04.05.2012

Sənə deyiləsi sözüm var axı


Ramil Əhmədov


Ramil Bayram oğlu Əhmədov, 01.01.1994 tarixdə Bərdədə anadan olmuşam. 2000-ci ildə Şuşa rayon Malıbəyli kənd 2 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. 2011-ci ildə həmin məktəbi bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuşam. Hazırda BDU-nun birinci kurs tələbəsiyəm.


Ümidlərin gəmisi


Öldü məhəbbətimiz,öldü sevgimiz,
Ağacdan qopan yarpaqlar kimi.
Söndü ürəyimizdəki sevgi işığı,
Bir korun gözlərində
əbədi batmış günəş kimi.

Yalan imiş sən demə
Leyli-Məcnun sevgisi,
Bir qaşıq suda batdı
Ümidlərin gəmisi.

Sevgilimin məktubu

Çırpır özünü pəncərə şüşəsinə,
Bir isti evə can atır yağış.
Bir kimsə də yoxdur ki,
açıb pəncərəni deyə:
Xoş gəlmisən,yağış.
Evdəki adamlar
bağlayır qapını,pəncərəni,
Küçədəki adamlar
açır çətirlərini -
yağışdan qorunur hamı.
Siz bilməzsiniz bu yağışın dilini,
Bu yağış deyil ee...
sevgilimin göndərdiyi məktubdur -
yenə görüşə çağırır məni.

Sənə deyiləsi sözüm var axı

Bir dayan,əzizim!
Yorma özünü!
Sənə deyiləsi 
sözüm var axı:
dünya kürə şəklindədir,
Haraya qaçsan da,
fırlanıb,fırlanıb
başladğın yerə qaytaracaq səni...

Комментариев нет:

Отправить комментарий