Bəxtiyar Hidayət
Toyların birində Qabbar Hafiz şeir deməyimi xahiş etdi. Anladım ki məhz o şeiri deməyimi istəyir. İçib daim toyda hind mahnısı “Qabbarsink”i oynayır Qabbar Hafiz. Və o toyda anlamışdı ki lağ edirlər ona. Son dövrlər içkiyə aludə olub. Bir “Çibuş” dəyərində olmayan adamlarla da harda gəldi, hansı araq oldu-oldu içir. Kimlərinsə xətrinə dəyir və s. Xüsusən də toyda beyninə “Qababrsink” düşdümü daha zakaz-zad gözləmir. Gərək hamı gözləyə ki Qabbar yorulacaq.
İndiyəcən xeyli
şeirimi yandırmışam. Birdən ələ keçər, şeiri bilən adamlar baxıb güləllər axı.
Və o şeirlərin içində biri də vardı ki Səməd Vurğunun təsiri ilə
yazılmışdı-“Yadıma düşdü”.
O şeirdə bir yer
vardı: "Kəndimin qoç oğlu
Qabbar Hafizin/ Tüfəngi, darağı
yadıma düşdü".
Toyların birində Qabbar Hafiz şeir deməyimi xahiş etdi. Anladım ki məhz o şeiri deməyimi istəyir. İçib daim toyda hind mahnısı “Qabbarsink”i oynayır Qabbar Hafiz. Və o toyda anlamışdı ki lağ edirlər ona. Son dövrlər içkiyə aludə olub. Bir “Çibuş” dəyərində olmayan adamlarla da harda gəldi, hansı araq oldu-oldu içir. Kimlərinsə xətrinə dəyir və s. Xüsusən də toyda beyninə “Qababrsink” düşdümü daha zakaz-zad gözləmir. Gərək hamı gözləyə ki Qabbar yorulacaq.
Elə üzdən də Qabbara oxşayır. Amma o mənfi qəhrəman
deyil. Onun kimliyini bilmək istsəniz yalnız bu fakt kifayət deyilmi-adam bəlkə
də 40-dan çox erməni öldürüb. Bəlkə də lap çox. Bir dəfə topu elə atıb ki erməni
əsgərlərinin çörək növbəsinə durduğu yerə düşüb. Ermənilər adamın başına pul qoymuşdu. Amma
indi arağa pul tapa bilmir özü.
Mən o şeiri demədim. Nə bilim- o şeirə şeir
deməyiə dilim gəlmir- yalnız buna görə. O da məndən o şeiri deməyimi xahiş də
etmədi. Qıraqdan etdilər bu xahişi-amma yalandan and içdim ki o şeir yadımda
deyil.
Hələ uşaqkən onun çox qəhrəmanlıqlarını
eşitmişdim. Adamın ömrü-günü davada keçib. Özü də ən çox da ermənilərlə. Bir dəfə
də döyülməyib. Görüb çoxluqdu-birinin təpəsinə bir stulu çırpıb da aradan
çıxıb. (Ən çox restolanlarda olub davaları) Qabbar o zamanlar inanırdı ki erməni
qan gördümü tutulur, çaçıyır, özünü itirir.
O qədər erməni döymüşdü ki, ilk vaxtlar
müharibəyə də adi dava kimi baxırdı. Bir dəfə ermənilər yolu bağlamışdı. 7 km yol vardı bizim kəndə erməni
kəndinin içindən keçməklə. Qabbar Aşağı Əskiparadan düşür yola. Yolda da erməni
postu. Postda da bir saqqallı. Qərəz Qabbar çatır posta. Saqqalı ona baxır o da
saqqallıya. Saqqallı silahlı o əliyalın. Saqqallı mat-mat baxa-baxa qalır.
Qabbar postu keçir. Amma birdən geri qayıdıb deyir- “kurit yest?”.
Deyir dedim elə bilər qorxub eləmişəm. Erməni
də buna bir siqaret verib yenə mat-mat baxır. Sonralar həmin kəndin erməniləri danışırmışlar ki
saqqallı elə bilib Qabbar kəşfiyyatçıdı-arxasınca da dəstə zad gəlir.
Bizim kəndə gələn işıq xətti də erməni kəndndən
keçirdi. Demək olar ki aylarla qaranlıqda qalırdıq. Bir gün xəbər çıxdı ki
Qabbar içib erməni kəndinə gedib.
Ağlayan kim, başına döyən kim. Bir xeyli vaxtdan sonra gördük budu-Qabbar gəlir
gülə-gülə. Sonra da hamiya rişxəndlə-qorxdunuz?
Demə erməni kəndinin
mantyorunun evi kəndin qırağında imiş. Qabbar da gedib girib mantyorun evinə.
Bir-iki də çırpıb erməni mantyoru. Və ona vaxt qoyub ki bu vaxta qədər işıq
yanmalıdır. O vaxt da ki Qabbarın bizim kəndə çatmasına hesablanıbmış. Və bir
azdan işıqlar yandı.
Bir dəfə ermənilər Kazım körpüsünün yanı
deyilən yerdə yolu partlatmışdılar. Mən özüm Naməddin adlı bir kəndçimizlə
uzaqdan partlayış yerinə baxdım. Hiss olunurdu ki yoldan maşın keçə bilməz.
Bunu da gəlib kənddə danışdıq. Inanan da oldu-inanmayan da. Qababr da gəlib ora
çıxdı. Və dirəndi ki kişisiniz gedək baxaq. Ikimiz də bunun dalınca düşdük.
Bunda da bir “uçebni” avtomat. Gəlib çatdıq Kazım körpüsünə. Dediyimiz düz
çıxdı. Amma Qabbar dirəndi ki gərək baxaq görək yolu nəynən partladıblar.
Kabeli tapmaq lazım. Tapdıq da. Qabbar əl çəkmədi ki kabeli aparaq kəndə- yayda
balıq tutacam. Bə cəhənnəm aparaq dedik. Amma dirəndi ki yox-hələ ölçün bəlkə mənim
evimdən heç çaya çatmır. Ölçdük-52
m . Hə çatır-sürüyün dedi. Kabeli sürüyürdük ki part-bir
güllə. Hərəmiz bir yerə sindik. Qabbar elə yoldaca durub erməni kəndinə güllə
atırdı. Sonra atışma dayandı. Biz kabeli atmışdıq. Amma Qababr əl çəkmədi- kabeli
də götürdü. Sən demə ilk gülləni də o atıb. Erməni postundan işıq gəlirmiş.
Yoxlayıb ki görüm işığı keçirə bilirəmmi.
Kəndimizdə sovxozun ilanyalı ot tayaları
yanmışdı. Məcbur qalıb mal-qaranı camaata payladılar. 10 illik bir döllük buğa
vardı. Heç kim yaxın getmək istəmirdi. Qabbarın da heç bu pay-püşdə iştirak etmək
ağlına da gəlmir. Birdən eşidir ki camaat birtəhər buğanı kəsmək istəyir. Gəlib
buğaya sahiblənir. Sonra da buğanın başına torba keçirib kənddən çıxarmaq istəyir
meşə yolu ilə. Camaat etiraz edəndə də qranatın “zapal”ını çəkir. Və beləcə də 7 km yolu bir əlində hazır
qranat, bir əlində də bir tonluq dəli bir buğa gəlib çıxır Aşağı Əskiparaya. O
buğanın pulu da əlbəttə ki son qəpiyinə kimi yeyib-içməyə xərclənir.
Qabbar beləcə əlində
qranat şox keçmişdi bu meşə yolunu. Nə qədər adamı da inandırmışdı ki
qorxmayın, bu qranat partlasa qarşıya çıxan bütün erməniləri qıracaq. Beləcə də
nə qədər adam sağ-salamat kənddən çıxmışdı.
Di gəl ki Qababrın bir sürü qoyunu qaldı kənddə.
Deyəsən başqa bir kimsənin mal-qarası qalmadı kənddə. Qababrın heç ağlına da gəlmirdi
ki kənd ermənilərə qala bilər. Hələ 03 markalı maşını da qaldı kənddə. Bu yeganə
maşın idi ki kənddə qalırdı. Qabbar amma nə qədər adamın maşınının kənddən
çıxmasına yardımçı olmuşdu. Hələ üstəlik bir Ural markalı maşını da qaldı kənddə.
Bu da belə olmuşdu-rus ordusu kənddən çıxanda Qababr dartıb ordunun əlindən
almışdı o boyda Uralı. Özü də sanki eşşək örükləyirmiş kimi gətirib evinin
yanındakı işıq dirəyinə “örükləmişdi”.
Müharibə vaxtı Qazaxnan bir adı-sanı vardı
Qababrın. Bir dəfə də bir erməni kəşfiyyatçısı bizimkilərdən üç nəfəri yaralayıb qaçır. Qabbar da düşür
bunun dalınca. Yaxın məsafədən bir xeyli qaçarağa bir-birinə güllə atırlar.
Axırda Qababr vurub öldürür erməni kəşfiyyatçısını. Bax ondan sonra sanki həyatdan
küsdü Qababr. Qababrı bir xeyli incitdilər ki hanı bunun tapançası. Ad da oldu
hansısa bir komandirin-guya ermənini bu tutub. O kopolu da kimmişsə çox məhşur
adammaış. Əfqan müharibəsində iriçinli zabit olubmuş.
Ondan sonra Qabbar başladı arağın küpünə girməyə.
Nəşəyə də başladı hələ. Və sonralar da iki dəfə türmə yatdı nəşəyə görə.
Yoxsa Qababrdan
ötrü döyüş nəmənə şeydi. Üzbəüz atışmaya da dava-dava oyunu kimi baxırdı
Qabbar.
1992-ci il 8 iyun
günü işğal olmuşdur bizim kənd-Yuxarı Əskipara.
Qabbar işğalsonrası kəndə də baş çəkmişdi. Öz-özlüyündə kəndi necə geri almaq
olar plan qururmuş.14 iyun isə Aşağı Əskiparanın işğal günüdür. Həmin gün bizim
kəndçilər də mühüm postların birində döyüşürmüşlər. Qabbar da orda. Döyüşün
qızğın yerində gülə-gülə soruşur ermənilərdən-Anuş dururmu? Anuşu belə edim
filan? Anuş da onların uzun müddət kənd soveti olmuş qadın.
Sonra da başını səngərdən çıxarıb -10 dəqiqə
perekur-deyir. Sanki ermənilər də “perekur” gözləyirmişlər. Və yaranmış vəziyyətdən
istifadə edən Köçəsgərli Camal qranatatanın mərmilərini çatdırır Qabbara.
Qabbar da bir meyidin başına yığışan ermənilərin topasına bir mərmi atır gülə-gülə.
İçdımı gərək sonra saza qulaq asa, Bəhməndən
şeir deyə. Bir dəfə də içib trasın ortasında. 10 dəqiqəyə kimi Qazaxda hərəkət
dayanıb. Qabbar isə bir də ayılıb polis bölməsində. Və ayılan kimi:
-Axı nə üçüüün -
deyə haray çəkib.
Bu o Qabbardı ki
ermənilər yol bağlayanda o yolu açmaq üçün canından da keçərdi. Və heç erməninin
yol bağlaması vecinə də olmazdı. 03-nü sürərdi yolun ağınnan. Hər dəfə də
sağ-salamat məkana çatardı. Ermənilər onun maşınına güllə atmaqdan da
qorxardılar. Amma indi öz içib yol bağlayır.
Bax o belə Qabbardı. Inanıram ki belə adamlar
sülh şəraitində özlərini çox pis hiss edirlər. Bunlarınkı davadı. Inan lap Fələstinə
də gedər gülə-gülə Qabbar. Daha qol davası da eləmək olmur axı. Ağsaqqal adamdı- ətrafını nəvələr bürüyüb.
Həm də kimə bir şapalaq vurdun gərək polisə
cavab verəsən. O dəfə Qababr “sukaların” bolluğundan şikayətlənirdi.
P.S. Məncə Qabbarın
borcundan çıxa bildim.
Комментариев нет:
Отправить комментарий