Qondarma "erməni
soyqırımı" məsələsi Fransa parlamentinə yol tapanda türklər Fransanın Əlcəzair
və Ruandada törətdiyi vəhşilikləri qabartmağa başladılar. Bu baxımdan, Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğanın ittihamları və mesajları xüsusi önəm kəsb etdi.
Fransa hakimiyyətinin vaxtilə Əlcəzair və Ruandada həyata keçirdiyi siyasəti "soyqırım"
kimi rəsmiləşdirməyə çağıran Ərdoğan "soyqırım görmək istəyənlər dönüb öz
çirkli, qanlı tarixlərinə baxsınlar... Əgər Fransa Senatı tarixlə maraqlanmaq
istəyirsə, Ruanda və Əlcəzairdə yaşananlara açıqlıq gətirsin..." deyə
bildirdi.
Ermənilərin heç bir fakta, tarixi qaynaqlara əsaslanmadan hər il dünyaya car çəkərək türklərin ayağına yazmağa çalışdıqları misilsiz vəhşiliklər Ruanda və Əlcəzairdə, təkcə yerlilərin deyil, eləcə də xaricilərin gözü önündə törədilmişdi. Bəs görəsən, sözügedən ölkələrdə konkret olaraq nələr baş vermişdi?
Ermənilərin heç bir fakta, tarixi qaynaqlara əsaslanmadan hər il dünyaya car çəkərək türklərin ayağına yazmağa çalışdıqları misilsiz vəhşiliklər Ruanda və Əlcəzairdə, təkcə yerlilərin deyil, eləcə də xaricilərin gözü önündə törədilmişdi. Bəs görəsən, sözügedən ölkələrdə konkret olaraq nələr baş vermişdi?
Əlcəzair
Fransa 1830-cu ildə ölkənin yerləşdiyi ərazini işğal etmişdi. 1962-ci ildə müstəqilliyini əldə edənə qədər Fransa Əlcəzairi
fransızlaşdırmaq üçün assimilyasiyaya məruz qoydu. Məqsəd məhz fransız Əlcəzairi
yaratmaq idi. Bunun üçün 19-cu əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə
yerləşdirildi. Gəlmələrə böyük imtiyazlar və imkanlar verildi. Dolayısıyla
başlanılan kampaniya stimul da almış oldu. Təbii ki, fransızların bölgəyə köçü əlcəzairlilərin
işsizlik problemlərini daha da artırdı. Bu vəziyyət isə sanki bumeranq effekti
yaradaraq Əlcəzairdən Fransaya axına da gətirdi.
I Dünya Müharibəsindən
sonra Əlcəzairdə fransız işğalına qarşı milli mücadilə formalaşdı. Bu
mübarizənin öndəri Şeyx Abdullah Mən Badis idi. Şeyx Abdullahın "İslam mənim
dinim, ərəb dili dilim, Əlcəzair vətənimdir" sözləri başlanan mübarizənin
şüarına çevrildi. Gözlənildiyi kimi, şeyxə qarşı Fransanın reaksiyası sərt oldu
və o, həbs edildi. Beləcə istiqlal savaşının yatırılmasına cəhd göstərildi.
Repressiyaların ardından II Dünya Müharibəsinin başlaması da mövcud istiqamətdəki
fəaliyyətə təsirsiz ötüşmədi. Həmin dövrdə Fransa əlcəzairlilərin tərəfdaşlığı
qarşılığında onlara azadlıq vədi verdi.
Lakin cahan savaşı
sona çatdıqlan sonra Paris dairələri vədlərinə xilaf çıxdılar. Əlcəzairlilər həm
qələbəni qeyd etmək, həm də azadlıqlarına qovuşmaq üçün bayraqlarla Setif şəhərində
böyük nümayişə çıxdilar. Fransanın bu nümayişə reaksiyası Əlcəzair xalqına
insanlıq tarixinin ən faciəvi günlərindən birini yaşatdı. Fransız ordusu
havadan və qurudan bölgəyə hücum çəkdi. Bir neçə gün çəkən hərbi aksiyada 45
min adam həyatını itirdi. Qırğınlar fonunda Əlcəzairdə yaranmış Qurtuluş Təşkilatı
mübarizə səhnəsinə çıxdı. Beləcə ölkədə 1954-cü il oktyabrın 31-də yadelli təcavüzə
qarşı böyük qiyam başlandı.
Fransa qiyama həbslər
və hərbi güclə cavab verdi, ölkəyə 500 min əsgər göndərdi. Yerliləri
qorxutmaq məqsədilə ələ keçirilən müqavimətçilərə ağır işgəncələr tətbiq
olundu. Minlərlə insan mühakiməsiz edam edildi. Fransızlar bölgədə qala bilmək
üçün işgəncə və qırğınları davam etdirdilər. Ancaq bütün bunlar xalqın əzmini
sarsıtmadı, əksinə mücadilə gücləndi. Üstəlik ölkədən kənarda Əlcəzair
Respublikasının müvəqqəti hökuməti quruldu. Bütün bu hadisələr isə Fransada
siyasi böhrana gətirdi. Əlcəzairlilərin müqaviməti qarşısında davam gətirməyən
Fransa xalqın müstəqillik yolundan çəkilərək referendum keçirilməsinə razılıq
verdi. Beləliklə Fransa müstəmləkə bildiyi məmləkətə azadlıq vermək məcburiyyətində
qaldı. Səkkiz ilin istiqlal savaşı başa 1 milyon əlcəzairlinin həyatı bahasına
gəldi.
Ruanda
Afrikanın mərkəzində yerləşən bu ölkə I Dünya müharibəsindən sonra
Belçikanın payına, daha doğrusu mandatına düşürdü. Ərazi təbii qaynaqlar baxımından heç də zəngin yer
deyildi. Qəhvə istehsalından başqa əhəmiyyətli istehsal sahəsi yox idi. Ruanda
xalqının 90 faizi hutu, 9 faizi tutsi, 1 faizi piqmey qəbiləsinə məxsusdur.
Böyük
intervensiyalara qədər bu qəbilələr əsrlərdir, birlikdə yaşayırdılar.
Aralarında ciddi sayılacaq ədavətlər də olmurdu. Lakin Belçika Ruandanı asanlıqla
idarə etmək üçün iki qəbilə arasında süni ayrı-seçkilikçilik yaratdı. Azlıqda
olan tutsiləri ölkədə yüksək mövqeyə gətirərək hutularda nifrət hissini oyatdı.
Belçikanın müstəmləkə rəhbərliyi tutsilərin hutulara nisbətən üstün
olduqlarını, hutuların aşağı irqə məxsusluqlarını təlqin etdi və onları təhsildən
uzaqlaşdırmağa çalışdı. Nəticə etibarilə iki xalqı bir-birinə düşmən salmaq
siyasəti gözlənilən "nəticəni" verdi.
II Dünya Müharibəsindən
sonra Ruanda müstəmləkəçilik dövrü sona çatdi. 1962-ci ildə ölkənin müstəqilliyi
elan olundu. Keçirilən seçkiləri hutular qazandı. Bu isə yaxınlaşan təhlükənin
ayaq səsi idi. Hutu hökuməti tutsiləri sürgünə məcbur etdi. Tutsilərin yarıdan
çoxu qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. Həmin vaxt Çinə yüz minlərlə
kiçik baltalar sifariş verildi. Balta çatmayanda isə iti uclu dəyənəklər
hazırlandı. Hər şey qırğına hazırlıq üçün nəzərdə tutulmuşdu. Fanatik hutulara
hücum bəhanəsini 6 aprel 1994-cü ildə hutu əslli Ruanda dövlət başçısının təyyarəsinin
vurulması verdi. Bundan sonra ölkədə sözün həqiqi mənasında tutsi ovuna
başlandı. Bir neçə ay içində 600 min insan qətlə yetirildi. Qırğının miqyasının
böyüdüyünü görən qonşu ölkələrdə təşkilatlanmış tutsilər də hərəkətə keçdilər və
paytaxta qədər irəlilədilər. Maraqlı eyni zamanda acınacaqlıdır ki, həmin
vaxtadək baş vermiş vəhşiliklərə reaksiya verməyən Fransa hutu hökumətinə hərbi
dəstək göstərməyə qalxdı. Bu dəstəyin nəticəsi idi ki, müştərək qırğına məruz
qalmış tutsi və hutulardan ümumilikdə 800 minə qədəri öldürüldü. Yekunda təməli
Belçikanın ayrı-seçkilik siyasəti ilə qoyulan faciə Fransanın yaxından dəstəyi
ilə SOYQIRIM miqyasını aldı.
oxucu.info
Комментариев нет:
Отправить комментарий