsən...
            Mərahim sevindiyindən görüşə bir saat tez getdi. Otaq yoldaşlarından iri gövdəli Talıb da gizlicə onun arxasınca yollandı. Görüş Səməd Vurğun bağına bitişik avtobus dayanacağının yaxınlığında baş tutacaqdı. Talıb gizli bir yerdə durub Mərahimi izləyirdi. Dayanacaq müxtəlif adamlarla dolub boşalırdı. Mərahim də o tərəf bu tərəfə göz gəzdirir, şəstlə var-gəl edirdi.
            Nəhayət ora bir cavan qız gəlib çıxdı. O da Mərahim kimi o tərəfə bu tərəfə göz gəzdirir,  tez-tez saatına baxırdı. Aydın hiss olunurdu ki, bu qız kimisə gözləyir.
            Mərahimin gözləri ona dikilmişdi. Düşünürdü ki, yəqin  məni görüşə çağıran elə bu qız olacaq. Odur ki, yavaş-yavaş qıza yaxınlaşıb salam verdi. Sakitcəsinə: - yəqin ki, siz kimisə gözləyirsiniz, - deyə dilləndi. Qız da zəif səslə, utana-utana “bəli” dedi. Sonra isə “Necə bəyəm? Bəs, siz kimsiniz?” – deyə soruşdu.
            Mənim adım Mərahimdir. – deyə özünü qıza təqdim etdi.
            Qız təəccüblə baxıb: - Mənim də adım Ləmandır. Yəqin adım sizə tanışdır.
            Mərahim düşünmədən bildirdi ki, xeyr bilmirdim. Ləman xeyli fikirə gedib rəfiqəsinin dediyi sözləri ürəyində götür-qoy etdi: -Axı, o mənə deyirdi guya mənim adımı, görünüşümü, ümumiyyətlə hər şeyi oğlana danışmışam. Fərahim səni görən kimi tanıyacaq. Amma nədənsə belə olmadı. Odur ki, Mərahimdən “bəs, siz harda oxuyursunuz?” – deyə soruşdu.

Mərahim tibb institutunun II kursunda oxuduğunu bildirəndə qızın təəccübü bir az da artdı.
Çünki rəfiqəsi demişdi ki, oğlanın 21 yaşı var. Xalq Təsərrüfatı institutunun IV kursunda oxuyur. Gözəl, ağıllı bir qızla ailə həyatı qurmaq istəyir. Bu oğlanın isə 25 yaşı olar, həm də bunun görkəmi bir qədər də gözəgəlimli deyil.
            Bu zaman Talıb da təəccüblə özünə sual verirdi ki, görəsən bu qız kimdir Mərahimlə görüşə gəlib? Bəlkə bizim tanışımız olan qız hansl bir rəfiqəsini bura göndərib?
            Elə bu anda cavan, göyçək bir oğlan həmin dayanacağa gəldi. Ora-bura göz gəzdirib, ona deyilən biçimdə olan qızın bir oğlanla səmimi söhbət etdiyini gördü. Tez ona yaxınlaşıb “salam” verdi. Qızdan “Ləman sizsinizmi?” – deyə soruşdu. Qızdan “bəli” sözünü eşidən oğlan qızın yanındakı oğlana tərs-tərs baxaraq “bəs, siz kimsiniz?” – deyə sorğu etdi. O, qorxa-qorxa “Mən Mərahiməm” – dedi.
            Qız o dəqiqə başa düşdü ki, burda adları səhv salıb. Mərahimi Fərahim kimi anlayıb.
            Fərahim Mərahimin qalstukundan yapışıb onu boğalamağa başladı. Qız nə qədər çalışdısa da, başa salsın ki, burada kiçik bir səhv olub. Bütün anlaşılmazlıq da ordan yaranıb. Onun elə bir günahı yoxdur.
            Fərahim isə əl çəkmək istəmirdi. Bu mənzərəni diqqətlə izləyən Talıb gördü ki, bu işin sonu pis qurtaracaq, tez özünü onlara yetirdi. Mərahimi Fərahimin əlindən aldı. Bildirdi ki, bu oğlan mənimlə oxuyur, təmiz oğlandır. Onun başqa bir məqsədi ola bilməz. Mərahimi götürüb oradan uzaqlaşdılar.
            Mərahim öz-özünə “Allah baisin evini yıxsın. Mağıl qızla əməlli-başlı tanış olacaqdım”. Sən olmasaydın yəqin ki, məni şil-küt edəcəkdi. Hələ də mən anlaya bilmirəm ki, bu necə görüş idi.
            Talıb qəh-qəh çəkib doyunca güldü...
Солнечная тропинка

Комментариев нет:

Отправить комментарий