Serqey Dövlətov
Təssüf edirəm ki, Rusiyada qalan dostlarımın çoxu hələ də kəşf olunmayan isdedadları, həmçinin qərbdə yazıçıları gözləyən cənnətin xəyalı ilə bağlı illuziyayaların təsiri altındadılar (ona görə ki, orda özlərini ifadə etmək üçün imkanları yoxdur).
Yetmişinci
illərdə mən iddialı, lakin qəzet və jurnallardakı xalturalarımı çıxmaq şərtilə
heç bir sətiri belə çap olunmamış nonkonformist yazıçı idim. Mənim iddialarım,
edə biləcəklərimlə tərs mütənasib idi, daha doğrusu imkanların olmaması mənə
özümü kəşf edilməmiş dahi hiss etməyə haqq verirdi. Dostlarım da haqqımda eyni
fikirdə idilər.
Bizim
xəyallarımız və ümidlərimiz Qərbə can atmaq üzərində qurulmuşdu. Biz əks məntiq
prinsipi ilə düşünürdük, əgər bizdə hər şey pis idisə, deməli onlarda yaxşıydı,
daha dəqiq desək bizdə əlverişsiz olan şərait onlarda əla olmalıydı. Bircə
Qərbdə çap olunmaq bəs edirdi ki, bütün dünya bizim necə dahi, igid oğlanlar
olduğumuzdan xəbər tutsunlar.
Və budur mən Qərbdəyəm. Məndən heç bir dahi çıxmadı, illuziyalarımın hamısı iflas etdi, əvəzində mən gözlənilmədən amerikanın dəbdə olan ədəbiyyat jurnallarından çap olunan, ən məhşur nəşriyyatlarında kitabını buraxdıran, yüzlərlə rus mənşəlli yazıçılarından birinə çevrildim.
Və budur mən Qərbdəyəm. Məndən heç bir dahi çıxmadı, illuziyalarımın hamısı iflas etdi, əvəzində mən gözlənilmədən amerikanın dəbdə olan ədəbiyyat jurnallarından çap olunan, ən məhşur nəşriyyatlarında kitabını buraxdıran, yüzlərlə rus mənşəlli yazıçılarından birinə çevrildim.
Təssüf edirəm ki, Rusiyada qalan dostlarımın çoxu hələ də kəşf olunmayan isdedadları, həmçinin qərbdə yazıçıları gözləyən cənnətin xəyalı ilə bağlı illuziyayaların təsiri altındadılar (ona görə ki, orda özlərini ifadə etmək üçün imkanları yoxdur).
Çoxdadır
istəyirdim, rus mühacirərinin ortaq metodu ilə nazik papiros kağızında
Rusiyadakı dostlara bir məktub göndərim. Tanış bir italyan həmin məktubu
Rusiyaya çatdırmağı boynuna götürüb. Fikrimcə, bu indi yazmaqda olduğum, hələ
də göndərilməmiş mətnə bənzər bir məktub olmalıdır.
Mənim Əzizlərim !
Bacardıqca
uzunçuluqdan qaçmalıyam ki, məktubu sizə çatdıracaq tanışım, alicənab sinyorun
gizlətdiyi yerə sığsın. Onunçün də, ancaq başlıca məsələlər, sizin və mənim
ortaq dərdimiz olan ədəbiyyat məsələləri haqda yazıram.
Bilməlisiniz
ki, Amerika nə cənnət, nə də cənnətin yer üzündəki filialı deyil və mənə elə
gəlir, bu mənim Qərblə bağlı ən böyük kəşfimdir. Mənim fikrimcə mühacir
yazıçılar üçün Amerikada, daha doğrusu Qərbdə ədəbiyyat həyatı üç mərhələdən
ibarətdir.
Əvvəlcə hər
şey insana əla görünür : rus nəşriyyatları çox, qəzet, juranlları ürəyin
istədiyi qədər, senzura deyilən şey yox.
Sonra bir
anda hər şeyin bərbad olduğunu anlayırsan : rus jurnalları qonarar vermirlər,
nəşriyyatlar hər cür zir-zibili çap edirlər, senzuranın yoxluğu (eyni zamanda
ciddi tənqidin də tamamilə aradan qalxması) qrafomanların azad fəaliyyəti üçün
münbit şərait yaradır.
Sonda hər
şey əvvəl-axır sənin üçün normallaşır. Məlum olur ki, Amerikada istədiyin hər
şey var, həm pis, həm yaxşı şeylər. Çünki azadlığın dəhşətli olanla, gözəl
olanın hər ikisinə münasibəti eynidir. Eynilə, ayın öz işığı ilə, həm
yırtıcının həm də qurbanın yolunu işıqlandırması, ya da günəşin öz şüalarını
həm alaq otu, həm də çovdar sünbülü arasında eyni dərəcədə paylaması kimi.
Əslində biz
bura gəldikdən sonra, nə iqtisadi, nə coğrafi mövqeymizi, nə iqlimimizi və
xüsusilə də öz mənəvi dəyərlərimizi dəyişməmişik. Buraya gəlməklə insan heç də
dəyişmir, həyat tərzi əvvəlki kimi qalır. Burada dəyişdirdiyimizi yeganə şey,
başqaları ilə münasibətdə duyduğumuz kədərimizdir. Şəxsən mən əminliklə burdakı
kədəri özümə daha yaxın hiss etdiyimi deyə bilərəm.
Nə vaxtsa
mən bütün qəlbimlə rəsmi sovet ədəbiyyatının içində yer almağa can atırdım.
Sonra mən ən doğru yolun qeyri-rəsmi ədəbiyyatdan keçdiyini düşündüm. Daha
sonra ölkədən çıxdım və xüsusi bir səy göstərmədən özümü mühacir ədəbiyyatının
ortasında tapdım. Daha iki il keçdi və budur mənim hekayələrim partapart,
üç-dörd dilə çevrilib, çap edilir və nəhayət ən əsas şeyi anladım.
Ədəbiyyatı
istər rus ədəbiyyatı, istər sovet ədəbiyyatına, istər metropol istər diaspor,
istər rəsmi, istərsə də anderqraunda bölməyin heç bir mənası yoxmuş. Kənardan
baxanda bircə ədəbiyyat növü var, o da dünya ədəbiyyatıdır. Və əgər anadangəlmə
sənin bəxtin gətiribsə (istedad), bu bəxt hələ də işləyirsə (yaxşı tərcüməçi,
fəal ədəbiyyat agenti), deməli müəyyən vaxtdan sonra, sən dünya ədəbiyyatında
öz yerini tutmaq haqqını qazanırsan. Qoy, bu yer mikroskopik kiçiklikdə olsun,
amma yenə də sən çox nəhəng bir kütlənin içində özünə yer tutmaqla öyünə
bilərsən.
Okeanın
üstündən uçub keçərək siz heç də gəlib cənnətin ortasına düşməyəcəksiniz.
(Əlbəttə ki, mən bunu kolbasa ya da cins geyimlər haqqında yox, nəsr ədəbiyyatı
haqqında deyirəm.)
Senzura
həqiqətən də yoxdur, konyuktura (ədəbi mühit) isə var. (Mən xeyli müddətdir
anlamışam ki, iyrənc şeylər bir-biri ilə qafiyələnir. Senzura-konyuktura...
Mestkom-qorkom-profkom.) Ölkəmizdə biz gecə-gündüz ideoloji ədəbi mühitlə
əlləşirdik, burda isə bazarın tələb əsasında yaratdığı ədəbi mühitlə ayaqlaşmaq
lazım gəlir. Gəlir gətirməyi hədəfləyərək yazmaq isə, nabələd ədəbiyyatçı üçün
olduqca cansıxıcı və mənasız gəlir.
Qərbəki rus
naşiri sizə ilk deyəcəyi bu olacaq:
Sən kifayət qədər tanınmırsan. Sən nə Soljinitsin, nə
də Brodski deyilsən və sənin kitabın mənə heç bir gəlir gətirməyəcək. Gəlsənə,
onu sənin öz hesabına çap edək.
Amerikan
naşiri isə səninlə daha nəzakətli davranacaq. O deyəcək:
Sənin kitabların gözəldir. Ancaq sovetin əmək
düşərgələri haqqında artıq yazıblar, dissidentlər haqqında yazıblar, KQB və
valyuta alverçiləri haqqında yazıblar, bir sözlə sovet həyatının
ürəkbulandırıcı tərəfləri haqqında oxumaq artıq camaatı bezdirib. Yaxşı olar
ki, Amerika haqqında nə isə gülməli bir şey yazasan. Onu da bacarmırsansa Qədim
Misir haqqında yaz...
Bununla siz
hətta uğursuz insana verilən son təsginlik payından də məhrum olacaqsınız. İş
orasındadır ki, burada ədəbiyyat dövlətə yox, nəşriyyatlara məxsusdur,
nəşriyyatlar isə kitablara öz ciblərindən pul xərcləyirlər, bəs bu halda sən onlara
niyə gəlir gətirməməlisən.
Digər
yandan, Qərbdə çalışan adamın əziyyəti heç vaxt yerdə qalmaz, əvvəl-axır sizi
həm rusca, həm də ingiliscə çap edəcəklər. Rus nəşriyyatları göbələk kimi
artmaqda, qiymətlər aşağı düşməkdə olduğu üçün, ilkin mərhələdə öz hesabına çap
olunmaq da mümkündür, inandırım sizi ki, bu elə də baha başa gəlmir.
Amerikanın
ədəbiyyat bazarı isə ucu-qulağı görünməyən, nəhəng bir bazardır. İsdedadlı adam
tərəfindən yazılmış, ciddi kitab burda əvvəl-axır öz naşirini tapacaq
Burda
nəşriyyatların sayı yüzlərlərdir, bəlkə də minlərlə. Hər il çap olunan kitablar
arasından bir neçə mini uğurlu olur, ya gəlir əldə edir, ya da heç olmasa öz
xərcini ödəyir.
Lakin, burda
ciddi olmayan ədəbiyyat üçün də yer var (içərisində isdedad olanları nəzərdə
tuturam.) Yüksək didaktik kitablardan tutmuş, aşağı pornoqrafiyaya qədər, hansı
bərbad kitabı yazırsan yaz (mən əminəm ki, gözəl bir “tullantı” yazmaq üçün
belə istedad, vərdiş və hətta ustalıq tələb olunur) amerika bazarı onu həzm
edəcək. Bəlkə, hətta bu yolla siz Amerikada ən çox qazanan rus ədəbiyyatı
təmsilçisi də olarsınız.
Əlbəttə,
sizi burda xoşagəlməz hadisələr də gözləyə bilər. Rusca kitabların naşirləri
sizə deyə bilərlər (ya da susqunluqlarından özünüz anlayacaqsınız):
Sən Sovet İttifaqında yaşamısan indi isə Qərbdə çap
olunmağa gəlmisən. Bir halda ki, orda asanlıqla həbsxanaya düşə bilərdin, amma
düşməmisən, deməli heç bir səbəb olmadan Qərbə sığınıb, yazıçı olmaq üçün özünü
dissident kimi qələmə vermisən. Belə vəziyətdə Qərb qəzetləri hay-küy
qaldıracaqlar. Bu sənin kitablarının satışına təsir edəcək. Hələ ki, sən
azadlıqdasan və indiki vəziyyətin heç də həbsxanadakına bənzəmir. Buna görə də
mən sənin kitabının çapını ara sakitləşənə qədər təxirə salıram...
“Ara
sakitləşənə qədər” – nə deməkdir? Kitab çap etdirmək üçün mütləq həbs olunmaq
lazımdır?!
Siz
vəziyyətlə barışıb öz-özünüzə deyəcəksiniz: hamısı mənə qarşı yönəlmiş,
çinizim, praqmatizmdir!.. (Yenə də qafiyələnən murdarçılıq!) Mənsə sizə üzümü
tutub deyirəm: - “Hə, nə olsun ki?” Nəşriyyatlar öz ciblərindən pul
xərcləyirlər. Onların qənaətcil və düşüncəli xərcləmələr etməsi tamamilə
normaldır.
Ancaq
ümidini itirmək lazım deyil, burda hər şey çap olunur, əgər əsər ruscadırsa
onun çapı üçün mütləq imkan tapılacaq. Burda hər şeyi, hətta mənim fikrimcə
çapa layiq olmayanları da çap etdirmək mümkündür.
Sizi çap
edəcəklər və əvvəlcədən buna hazır olmaq lazımdır. Çünki, kitabın
yayınlanmasından dərhal sonra dahiliyiniz haqqında hər kəsdən gizlədiyiniz
illuziyalar istər-istəməz yerlə-yeskan olacaq. Tezliklə siz tanınmamış dahinin
hücrəsindən, dünya ədəbiyyatının sonsuz fəzasına düşəcəksiniz. Burda ilk sırada
Tolstoy, Servantes və Coys durur, sizdən arxada heç kimin tanımadığı
milyonlarla iks, iqrek, zet düzülüşüb, siz isə ortalarda bir yerdəsiniz.
Təэssüf ki,
sizin çoxunuz ancaq orta sıralarda qala bilərsiniz. (Orta sıradakı yazıçını
təsəvvür etmək üçün Cudit Krançın üzərinə Tolstoyu əlavə edib, ikiyə bölün!)
Bundan qorxmağa dəyməz. Orta yer heç də qorxulu deyil. Ədəbiyyat aləmində əsas
proseslər çox vaxt məhz burda baş verir...
Və məndən
sizə daha bir xəbərdarlıq. Dünya ədəbiyyatının sırasına düşdükdən dərhal sonra,
siz daha konkret auditoriyanızı hiss edə bilməyəcəksiniz. Bəlkə də kimin üçün
yazdığınızı sadəcə beyninizdən çıxarıb atacaqsınız.
Nə vaxtsa
siz sovet redaktorları xoşuna gəlmək, onları qanunsevər, qabiliyyətli və
vicdanlı bir sovet yazarı olduğunuza inandırmaq üçün yazırdınız. Sonra bunun
mənasızlığını anlayıb, nonkonformizmin darısqal tabutunda özünə yer eləyib,
dost-tanışdan ibarət, dar çevrə üçün yazmağa başlmısınız. Nəhayət, gücdən
düşüb, qərbin fərziyyələrə inanan oxucularının gözündən kommunist rejimini
salmaq üçün yazmağa başlayırsınız. Belə yol hər bir istedadlı yazıçı üçün
tamamilə təbii və təqdirəlayiqdir. Sizin vəziyyətinizdə bir yazıçıdan tələb
olunan ən minimum şey, ədalətsiz rejimlə barışmayıb, bir az cəsarət, bir az da
soyuqqanlılıq göstərərək, özünə fikirlərini açıqca ifadə edə biləcəyiniz bir
mühit tapmaqdır-ləyaqət insanın ən cəlbedici cəhətidir.
Beləliklə,
siz Qərbdəsiniz. Sizin hekayələriniz rusca və ingiliscə çap edilir. Əvvəl-axır
auditoriya hissi yava-yavaş sizi tərk etməyə başlayır. Kim üçün və nə haqda
yazırsız fərqi yoxdur. Amerikalılara Rusiya haqqındamı, yoxsa ruslara Amerika
haqqındamı? Kitabı əlinə alacaq bütün insanlar və özünüz haqqındamı? Son
nəticədə anlaşılır ki, siz ancaq özünüz üçün yazırsınız. Yaxşı tanıdığınız və
güzgüdə üzünüzü qırxarkən nifrətlə baxdığınız adam üçün yazırsınız. Qısası,
sizin işiniz toru qurmaqdır, ora kimin düşəcəyi isə artıq sizi
maraqlandırmamalıdır: bəlkə bu fransız tələbədir, bəlkə amerikalı dantist,
bəlkə nüfuzlu Brayton-Biçdə yaşayan rus mühacir-biznesmeni, bəlkə sovet
dissidenti ya da KQB mayoru. Önəmli olan iş yerinə yetirilib – tor dənizə atılıb...
Bilirəm ki,
sizin üçün asan deyil. Mühacirət insanın seçimlərinin keyfiyyətinə təsir edir.
Əvvəllər ya sovet entuziazmını ya da tamamilə siyasətdən boyun qaçırmağı
seçməliydiniz, ya hökümətlə əməkdaşlıq edib yaxşı yaşamalı ya da monastr hücrəsinə
çəkilib, tanınmadan oradaca çürüyüb getməliydiniz. İndi isə hər şey başqa
cürdür. Siz köləliklə azadlıq arasında, səssiz etirazla, açıq, qorxusuz fikrini ifadə etmək arasında seçim
etməlisiniz.
Doğrudur,
heç kimin məhbusu üsyana qaldırmaq, nə də insandan igidlik göstərməyi, vətəndaş
borcunu yerinə yetirməyi tələb etmək üçün mənəvi haqqı yoxdur. Heç kim sizin
yerinizə seçim edə bilməz.
Ancaq nə
olur-olsun kimsə bunu mütləq etməlidir. Bu sizin dərdiniz olduğu qədər də bizim
kədərimizdir. Şübhəsiz gec-tez, dəmir pərdələrin o üzü ilə bu üzündəkilər eyni
antalogiyada toplaşıb, çap olunacaqlar.
Sizi sevən və hörmət edən Serqey Dövlətov.
Çeviri: Namiq Hüseynli
Комментариев нет:
Отправить комментарий