Əli Şirin Şükürlü
çevrilmə
otururam
yanım ağrıyır,
gəzirəm ayaqlarım;
baş baş olmaqdan bezib,
ayaqlar ayaq olmaqdan.
bəlkə dəyişən məni, allah,
çevirəsən başı üstə -
ayaqlarım baş olsun,
başımsa ayaq.
görənlər baxıb gülsünlər:
bu ikibaşlı topala bax!
göy üzü o qədər məsum ki…
səmada ulduzlar
dənizdə ləpələr qaçar
qaçar qaçar
açar açar … sirrin açar?
göy üzü o qədər məsum ki…
torpaq çadır-çadır
torpaq cadar-cadar
çatar çatar
qürbətdən iniltilər çatar:
nəyimə gərəkdi vətən -
goruma gərəkdi vətən
bir parça torpaq şəklində?
göy üzü o qədər məsum ki…
içər içər
araq şampan viski içər
içər içər
müsəlmanın qanın içər
içər içər
pepsi kola içər
içər içər…
içər içər
araq şampan viski içər
içər içər
müsəlmanın qanın içər
içər içər
pepsi kola içər
içər içər…
sökər tikər tikər sökər
sökər sökər tikər tikər
əkər biçər biçər əkər
biçər biçər biçər
zavallı
sökər sökər tikər tikər
əkər biçər biçər əkər
biçər biçər biçər
zavallı
göy üzü o qədər məsum ki…
satar satar
nefti qazı suyu ləli satar
satar
qatar-qatar qatar-qatar
satar satar
nefti qazı suyu ləli satar
satar
qatar-qatar qatar-qatar
qatar qatar
dəmiri qızıla
suyu neftə
havanı qaza
qatar qatar
“çay daşını ləl daşına qatar” qatar
zəmanə zalım oğlu
dəmiri qızıla
suyu neftə
havanı qaza
qatar qatar
“çay daşını ləl daşına qatar” qatar
zəmanə zalım oğlu
göy üzü o qədər məsum ki…
səmada ulduzlar
dənizdə ləpələr qaçar
qaçar qaçar
səmada ulduzlar
dənizdə ləpələr qaçar
qaçar qaçar
aşar aşar
daşar daşar
torpağın qəzəbi dənizin çirki
göy üzü o qədər məsum ki…
daşar daşar
torpağın qəzəbi dənizin çirki
göy üzü o qədər məsum ki…
pərdə
kənardan
ikiüzlü görünür pəncərə;
yarısını örtüb pərdə.
pərdə nə pərdə. pərdə – əl-əlvan.
amma
yarısı – canlı mənzərə:
çiçək görünür,
ağac görünür,
yol görünür,
göy görünür,
adam görünür…
yəni
həyat görünür həyat
pəncərənin yarısından.
pəncərənin yarısını örtüb
pərdə. pərdə nə pərdə.
pərdə – əl-əlvan.
əl-əlvan pərdə arxasında
düz yarısı pəncərənin -
darıxırmı görəsən?!.
P.S. mən heç…
mən darıxıram həmişə.
ruhun köməyim olsun, anam,
darıxan adamam mən darıxan adam.
pərdə. pərdə nə pərdə.
pərdə – əl-əlvan.
əl-əlvan pərdə arxasında
düz yarısı pəncərənin -
darıxırmı görəsən?!.
P.S. mən heç…
mən darıxıram həmişə.
ruhun köməyim olsun, anam,
darıxan adamam mən darıxan adam.
***
Bu gün
ölüm hökmü verilmiş
məhbus kimiyəm,
ölüm hökmü verilmiş
məhbus kimiyəm,
qorxub diksinirəm
hər addım səsindən,
hər kəlmə sözdən.
hər addım səsindən,
hər kəlmə sözdən.
Ölüm hökmü verilmiş
məhbus kimi
ürəyim təşvişdə,
qulağım səsdə,
məhbus kimi
ürəyim təşvişdə,
qulağım səsdə,
sevgi arayıram
hər deyilən sözdə,
hər baxan gözdə.
hər deyilən sözdə,
hər baxan gözdə.
Ölüm hökmü verilmiş
məhbus kimi
cəllad kötükləri, dar ağacları,
dümqara ölüm – son ümidim.
məhbus kimi
cəllad kötükləri, dar ağacları,
dümqara ölüm – son ümidim.
Bu gün
ölüm hökmü verilmiş
məhbus kimiyəm,
bu gündən hifz elə məni,
Ya Rəbb.
ölüm hökmü verilmiş
məhbus kimiyəm,
bu gündən hifz elə məni,
Ya Rəbb.
***
yağışın altında
bir sən idin bir də mən
bir sən idin bir də mən
saçların islanıb
dəyir üzümə
əllərin əllərimə
gözün gözümə
yarpaqlar uçuşur
düşür izimə
dəyir üzümə
əllərin əllərimə
gözün gözümə
yarpaqlar uçuşur
düşür izimə
yağışın altında
bir sən idin bir də mən
bir sən idin bir də mən
sevincimiz sahil boyu –
islanmışdı yağışda
kimsə xəbər tutmaz bizdən
qorxma gülüm
gizlənmişik biz yağışın altında
islanmışdı yağışda
kimsə xəbər tutmaz bizdən
qorxma gülüm
gizlənmişik biz yağışın altında
yağışın altında
bir sən idin bir də mən
bir sən idin bir də mən
yağış yağır
şəhər qaçıb yağışdan
şəhər qaçıb
dayanmışıq islanmışıq donmuşuq
asılmışıq bir sevdalı baxışdan
şəhər qaçıb yağışdan
şəhər qaçıb
dayanmışıq islanmışıq donmuşuq
asılmışıq bir sevdalı baxışdan
yağışın altında
bir sən idin bir də mən
bir sən idin bir də mən
yağış yağır
dünya qaçır yağışdan
dünya qaçır zaman axır
bir dünyasız
bir zamansız dünyada
biz qalırıq sevgilərin adından
o yağışın altında
dünya qaçır yağışdan
dünya qaçır zaman axır
bir dünyasız
bir zamansız dünyada
biz qalırıq sevgilərin adından
o yağışın altında
yağışın altında
bir sən idin bir də mən
bir sən idin bir də mən
***
Bir payız günü
hava çiskinli
və mən kədərli.
hava çiskinli
və mən kədərli.
Yenə də
başımı qatar adamlar,
yenə də
dadıma çatar ağaclar
bu payız günü.
başımı qatar adamlar,
yenə də
dadıma çatar ağaclar
bu payız günü.
Adam yaşadıqca
misqal – misqal ürək itirər,
ağac yaşadıqca
yarpaq – yarpaq ürək gətirər.
misqal – misqal ürək itirər,
ağac yaşadıqca
yarpaq – yarpaq ürək gətirər.
Baxıb ağaclara
mən yolumu azaram,
doğulandan qəlbimə
məzaram mən, məzaram.
ali_shirin@mail.ru
mən yolumu azaram,
doğulandan qəlbimə
məzaram mən, məzaram.
ali_shirin@mail.ru
Комментариев нет:
Отправить комментарий