Zümrüd
Yağmur “TEZ-BAZAR”da
- Özünüzü 2
sözlə təqdim edin.
- Yazar!
İnadkar adam…
- Sizi necə
təqdim edəndə razı qalırsınız?
- Özüm
olduğum kimi…
- “Mən
kiməm?” sualına necə cavab verirsiniz?
- Yazar-
iradəli qadın!
- Dost…
- Çox dosta
heç vaxt ehtiyac duymamışam…
- İlk, son
yoxdur, sahib olduğum var!…
- Əsas
ixtisasınız?
- Ədədbiyyatçı…
- İstifadə
etdiyiniz nəqliyyat növü?
- Şəxsi
avtomobil…
- Sevdiyiniz
maşın markası?
- Hyundai, çünki
maşınımın markası budur… Ən gözəl şey sahib olduğundur…
- Sevdiyiniz
brend?
- Belə şeylərə
taxıntım yoxdur…
- Sevdiyiniz saç
düzümü?
- Uzun və axımlı
saçları sevirəm…
- Sevdiyiniz
rəng?
- Qırmızı…
- Ən çox
bəyəndiyiniz ölkə və şəhər?
- Azərbaycandan
başqa İtaliyanı sevirəm. Şəhər Roma, Ankara … Böyük və
gurultulu şəhərləri sevmirəm!
- Sevdiyiniz
yemək?
- Özümün
bişirdiyim plov.
- Ən çox istifadə
etdiyiniz söz?
- Təbii…
-
Leksikologiyanıza yad olan söz?
- Qayıtmaz…
- Sizi nə
həyacanlandıra bilər?
- Azərbaycanın
azadlığı… Qızlarımın uğurları…
- Ən çox
sevdiyiniz kitab?
- “Cinayət və
şəza”… Amma bu sevgini tam birinə sığışdırmaq da mümkün deyil….
- Ən çox
sevdiyiniz yazar?
- Dostayevski,
Tolstoy, Viktor Hüqo.
- Ən çox
bəyəndiyiniz ifaçı?
- Monserrat Kabalye…
- Ən çox
bəyəndiyiniz musiqi janrı?
- Klassika...
Həzin və duyğulu musiqini sevirəm.
- Özünüzdə
qeyri-adi istedad hiss edirsizmi?
- Bəzi
məqamlarda… Çox şeyə fərqli yanaşdığımın fərqindəyəm…
- Mənfi
xüsusiyyətiniz?
- Bəzən sonda
deyiləcək sözü əvvəldə deyirəm…
- İdeal insan
necə olmalıdır?
- İdeal insan
olmur, müəyyən məqamlarda bu ideallığı yaxalaya bilənlər olur…
- Özünüzü ideal
insan hesab edirsizmi?
- Bəzi
məqamlarda… Məsələn, çox ədalətliyəm…Yalan danışmıram və belə ola bildiyimə
görə özüm də heyrətlənirəm!
- Sizi özünüzdən
nə çıxarda bilər?
- Yalan və
nankorluq…
- Həyat
fəlsəfənizi ifadə edin.
- Ədalətsizlik
etmirəm və kimsə də mənə qarşı ədalətsizlik etməsin!
- Siz
xoşbəxtsinizmi?
- Xoşbəxtlik
xəyali bir şeydir və zamanın deyil, anındır!
- Bədbəxtliyin
xüsusi düsturu varmı?
- Məhdudluq və
Düşüncəsizlik.
- Hər şeyin sonu
üçün əvvəlinə münasibətiniz necə olur?
- Kədərli…
- Ölüm niyə
ölmür?
- Yaşamaq ölmür,
o üzdən…
- Dinlərə
münasibətiniz?
- Dindaram…
- Kimdən və nədən
xilas olmaq istərdiniz?
- Ölkəm adına
diktaturadan, özün adına bəzən içimdə yaranan qəzəbdən… Qəzəb kin gətirir, bu
da insanı aşağı dartır.
- Falçıya
inanırsızmı?
- İnanıram, amma
inanıb həyatını onlara görə quranlara da acıyıram…
- Daş olmaq
yaxşıdır, yoxsa daşlaşmaq?
- Əgər o daşlaşmaq
həqiqət üçündürsə daşlamaq…
- Sevinciniz nə
qədərdir?
- Çox az… Son
vaxtlar demək olar ki, sevinci unutmuşam.
- İnsanların
hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Ədalətli və
doğruçu olmasına…
- Bağlayıcılardan
çoxmu istifadə edirsiniz?
- Bilmirəm…
- Çayı içmək
ürəyinizcədir, yoxsa keçmək?
- Susuzamsa
içmək, məni incidən şeylərdəın qurtulmaq üçün qarşımdakı çayı keçmək tələb olunarsa, keçməyi….
- Gülməyi
xoşlayırsız, yoxsa güldürməyi…
- İndi deyəsən
heç birini…
- Mənə
sualınız.
- Suallarınıza niyə qısa və lokanik cavablar
istəyirsiniz. Müasir oxucunun tələskənliyinə uymaq üçün?
Tural
Balabəyli
Комментариев нет:
Отправить комментарий