Üç ayda bir nəşr
olunan «Ağac» dərgisinin yeni sayı işıq üzü gördü
Çağdaş dünya ədəbiyyatından
toplanmış tərcümələrdən ibarət dərgi, dünya ədəbiyyatından dilimizə hələ
çevrilməmiş hekayələr, şeirlər və məqalələrdən ibarətdir. «Ağac» dərgisinin bu
sayında Umberto Eko, Jan Pol Sartr, Xorxe Luis Borxes, Haruki Murakami və.s
kimi tanınmış dünya yazıçıları ilə bərabər, Azərbaycan oxucusuna hələ məlum
olmayan Amerikan yazıçıları Elliot Vaynberqer, Pol Boulz həmçinin rus şairi
Andrey Tavrovun orijinaldan çevirilmiş əsərləri yer alır. Jurnalı Bakının bütün
kitab mağazalarından, metroservis satış köşklərindən, həmçinin Əli və Nino
kitab dükanlarından əldə etmək olar.
Комментариев нет:
Отправить комментарий