- Səni çimizdirdim, rahat oldum. Bacıların yaxın
durmurlar, ay bədbəxt, hamı səndən iyrənir.
Deyirlər, qabaq yenə dözülən
idi, indi sidiyi, p.xu qarışıb bir- birinə,
ürəyimiz ağzımıza gəlir, sən
Allah, birtəhər elə. Ərə getməmişdən sözəbaxan
idilər, dediyimiz keçirdi, indi ərləri
var, ixtiyaratları öz əllərində
deyil. Mən də neyniyim, hələ nə
vaxta kimi edə bilirəmsə,
edəcəyəm. Ancaq sözün düzü, altı aydır gəlinin məni
yaxına qoymur, tez- tez bayılır, yazıq xəstəlik tapmasa yaxşıdır. Özümün yediyim- içdiyim
də bilinmir, Vallah qağa, neçə gündür heç hara çıxa da bilmirəm. Nə
yaxşı tətil vaxtına düşdü. Qurban olum,
gileylənmirəm, düzdür son günlər
deyingən olmuşam. Qabaqlar ürəyimdə
çək- çevir edirdim, indi hər şey vurub üzə:
görürəm, ucadan söylənirəm.
Əslində mən
çörək qazanmalıyam, bir çətən
külfətəm,
tək müəllimliklə neyləmək olar?
Rəhmətlik dədədən, sonra da səndən qalan diləklər karıma gəldi, indi mən həm də beş kəndin tanınmış ağac ustasıyam, sifarişlərim çoxalıb. Usta da gərək yesin, təpəri olmasa işləyə bilməz. Səni hamamdan bu alt evə gətirənə kimi nəfəsim kəsildi, hiss elədim ki, gücüm- qüvvəm azalıb. Elə sən özün də altı gündür heç nə yemirsən. Gözlərini də yummamısan... Belə getsə, öləcəksən, ay yazıq, onsuz da səni çoxdan ölmüş bilirlər... Barı indi ürəyin bir şey istəyirmi?
Rəhmətlik dədədən, sonra da səndən qalan diləklər karıma gəldi, indi mən həm də beş kəndin tanınmış ağac ustasıyam, sifarişlərim çoxalıb. Usta da gərək yesin, təpəri olmasa işləyə bilməz. Səni hamamdan bu alt evə gətirənə kimi nəfəsim kəsildi, hiss elədim ki, gücüm- qüvvəm azalıb. Elə sən özün də altı gündür heç nə yemirsən. Gözlərini də yummamısan... Belə getsə, öləcəksən, ay yazıq, onsuz da səni çoxdan ölmüş bilirlər... Barı indi ürəyin bir şey istəyirmi?
Yerdə heysiz uzanmış adam “ yox” anlamında ehmalca
başını buladı. Sonra sol əlini “ nə oldu” mənasında
tərpətdi.
- Bu gün
qaqaşla danışmışam, gəlməyi hələ ki, yubanır. Bura deyil, ora deyil, Moskva
kimi bir yerdə yaşayır, yəqin işini- gücünü düzüb qoşar, xanımının da
razılığını alar, rahat gələr. Odur ki, bizə
qalır ümid eləmək. Amma sənə beş yüz dollar göndərib, səhər gedib alacam, sağlıq olsun. Hər şeyi ona anlatdım, dedim
sənin yolunu gözləyir, çalış gecikmə, işləri bilmək olmaz. Haçandır səni görmür, ürəyi atlanıb,
hər saat soruşur, mən də
insanam axı, cavab verə bilmirəm... Axır sözü bu oldu ki, uzağı iki günə özümü çatdıracam. Ümidli olaq, əlimizdən
nə gəlir,
bura deyil, ora deyil...
Lal adam əllərini
tüklü çənəsində daraqladı, qımışdı.
- Hə, bildim, nə
demək istəyirsən, qoy özümə
gəlim, saqqalını da qırxacam, olacaqsan
yek kişi. Sən də öz işini ehtiyatlı tutursan, ay qağa, o dünyaya üzü tüklü getmək istəmirsən. Düz də
edirsən. Orda bizim özümüzünkülərdən
savayı yadlar da var axı, adama nə deyərlər. Saqqaldan əvvəl, hamamda sənin
p.xlu paltarların durur, onları yumaq da mənim
işimdir. Bilirsən, iş o yerdədir ki, iki aydır nə uşaqlar, nə də anaları öz hamamızda yuyunur. Mən də məcbur edə
bilmirəm. Səbəbi də odur ki, ürəyimiz
götürmür. Nə olsun? Mənim ürəyim
götürür, biz kimik- doğma qardaş, noolsun ki, indi sənin taleyin belə oldu. O
vaxtı mən uşaq idim, sən belə
olanda, amma hamıdan çox dədə əzab
çəkirdi: “ Bu da doğma sovet ordusu,
balamı miningit edib qaytardı”. Bilirsən
niyə? Çünki savadsız idi, əlindən
başqa şey gəlmədi. Gücü verdi dərdə, ancaq beş il yaşaya bildi. Dözmədi, sənin
dərdin apardı. Dalısıycan da ananı çəkib apardı... Hə,
qağa, əvvəl-
əvvəl
belə deyildin, bir az yola yaxın idin,
get- gedə vəziyyətin xarablaşdı, indi
isə işin qalıb Allaha. Düzdür, sən belə
olana qədər
bacılarının ikisi də ərə
getmişdi, canın çıxıb hər birinin evini
tikməkdə
onlara köməklik edibsən. Amma, qağa, özgəsinə yox, öz bacılarına
edibsən, neyniyəsən? Köhnələr
indi hesaba gəlmir, ona görə ki, qanan adam azalıb. Çox ağır işlər gördüyündən
heç üç il çəkmədi sağlamlığın kəskin
pisləşdi. Kasıbçılıqdan səni müalicə
etdirə bilmədik. Bəlkə elə dədəni də bu dərd
öldürdü? Demək çətindi. Onda böyük sovet ölkəsinin
dağıla- dağıl vaxtı idi, hətta belə xırda şeylərə kəsəri qalmamışdı. Guya indi nə dəyişib,
soruşacaqsan? Bəlkə də
haqlısan...
Lal adam hər iki əllərini düyünləməyə cəhd etdi, amma gücsüzlüyü müqabi-
lində duruxub, yazıq
görkəm aldı.
- Hə bildim, qağa, nəyi soruşursan, sən özünü
çox da gücə salma, gör neçə illərdir
səninlə
bir yerdəyik. İndi mən səni
ani baxışından tuturam, amma nə biləsən mən nə çəkirəm?
Bəlkə
də duyursan... Motosikletini deyirsən, qalır, mən
onu sata bilmərəm... Hardan son günlər bu
fikir sənin ağlına girib ki, mütləq onu satım, bilmirəm. Onu yaxşı saxlamışam, həmişə ümid etmişəm
ki, sən ayağa durarsan və onda əmanətini pis görkəmdə görüb özünə
dərd edərsən. Sən
cavanlıqda bu motosikletlə qıvraq işlər görərdin,
işinin sürəti usta yoldaşlarının ürəyinə
vermişdi. Bəlkə sən elə onda gözə
gəldin, ay bədbəxt? Kim uydurub ki, həyat zirəkləri sevir, yalan şeydir, zirəklərin
qoltuğuna verirlər gedir, çala- çala...
Çalışıb heç harda fərqlənməyəsən,
gözə girməyəsən. Dədədən kefini soruşanda ömrü boyu cavabı dəyişmədi:
“ Ortabab”. Düz də edirdi, lakin sənin dərdin
onu yaşamağa qoymadı. Gedim görüm ağzıma bir şey ala bilcəyəmmi?
Sənin paltarlarını da birtəhər
edim, səhərə qalmasın, yenə
gələcəyəm sənin yanına, üzünü də qırxarıq, darıxma. Bu gün ustalıq işim yoxdur, səninlə
olacam.
* * *
O geri qayıdanda
əynində
yüngül pencək vardı. Üz qırxmaq üçün diləkləri
və iri termosu pəncərənin qabağına yığdı. Lal adamın mütəkkəsinin
yanına birisini də gətirib qoydu.
- Nə qədər tələssən də, dediyin vaxta qayıtmaq olmur. İşığa da
etibar qalmayıb, indi yanır, di gəl kim
deyər ki, bir saatdan sonra sönməyəcək, çox yananda da adam təəccüb edir. Hə,
qağa, vaxt da ipsiz at təki qaçır ha,
amma deyim sənə, mən də bir şey yeyə
bilmədim. Sənə qurban, mənə elə baxma, ürəyim
istəmədi,
bəlkə
bir azdan istəyəcək. Belə baxıram, sən
bu gecə də
yatana oxşamırsan. Mənim fikrimi eləmə,
qoy mənim fikrimi balalarım çəksinlər,
çünki onlara hələ lazımam. Bilirsən nə baş verib? Hə-ə, qaqaş dözməyib,
təzədən cib telefonuma zəng eləmişdi: deyir, mənim işimi bilmək
olmaz, bəlkə sabah günortanı siznən
elədim...
Lal adam hər iki əllərini arıq sinəsində oynadıb heysiz- heysiz baxırdı.
- Sən inanmırsan, amma mənim inanmağım gəlir,
çünki, pis qardaş olmayıb, gəl- geti
seyrək olsa da, sənə həmişə
pul göndərib. Adamın başının üztündə Allah var, mən
təkbaşıma sənin bahalı dərmanlarına
pul çatdıra bilməzdim axı... Hərdənbir
gələndə də
bacıların onunla savaşırdı ki... Əşşi... hər nəsə, indi hamının ehtiyacı rusyətdən
keçir, amma deyən yoxdur ki, oradakılara
sən özün, nə eləmisən?.. Qoy mən
danışa- danışa sənin üzünü təraş eləyim,
görürəm bərk
narahatsan, qağa. Sənin üzünü bu səfər
yubatdım, səbəbini də bilirsən,
təcili işlərim
çox oldu, yoxsa qoyardımmı vaxtı ötə?!
Üz ki var, təmiz olanda ovqatının pis
vaxtında da kefin düzəlir. Ətrafın
sənə
həsədlə baxır! İçindən
xəbəri
yoxdur eyy... Dədə həmişə deyərdi
ki, üzü vaxtında qırxmamaq kifirlik əlamətidir. Öləndə çoxlarını təəccübləndirmişdi kişi, Allah tərəfi təharətini
hərtərəfli saxlayan idi. Bir az da, deyəsən,
ölümünü irəlicədən duymuşdu deyən, özünə
məxsusi baxırdı. O öləndə,
qağa, mənim nə yaşım vardı ki... Sən
evin böyük oğlu olsan da, tale böyüklüyünü əlindən aldı, özünü başqalarına möhtac elədi. Qaqaşı, xanımı çörək sorağı ilə çəkib Moskvaya apardı. O vaxtdan evin ağırlığı
düşdü mənim bərkiməmiş çiyinlərimə...
Oxumağım da zülümlə oldu, açığı qaqaşın
xanımından xəlvəti köməkliyi olmasaydı,
oxuyub başa çıxa bilməzdim. Axırıncı
bacını yerbəyer eləmək çətin oldu, sonra özüm üçün neçə qapı açmağa məcbur
oldum. Kim idi böyüksüzə həvəslə “ hə
” deyən?.. Bilmirəm, mən bütün bunları sənə nə üçün danışıb, başını ağrıdıram? Guya bütün
bunlar sənin gözlərin qarşısında baş verməyib?..
Sənin üzünü qırxanda heç vaxt əziyyət
çəkməmişəm, düzdür bu dəfə tük çoxalıb, ancaq çətinliyim yoxdur. Bir vaxtlar sənin
üzünü dəllək
gəlib evdə
qırxırdı, yadında olar, bir sinifdə
oxumuşdunuz. O da Allahın rəhmətinə
getdi. Qəribə ölümü oldu: evə gəlmədiyini
görüb bütün gecəni ehtimal edib gedə biləcəyi yerlərə baş vururlar. Heç kimin ağlına gəlmir dükana baxmaq, işıqlaşanda görürlər, öz şüşəbəndində
şəstlə
kreslosunda oturub. İçəri girəndə məlum olur ki, haçandı canını tapşırıb... Hə, qağa, indi adamların ölümü toyuq ölümündən asan olub, uzun müddət xəstə yatana həsəd aparırlar... Dünən bir gündə balaca ölkədə on
adam suda boğulub ölüb, qəribədir insanlar qarğanmış kimi, sanki bir-
birinin bəhsinə ölümə növbəyə
durublar... Bax belə, mən də
öz işimi qurtardım. Allah rizası, sən məni incitmədin.
Gedim diləkləri suya çəkim...
Lal adamın hərəkətsiz gözləri
tavana dikilmişdi. Arıq sinəsi ağır-
ağır qalxıb- enirdi. Hərdənbir təlaşla
aciz- aciz ətrafa boylanmağı durumunun əndişəli
olduğundan xəbər verirdi.
- Saatdan xəbərin
var? Üçə işləyir... Neçə gündür mənim gözlərimin
də yuxusu ərşə çəkilib.
Yadımdan çıxmışdı sənə deyim, bu gün bacılarına xəbər
göndərmişdim ki, səni çimizdirib üzünü qırxacam. Gəlib görsünlər,
necə yaraşıqlı oğlan olmusan. Sən, bədbəxt, elə
uşaqlıqdan yaraşıqlı idin. Di gəl, heç
birisi gəlib çıxmadılar... İnciməyinə dəyməz,
qağa, ər evindədirlər, yaxşı yaşamaları
başımızın ucalığıdır, o da bizim adımızdır. Dərdi
bölüşməyə
adam qalmayıb, deməsəm- danışmasam ürəyim partlayar... Əvvəllər səninlə bağlı hər
hansı xatırlatma olanda, gözlərimin yaşı
sel kimi axırdı, sonra öz- özümə ucadan
danışdıqca, yavaş- yavaş bu axmaq vərdişi
tərgizdim. Səndən sonra mənim həyatım
necə olacaq, bilmirəm... Yoox, səninlə cismani çətinliklərim olsa da, həmişə evimizin böyüyü bilmişəm, bir gün bu ev böyüksüz qalanda... doğrusu,
özümü evin büyüyü görə bilmirəm...
- Qaqaşı ürəyin istəyir,
başa düşürəm, dözməyinə
dözübsən, bir neçə saat da səbrini bas. Gərək səbr edək,
qağa, daha nə qalıb ki?.. O vaxta kimi
yenə zəng
edər, çünki, deyəsən, onun da ürəyi yerindən
oynayıb, görürəm qala bilmir. O düzdür
ki, xanımı bir az zabitəlidir, neynəsin, yaşının bu çağında ailəsini dağıdan deyil ki...
O danışa-
danışa haçan yuxulamışdı, xəbəri olmamışdı. Bir də cırmaq səsinə ayıldı: lal adam əlləri ilə yerdəki
həsiri cırmaqlayırdı. Gözlərini açdı, dik ayağa durdu.
- Hə, qağa, nə
vaxt məni yuxu aparıb xəbərim
olmayıb. İstəyirsən oturum, gözüm üstə.
Hava açılıb, görüşə nə qalıb ki... Dözə bilsək, görüşümüz baş
tutacaq. Sən bunu bil ki, qaqaş yaxşı
qardaşdır, qağa, ondan olmaz... Allah tərəfi, sənə...
Lal adam sağ əlini həsirin
üstündən götürüb gözləri önünə
qədər
gətirə
bildi.
Gülümsündü, baş barmağını şəhadət barmağına toxundurub halqa yumruladı və
gözlərini yumdu.
Комментариев нет:
Отправить комментарий