05.06.2012

CƏNNƏTDƏN MƏLƏK QAÇIRMIŞAM

Emin Piri

Mənimlə
ölüm-ölüm” oynama,
Allah!
mən ölümü barmağında
oynadan bəndənəm.
Sözün varsa
mələyini göndərmə,
özün gəl otur qarşımda
de ki, nə vermişdim
nə istəyirəm.
Axı nə vermişdin
nə istəyəsən?

Bu göy Sənin,
bu yer Sənin,
Sən dediyim hər şey Sənin.
istədiyin bu deyilmi,-
məni Sənə basdırsınlar?!

Mənə çox da bel bağlama,
mən Sənin mələyini
cənnətdən
oğurlayıb
qaçıran bəndənəm.

məni çox sevmə,
özün özünü
özün öz Allahlığını unudarsan
məni allah bilərsən özünə...
Mənə bel bağlama!

emin1_86@mail.ru

Комментариев нет:

Отправить комментарий