02.05.2012

Ruhumu özümə yar seçdim...

Aydın Xan Əbilov


Sevgi qoxulu yaza ərməğan etdim bu şərqini: nəğməni oxuyan hər kəs öz içində havasını - musiqisini tapsın...

Bu Bahar az sevgi qoxuyur,
Fəqət aza da şükür, gülüm,
Çox eşqlər ömrümü rəngləyib,
Qoy səni sevim, sonra ölüm!

Sevməyə həvəsim qalmayıb,
Özümə söz vermişəm daha,
Ruhumu sevəcəm əbədi,
Sevgi indi ölümdən baha...


Baxışlarından seviş yağır ,
Ruhumu yağ kimi əridir.
Sözlərindən məhəbbət damır,
Duyğu eşqdən nə çox geridir?

Yataqda ikimiz axırıq,
Səndə göz yaşları, məndə... qəm,
Sevginin səsizliyindən çox,
"Sev" kəlməsi üydürür bu dəm...

Səni daha sevmərəm yayda,
Ruhumu özümə yar seçdim,
Kim deyir, məhəbbət şirindi?
Mən eşq əkdim, qəm-kədər biçdim... 

Eşq qoxulu yazı gözlədim,
Nə biləydim, içim yanacaq,
O gözəl yeniyetmə canan -
Hər sevişi sevgi sanacaq...

Комментариев нет:

Отправить комментарий