Müasir
solçuların arasında belə bir tendensiya müşahidə olunur – öz siyasətini
hər hansı bir şeyin müdafiəsinə yönəltmək. Bu isə artıq konservatizmin bir
növüdür – Kapitalizmi məhv edən hər bir şeyin müdafiə taktikasını nəzərdə
tuturam.
Müəllifin önsözü: Müasir zamanda demək olar ki, 150 il əvvəl yazılmış bir kitabın təhlil edilməsi bir tərəfdən qəribə görünə bilər. Hazırda yaşadığımız dünya ilə hansı əlaqəsi və pratiki əhəmiyyəti ola bilər? Amma bu işi unutmaq –Marksın “Kapital”əsərində yer almış kapitalizmin sərt tənqidini və əsas problemlərinin kökünü diqqətdən qaçırmaq olardı. Təsadüfi deyil ki, məhz “Kapital” müasir dövrün əsas suallarına cavab verir: necə oldu ki, varlılar getdikcə daha da varlanır, kasıblar isə daha da yoxsullaşır?! “Kapital” həmçinin bizə qeyd edir ki, hal-hazırda təklif edilən problemlərin həllərindən bir çoxu illüziyalara əsaslanmışdır – sadəlöv ümidə ki, kapitalizm olduğu kimi də qalaraq hər hansı bir yolla insanların əksəriyyətinin maraqlarına uyğun olmağa başlayacaq. Qısası, “Kapital”ı və Marksı öyrənmək, araşdırmaq lazımdır. Mən və Frederik Ceymison telefonda elə bu barədə danışdıq.
–Yeni əsərinizdə yazırsınız: “Kapital” – bu siyasət haqqında və hətta əmək haqqında kitab deyil– bu işsizlik haqqında kitabdır”. İzah edə bilərsiniz, niyə siz belə hesab edirsiniz?
“”Kapitalı” Təqdim edərək: Birinci cildi oxumaqla”
adlı kitabın nəşriylə əlaqədar olaraq müəllif Frederik Djeymisonla müsahibə
Müəllifin önsözü: Müasir zamanda demək olar ki, 150 il əvvəl yazılmış bir kitabın təhlil edilməsi bir tərəfdən qəribə görünə bilər. Hazırda yaşadığımız dünya ilə hansı əlaqəsi və pratiki əhəmiyyəti ola bilər? Amma bu işi unutmaq –Marksın “Kapital”əsərində yer almış kapitalizmin sərt tənqidini və əsas problemlərinin kökünü diqqətdən qaçırmaq olardı. Təsadüfi deyil ki, məhz “Kapital” müasir dövrün əsas suallarına cavab verir: necə oldu ki, varlılar getdikcə daha da varlanır, kasıblar isə daha da yoxsullaşır?! “Kapital” həmçinin bizə qeyd edir ki, hal-hazırda təklif edilən problemlərin həllərindən bir çoxu illüziyalara əsaslanmışdır – sadəlöv ümidə ki, kapitalizm olduğu kimi də qalaraq hər hansı bir yolla insanların əksəriyyətinin maraqlarına uyğun olmağa başlayacaq. Qısası, “Kapital”ı və Marksı öyrənmək, araşdırmaq lazımdır. Mən və Frederik Ceymison telefonda elə bu barədə danışdıq.
–Yeni əsərinizdə yazırsınız: “Kapital” – bu siyasət haqqında və hətta əmək haqqında kitab deyil– bu işsizlik haqqında kitabdır”. İzah edə bilərsiniz, niyə siz belə hesab edirsiniz?
– Başa düşürəm
ki, mənim ifadəm bir qədər qeyri-adi səslənir – xüsusilə Marks
haqqında siyasi fikirlərlə düşünənlər üçün, – amma “Kapitalda” hər hansı siyasi
hərəkətlər haqqında az qeyd olunub. Əlbəttə ki, orada kapitalist sistemin
iflasına gətirib çıxaracaq kapitalizm ziddiyətlərindən yaranan cəmiyyət
güman edilir. Mən heç də iddia etmirəm ki, Marks siyasətlə maraqlanmırdı və ya
siyasi strategiyalar haqqında düşünmürdü, – amma “Kapital” məhz bu haqda
deyil. Bu kitab göstərir ki, kapitalizm necə dəhşətli bir mexanizmdir. Bu
işsizlik haqqında kitabdır – və, xüsusilə, Marksın da dediyi kimi o haqda ki,
kapitalizmin mütləq, əsas qanunu – məhsuldarlığın artırılmasıdır. Nəticədə: “Sənaye
ehtiyatının həcmi sərvətin miqdarının artmasına mütənasib olaraq artır”.
(“Kapital” I cild.baş. 23).
Hesab edirəm ki, bu
sözlər indiki vəziyyəti çox yaxşı təsvir edir. Bu yaxınlarda “yeni iş yerləri
yaradan” və biznesə dəstək barəsində respublikaçılar və demokratlar
arasında əzəli mübahisələrdən qıcıqlanan kapitalistlərdən birinin fikirini
eşitdim. O həmin vaxt dedi: “Axı heç kəs səhər tezdən oyanıb demir: “Nəsə birdən-birə
ödəmə siyahısında işçilərin sayını artırmaq istədim, çünki bu amerika
iqtisadiyyatının xeyrinə olacaq”. Onun sözləri bu faktı çox gözəl təsvir edir
ki, biznes yeni iş yerləri yaratmaq üçün mövcud deyil-pul artırmaq üçün
mövcuddur. Marksın “Kapital”da qeyd etdiyi də məhz budur. Məhsuldarlığın
artırılması ilə iş yerlərinin yaradılması arasında bilavasitə əlaqə yoxdur.
Bu, Keyns
iqtisadiyyatının prinsiplərinin hələ də tətbiq olunduğu ölkələrdə o qədər
də aydın nəzərə çarpmırdı, qəbul edilmirdi. Keyns özü də anlayırdı – istehsal
olunmuş əmtəəni almaq üçün kifayət qədər pulu olan işçilər də vardır. Bununla
belə, Reyqanın və Tetçerin dövründən başlayaraq, kapitalın fundamental məntiqi
getdikcə daha da Marks tərəfindən təsvir edilmiş sistemə oxşamağa başladı.
Problem indi yalnız iş yerlərinin başqa ölkələrə yerdəyişməsindən ibarət
deyil – biz hər yerdə baş alıb gedən bir proseslə qarşılaşmışıq. Siz fabrikləri
geri, ABŞ-a qaytarmaq istəyirsiniz – amma digər tərəfdən, siz həmçinin onların
məhsuldar olmasını da istəyirsiniz? Məhsuldarlıq istehsalın bütövlükdə
avtomatlaşdırmasını və işçilərin sayının azaldılmasını nəzərdə tutur. Bu ki,
aydındır. Hesab edirəm ki, biz məşğulluq və belə bir sistem arasında dərin
ziddiyyətlə qarşı-qarşıyayıq. Məşğulluq haqqında tez-tez səsləndirilən siyasi tələb
–elə sistemin təmin edə bilmədiyi tələbdir.
– “”Kapitalı”
Təqdim edərək” əsərində, – “Dialektikanın valentliyi” əsərində olduğu kimi, –
siz iddia edirdiniz ki: “Marks “1844-cü ilin İqtisadi-fəlsəfi əlyazmaları”-da
kapitalizmin son üfüqü kimi dünya bazarının əhəmiyyətini inadla təkid edirdi”.
O bu fikri daha dəqiq necə ifadə edirdi və bu gün həmin fikir nə dərəcədə
aktualdır?
– “Əlyazmalarda”
bu suala bir az yer ayrılmışdır, amma indiki halda əsas məsələ
kommodifikasiyanın universallaşdırılmasından ibarətdir – muzdlu əmək hər
yerdə əməyin başqa formalarını sıxışdırıb çıxardır: qul və ya feodal
olmasından asılı olmayaraq. Məsələn, siz qərbi Avropada muzdlu əməyin
hökmranlığını gördükdə kapitalizmin necə bir mexanizm olduğunu anlamağa
başlayırsız. Siz anlayırsınız ki, indi baş verən proses nə qədər universaldır.
”Əlyazmalara”
haşiyələrdən birində Marks deyir: Dünya bazarının hüdudlarını aşmayınca dünya
sosialist inqilabı gəlməyəcək. Marks burada bunu nəzərdə tuturdu: əməyin bütün
başqa formaları addımbaaddım bütün dünyada muzdlu əmək tərəfindən
sıxışdırılacaq – bununla da onlar tərəfindən əldə edilən gəlir kapitalla (əlavə
dəyərdən gələn) sıxışdırılacaq.
Kapital böhran vəziyyətinə
və ya ziddiyyətlərə çatdıqda nə baş verir? Onda iflas anı başlayır. Bu əsərdə mən
qeyd edirəm ki, kapitalizm “belə bir xüsusi mexanizmdir – onun təkamülü öz
süqutundan, ekspansiyası iş problemlərindən, inkişafı isə onun kollapsından
ayrılmazdır”. Sistemin iflasının əsası elə onun özünü inkişafıyla və artımı ilə
qoyulub. Məsələn, kəndlilər fermerlərə, sonra isə işsizlərə çevrildilər –
sistem bu yolla əməyi daha da ucuzlaşdırmağa çalışır və sonda vəziyyət
elə bir nöqtəyə gəlib çatacaq ki, artıq ucuz əmək daha olmayacaq,
eyni zamanda da istehsal edilmiş məhsulları almağa adam olmayacaq.
Düşünürəm ki, bu
bizim mövqeyimizdən görünür, hətta XX əsrdə göründüyündən də aydın. Bir dəfə
kapitalizm dünya bazarının sərhədlərinə çatdıqdan sonra daha genişlənə bilməyəcək.
Biz indi belə bir nöqtədəyik. İndi həmin inkişaf sərhədlərinin
yaxınlaşması hətta Marksın dövründə olduğundan daha yaxşıdır. Müəyyən
nöqtəyə çatdıqdan sonra, sistem daha mövcud ola bilməyəcək – o ya
dağılmalı, ya da başqa bir sistemlə əvəz olunmalıdır. Əlbəttə, bir çoxları əvvəllər
düşünürdülər ki, Marks sosializmin zəruriliyi haqqında danışırdı – amma hələ
”Kommunist partiyasının Manifestində” o bu haqda yazırdı ki, ya
“inqilabi yenidənqurma” baş verəcək, ya da “mübarizə aparan siniflərin
ümümi məhvi”. Buna görə sosializm heç də qaçılmaz deyil – bu artıq
insanın atdığı addımdan və siyasi praktikadan asılı olacaq.
– Öz
kitabınızda yazırsınız: “Marks inqilabi siyasəti “gələcəyin poeziyasıyla” birləşdirməyə
çalışırdı – o şəxsi nümunədə göstərməyə çalışırdı ki, sosializm kapitalizmdən
daha müasir və məhsuldardır. Belə bir futurizmi və daxili
inamı özü üçün yenidən kəşf etmək – solun “diskursiv mübarizə”sinin
fundamental məsələsidir”. Bu haqda daha ətraflı danışın: “futurist
sosializmi” necə qəbul etmək lazımdır?
– Yeni
nailiyyətlər həmişə Marksı çox maraqlandırırdı: kimyəvi gübrələr ( indi artıq
bu gübrələr yaxşı bir şey kimi qəbul edilməsə də, o vaxtlar “yaşıl
inqilaba” imkan yaradırdı), sualtı kabellərinin üzlənməsi – o vaxtın bir
çox digər yeniliklər onda marağa səbəb olurdu. O, sosializmi daha qabaqcıl
formasiya kimi təsəvvür edirdi – həm texnoloji, həm də bütün başqa münasibətlərdə.
Amma Reymond Uilyams isə bu haqda yazırdı ki, insanlar sosializmi primitiv cəmiyyətə
qayıtmaq üçün daha çox nostalji bir şey kimi qəbul edirlər. Uilyams sosializm
haqqında belə təsəvvürə etiraz edərək iddia edirdi ki, sosializm heç də
daha primitiv deyil, mövcud nizamdan daha mürəkkəb bir nizam olacaq.
Müasir sol mühitdə
müəyyən tendensiya müşahidə olunur – öz siyasətini hər hansı bir
şeyin müdafiəsinə yönəltmək. Amma bu artıq konservatizmin növüdür – mən
kapitalizmin məhvini sürətləndirən hər şeyin xilas taktikasını nəzərdə tuturam:
təbiəti, insan cəmiyyətlərini, şəhərləri, mədəniyyəti və sair. Sol, tarixin
gedişatını ləngitməyə çalışaraq ən nostalji mövqeni tutdu. Valter Benyaminin bu
tendensiyanı yaxşı simvolizə edən belə bir ifadəsi var ( hərçənd ki, onun
özünün bu ifadə haqqında fikirlərini bilmirəm). O deyirdi ki, inqilablar hərəkət
edən qatarın “stop-kranını qopararaq” qatarı dayandırır. Düşünmürəm ki, Marks
bu qayda ilə düşünürdü. Mənə elə gəlir ki, Marks hesab edirdi ki, məhsuldarlıq
yalnız kapitalizmin qandallarından qurtularkən artacaq. Təşkilata,
texnologiya və istehsala gəldikdə isə – Marks heç də əl əməyinə qayıtmanı
arzu etmirdi. O əksinə, irəliləyişi və avtomatlaşdırmanın və kompyuterləşdirmənin
hər cür kompleks formalarının tətbiqini istəyərdi.
solfront.org
Комментариев нет:
Отправить комментарий