Oktay Hacımusalı. Bakıyla məktublaşmalarımızdannədən danışaq mövzumuz nə olsun nə düşünək
düşündüklərimizə nə ad qoyaq nədir bizi düşündürən
nə idi onun adı
maşın siqnalları telefon səsləri smslər yoxsa insan qışqırıqları
eheyyyyyy bakı səni nə günə qoydular
eheyyyyyy içərişəhər üzün hanı
köhnə səki daşlarını dəyşdirəndən
sən
nə danışa bilərsən bizə yanında saxladığın yaddaşından
izi qalmadı uşaqlığımın
baxanda böyüdüyüm yerlərə görmürəm heç nəyi
heç kimi
bu kimdir uşaq vaxtı əlini saçlarımda gəzdirən qoca şəhər
yox
bu kimdir mənə kim olduğumu xatırladan ensiz küçələr
yox
bu kimdir paltarından gələn ətri heç vaxt unutmadığım ağ kəlağıyılı nənələr
yox
yaxşı bəs nədən kimdən danışaq balaca qutuyaoxşar evlərinə girib
qapılarını bağlayan insanlardan
yox
təkəbbürün barizliyi sayılan bahalı maşınlardan
yox
mən səndən danışmaq istəyirəm bakı səndən
Комментариев нет:
Отправить комментарий