Sərdar Tağıyev
Taksiləridən çox
istifadə edirəm. Əsas ona görə yox ki, rahatdı! Ona görə ki, məni mənzilə ümumi
nəqliyyatdan tez çatdırır. Taksidə sakit otururam. Belə olduqda sürücü bir iki
sual verir, görür qaradinməzin biriyəm, susur. Avtomobildə başqa sərnişin
olduqda isə istər-istəməz müşahidəçi oluram.
Saat 18 idi. Qış ayı olduğundan hava
qaralmışdı. Taksi dayanacağına gəldim. Dayanacağa yaxınlaşmışdım ki, biri
qışqırdı:
Filan yerə gedirsən?
Filan yerə gedirsən?
Hə.
Otur gedək!
Qapını açırdım ki,
dedi:
Onda mən yolun kənarında
dayanım, ayrı maşın rastlaşsa onunla gedərəm, gecikirəm!
Gecikirsən iki manat
ver tərpənək!
Yox
Yaxşı, min gedək!
Maşına minəndə
gördüm ki, arxa oturacaqda qadın əyləşib. Yanında da 4-5 yaşlı oglan uşağı.
Etiraf eləyim ki, təəccübləndim. Birinci ona görə ki, qadın əyalətdə taksidən
istifadə edir, ikincisi də günün bu vaxtı! Nə isə, sözümün dalı qabaaqdadı.
Taksi sürücüsü qadınla dialoq qurmağa
başladı. Qadının danışığı məni açdı. Dedim artıq bizdə də belə xarakterli
qadınlar taksidən istifadə edir. ( Ümumiyyətlə regionlarda qadınlar taksidən
nadir hallarda istifadə edir) Danışığından, davranışından savadlı, normal biri
kimi tanıdım. Hətta, sürücünün özünə məxsus suallarını da səviyyəli komplekssiz
cavablandırırdı. Uşaq sürücüyə deyir:
- Maşının siqnalı var?
- Var!
Olar basım?
Dinc dayan,
arxadakı baqajı görürsən? Ataram səni ora!
Mən heç nə eləmədim!
Doğrudan da uşaq
heçnə eləməmişdi. O, anası kimi mədəni, səliqəli hərəkət edirdi. Bu arada anası
söhbətə qarışdı:
- Elə deməyin! Uşaq qorxdu. Deyərdiz ki, maşın
hərəkətdə olanda siqnalı basmaq olmaz. O, atasının maşının siqnalını basır.
Amma, maşın dayanan vaxtı. Elə deyil Səfər?
Sürücü isə yöndəmsiz
suallarını verməkdə davam edirdi. Elə bu arada məlum oldu ki, qadın Rusiyada
yaşayır. Yeniyetmə olanda ora köçüb. Əri Rusiyada dəmir yol işçisidi. Özü isə
evdar qadındı.
İndi gördünüz ki, bayaqki təəccübümə əsas var. Çünki, bizdə savadlı müstəqil, eyni zamanda sadə qadınlara nadir hallarda rast gəlinir.
İndi gördünüz ki, bayaqki təəccübümə əsas var. Çünki, bizdə savadlı müstəqil, eyni zamanda sadə qadınlara nadir hallarda rast gəlinir.
Sürücü:
Uşaq azərbaycan
dilini hardan öyrənib?
Bir iki aydı öyrənib!
Bu arada uşaq əhvalının
düzəldiyini nümayiş etdi. Tipik azərbaycanlı sayaq:
Can – canadır, can
– cana!
İki ay ərzində
“lazım olanı” öyrətmişdik uşağa.
Biraz da getdik.
Sürücü qadının səmimiyyətindən istifadə edib suallarına davam edirdi:
Burdan paltar alıb
Rusiyaya gətirsək satmaq olar?
Orada belə şeylər
“bez problemdi”
Bez problemdi? Bez
yox da, “turetski matiryal” pambıq zad.
Qadın məsələni başa
düşmədi. Ancaq, mən gülməyə bilmədim.
Biraz da getdik,
qadın dedi:
Zəhmət olmasa sağa
döndərin!
Sürücü maşını döndərdi,
amma, sola. Qadın sağ - sol məsələsində özünün səhv etdiyini düşünüb:
Bağışlayın sola! –
dedi.
Daha deyin kafeyə tərəf
sürüm də!
Nə isə qadın
ünvanına çatdı. Deyəsən heç sinirlənmədi. Bəlkə də, uzun illərdi belə halla
rastlaşmamışdı. Yəqin ki, belə qeyri adiliklər onun üçün maraqlı idi.
Ancaq, bu cəmiyyətin bir üzvü kimi duruma görə
narahatam. Bəziləri tərəfindən əxlaqsız adlandırılan rus cəmiyyətinin evdar
qadını “bez problem” yaşadığı zaman, bizim cəmiyyətin fəal üzvlərindən olan
taksi sürücüsü “bez problemi” yaşayır.
P.S. Nəzərə alaq
ki, qarşıdan “Eurovision 2012”
gəlir. Bunlar heç öz dilimizdə bilmir. Xarici qonaqlarla neyləyəcəklər?
Комментариев нет:
Отправить комментарий