Xosrov Barışan “TEZ-BAZAR”da
Özünüzü 2 sözlə təqdim edin.
- Xosrov Barışan.
- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Adımla yox, eylədiklərimlə tanıtdırın.
- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Hələ özüm də özümü yaxşı tanıya bilməmişəm.
- Dost…
-Qardaşdan yaxın olmalı.
- İlk sevginiz?
- Şeirlərimdə gizli.
- Sevmək.
- İstifadə etdiyiniz nəqliyyat növü?
- Ayaqlarımı sevərdim, onlar da mənə düz demir.
- Sevdiyiniz maşın markası?
- Tükəticiliyi sevmərəm.
- Sevdiyiniz brend?
- Fərq etməz.
- Sevdiyiniz saç düzümü?
- Tez-tez dəyişən.
- Sevdiyiniz rəng?
- Bütün rənglər gözəldir.
- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Vətənim, vətənimin bütün şəhərləri.
- Sevdiyiniz yemək?
- Təkrar olmayan yemək.
- Ən çox istifadə etdiyiniz söz?
- Hər bir anda düşüncəm və duyğuma görə fərqlənər.
- Leksikologiyanıza yad olan söz?
- Leksikologiya? Türkcə anlamı nə?
- Sizi nə həyacanlandıra bilər?
- Zalimdən haqq almaq.
- Ən çox sevdiyiniz kitab?
- Kitabların hər birindən bir şey öyrənmişəm.
- Ən çox sevdiyiniz yazar?
- Yazar sevmərəm, yaxşı yazı sevərəm.
- Ən çox bəyəndiyiniz ifaçı?
- İfaçı sevmərəm, ürəyə yatan ifa sevərəm.
- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Məni düşündürən və duyğulandıran hər musiqi.
- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Olduğum kimi olmaq.
- Mənfi xüsusiyyətiniz?
- Mən də adamam.
- İdeal insan necə olmalıdır?
- Hər görüşə görə fərqlənər.
- Özünüzü ideal insan hesab edirsizmi?
- Öz fikrimcə olmağa çalışıram.
- Sizi özünüzdən nə çıxarda bilər?
- Gözəllik.
- Həyat fəlsəfənizi ifadə edin.
- Düşünmək, sevmək, paylaşmaq!
- Siz xoşbəxtsinizmi?
- Bəzi anlarda.
- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Acıları anlamaq.
- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Təməli düz qoymaq gərək.
- Ölüm niyə ölmür?
- Çünki həqiqətdir.
- Dinlərə münasibətiniz?
- Yaranış boşuna yaranmayıb.
- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Minəndən və miniləndən.
- Falçıya inanırsızmı?
- Minmək üçün bir yol.
- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Daşlanmaq.
- Sevinciniz nə qədərdir?
- Sevindiyim qədər.
- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsanlıqlarına.
- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Başa düşmədim.
- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çay içərkən çaylara körpü qurmaq.
- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Güldürüb gülməyi.
- Mənə sualınız.
- Nədən Türkcəmizi bu rus sözcüklərindən təmizləməyirsiniz?!!!
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий