20.05.2012

Zümrüd Yağmurun yeni kitabı təqdim olundu


“Diriləri basdırın” romanının ictimai müzakirəsi keçirildi

Publisist, yazar Zümrüd Yağmurun növbəti əsərinin - “Diriləri basdırın” romanının təqdimat mərasımi keçirildi. AXCP Gənclər Komitəsinin VHP-nin akt zalında düzənlədiyi tədbirə ölkənin ictimai-siyasi sektorunun önəmli isimləri, gənc fəallar qatıılmışdı. AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, DEAVAM rəhbəri İlqar İbrahimoğlu, Ziyalılar Formundan Eldar Namazov, Rafiq Əliyev, Cəmil Həsənli, Qərbi Azərbaycanlıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Köçəri Nağıbəyli təqdimat ınərasimindəydilər.

Tədbrin aparıcısı AXCP GK sədri Əbülfəz Qurbanlı Zümrüd Yağmurun romanı barədə danışaraq bildirdi ki, əsər ölkədəki problemlərlə səsləşən ədəbiyyat seriyasındandır. Ə.Qurbanlı qeyd etdi ki, məddah sovet ədəbiyyatının törəməsi kimi yaranan “Heydərizm ədəbiyyatına” qarşı artıq Zümrud Yağmur və başqa yazaraların simasında ciddi, azad ədəbiyyat yaranır: “Bu ədəbiyyat Azərbaycan insanının istəklərini ifadə edir. Burada diktatura rejiminin obrazları yaranır. Bu cür ədəbiyyat diktaturaya insanların yetkin münasibətinin formalaşması üçün mühüm rol oynayır”.
 
Güc zülmlə birləşəndə...

Daha sonra müəllif Zümrüd Yağmur danışdı. “Diriləri basdırın”dan əvvəlki romanı - “Allah qayıdır?”ın da siyasi məzmunlu olduğuna diqqət çəkən Zümrüd xanim dedi ki, Azərbaycan şəraitində siyasi fəaliyyət kimi, siyasi romançılıq da risklidir. O ilk dəfə açıqladı ki, “Allah qaydır?”da diktaturanın rəsmini cizdiyinə görə çox sayda təhdid məktubları alıb: “Mən o məktubları məqsədli şəkildə ictimailəşdirmədim. Mənim məqsədim ölkədəki total qorxunu yıxmağa kömək etməkdirsə, özüm bu məktublarla onu gücləndirə bilməzdim”.
Avtoritar idarəetmənin təbiəti haqqında söz açan müəllif bildirdi ki, bu cür sistemlər anti-insani və humanizmdən uzaq olduğuğuna görə bütün normal düşüncəli insanlar ondan imtina üçün çalışır: “Güc məhərəmətlə birləşməlidir, zülmlə gücün birləşməsi zalımlıq yaradır. Diktatorlar belələrindəndir. Ən böyük arzularımdandır ki, elə olsun, növbəti romanım diktaturadan olmasın. Daha başqa məsələlərdən, insanların iç duyğularından bəhs edən məqamlardan yazım”.
 
Rafiq Əliyev: “Mən romanda dünyanı gördüm”

Roman haqqında danışan professor Rafiq Əliyev onu “gəncliyin cəsarət nümunəsi” adlandırdı. Professor kitabın ideyasına toxunaraq bildirdi ki, əsər bəşəri dəyərlərə həsr edildiyindən onu Azərbaycanla məhdudlaşdırmaq olmaz: “Mən romanda Azərbaycanı görmədim, dünyanı gördüm. Əsər hamıya ünvanlanıb”. Rafiq Əliyev Zümrüd Yağmurun siyasi romançılıqdan uzaqlaşmaq isəyinə qarşı çıxdı: “Mən sizə məsləhət vermirəm, sadəcə istəyirəm ki, başaldığınız işi dayandırmayasınız; bu sizdə alınır. Ola bilər ki, Azərbaycanda tezliklə diktatura qalmayacaq. Amma dünyada qalacaq və kimlərdəsə vaxtaşırı diktatura istəyi baş qaldıranda bu kitab gərək olacaq”.
 
Cəmil Həsənli: “Yazar daim müxalifətdə olmalıdır”

Professor Cəmil Həsənli asılı xalqların həyatında kitabın böyük rol oynamasından danışdı. Öncə o əsərin təsirli olması üçün yazarın sözü ilə  əməlinin bir-birini tamamlamasının gərəkliyini vurğuladı. Cəmil bəy dedi ki, yazar daim müxalifətdə olmalıdır: “Müxalifətçilik etməyə hakimiyyət tapmasa, yazar özü-özünə müxaliflik etməlidir”. Professor dedi ki, azadlıq ruhunun cəmiyyətə sirayət etməsi üçün ədəbiyyatın imkanları misilsizdir və müəllifin qələmə aldığı əsərlər bu istiqamətdə çox qiymətlidir. C.Həsənli hesab edir ki, roman üçün seçilmiş ad çox uğurludur.
 
Əli Kərimli: “Azərbaycan ədəbiyyatı yükşəlişə doğru hərəkətdədir”

AXCP sədri Əli Kərimli isə çıxışında cəmiyyətdə bir qədər əvvələdək ədəbiyyatla bağlı dolaşan narahatlıqdan söz açdı. O dedi ki, bir qayda olaraq ədəbiyyat həmişə ictimai fikiri qabaqlayıb. Yeni ideyalar, fikirlər əvvəlcə ədəbiyyata gəlib, sonra kütləvi şüurda formalaşıb. Amma Azərbaycanda bu sahədə bir torozlanma vardı və hər kəs baş verənlərin nədən ədəbiyyatımızda əks olnmadığından narahatlıq keçirirdi. Çox sevindirircidir ki, artıq bu hal aradan qalxıb və ətrafımızdakı proseslər  əbədiyyatda, sənətdə əks olunur.
AXCP sədri bildirdi ki, Azərbaycan ədəbiyyatı aşağı ölü nöqtədən yüksəliş istiqamətində hərəkətdədir və bu proses davam edəcək.
Zümrüd Yağmurun qələmə aldığı əsərləri yüksək dəyərləndirən partiya sədri dedi ki, bu əsərlərdə oxucunu həyacanlandırma, ruhlandırma və “qırmızısifətli məxluqları” utandırma kimi məqamlar çox yaxşı ifadə olunub.
 

İsa Qəmbər: “Bu dəfn çürük dəyərlərin dəfni olmalıdır”

Müsavat başqanı İsa Qəmbər də Azərbaycan ədəbiyyatı barədə pozitiv çıxış etdi. O, yeni ədəbiyyat nümunələrinin “yatmış şiri oyatmağa (xalqı nəzərdə tutaraq – red.) xidmət etdiyini söylədi.
Əsərin adına toxunan Müsavat başqanı bildirdi ki, Azərbaycanda gerçək bir dəfn prosesinə ehtiyac var. “Bu dəfn ölmüş, çürük dəyərlərin dəfni olmalıdır”, - deyə İsa Qəmbər bildirdi: “ Keçmişlə vidalaşmağı bacarmalıyıq ki, inkişaf problemləri ilə məşğul ola bilək”.
***
Daha sonra tədbridə Zümrüd Yağmurun BDU-da müəllimi olan Nüşabə Sadıqlı, yenicə azadlığa qovuşan vicdan məhbusu Elnur Məcidli, cəbhəçi gənc İlham Hüseyn, vəkil Anar Qasımlı, ADP sədrinin müavini Rəşid Mansurov, yazar Şakir Ulubəyli roman barədə fikirlərini bölüşdülər.


azadliq.az


Комментариев нет:

Отправить комментарий