Talış dilində çıxan “Tolishi Sado” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. Səhər saat 11:30-da evdən çıxan Hilal Məmmədov 30 dəqiqəyə qayıdacağını bildirsə də, o yoxa çıxıb.Sülh və Demokratiya İnstitutu onun naməlum adamlar tərəfindən oğurlandığını bildirmişdi. Saat 14:00-dan 15:30-dək onun telefonuna naməlum bir kişi cavab verərək deyib ki, “Hilal Məmmədov həkim baxışındadır”. 16:20-də Hilal Məmmədovun qardaşı zəng edərək bildirib ki, o polis tərəfindən saxlaınlıb.
Saat 17:30-da şəhər polisi hüquq müdafiəçisinin narkotika ittihamı ilə həbs olunduğunu təsdiqləyib.
Sülh və Demokratiya İnstitutu bunu vətəndaş cəmiyyətinə təzyiq sayaraq, onun dərhal azad olunmasını tələb edib.
Xatırladaq ki, 2008-ci ilin fevralında “Tolishi Sado” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs olunmuşdu. “İrana cəsusluq”da ittiham olunan Məmmədov 10 il həbsə məhkum olunaraq, nəticədə həbsxanada ölmüşdü.
Комментариев нет:
Отправить комментарий