
İlahə Ucaruhun tərcümələri
Quranı elmi ekspertizadan keçirib bəlli etmişik ki, bu kitab
fərqli fərziyyə və oxunuşlara malik linqvistik, elmi və tarixi problemlərlə, habelə
daxili ziddiyyət və uyğunsuzluqlarla, problematik doktrinalarla, qadağa və
iblisi ilhamla doludur.
Bu problemlərin aşağıdakı analizi belə bir qaçınılmaz nəticəyə gətirib çıxarır
ki, Quranın möcüzəvi tərəfi yoxdur.
Ərəb dili arami dilindən törəmiş dildir.
Quranda istifadə edilən ərəb dili Fərat çayından qərbdə yerləşən bölgədə bizim
eranın IV-V yüzilliklərində yaranıbdır. İlk dönəmlərdə bu dil cənubi İraqda
əl-Kufadan təxminən üç mil uzaqlıqda əl-Hira ətrafında, əl-Münazər adlı
xristian tayfaları arasında cəmləşirdi. Sonralar
onlar bu dili Bağdaddan qərbə doğru, Firatın əl-Ənbər bölgəsinə yaydılar. Ərəb
dilinin ilk daşıyıcıları əl-Hira və Əl-Ənbər adlı xristian tayfaları olmuşlar.
Getdikcə, ərəb dili Firatdan qərbə doğru uzanan bütün ərazidə üstünlük təşkil
etməyə başladı. Çox guman ki, ərəb dili adlanan bu dil “qərbi” sözündən əmələ
gəlib. Ərəb dili Levanta təsir edib,
ticarət və xristianlıq vasitəsilə Məkkə və əl-Hicaza kimi yayılmışdı.
Quranın üslubu
Quranın üslubu şifahi deklamasiyaya xüsusi olaraq
uyğunlaşdırılan qafiyəli ritorik nəsr və lirik quruluşun qarışığından
ibarətdir. Bu qarışıq üslub Məhəmmədin zamanında Ərəbistanda ümumi və sevimli
quruluş üslubu idi. Quran üslubunda üstünlük təşkil edən qafiyəli nəsr heçbir
ölçüyə riayət etmir, o, bütpərəst Ərəbistan kahinləri tərəfindən işlədilirdi. Quran
VI-VII yüzilliklərdəki Ərəbistanın Qureyşı qəbiləsinin ləhcəsi və üslubuna
uyğundur, bu səbəbdən də özündə özgür səma mənşəyini əks etmir. (Qısa İslam
Ensiklopediyası, s. 228)
Quranda
qafiəyə daima riayət olunur. Qafiyəyə görə söz düzümü və fe′llərin
biçimi dəyişdirilir, isimlər də yanlış yazılır (örnəyin, bitmiş keçmiş zaman
yerinə bitməmiş keçmiş zamanın istifadəsi). Bu, çox vaxt Quran mətnini təhrif
edir və oxunuşa ikimənalılıq gətirir. Qafiyəni qoruyub saxlamaq üçün Sina
dağını Sina yerinə (əl-Muminun surəsi 23:20 olduğu kimi) Sinin adlandırırlar (əl-Tin
surəsi 95:2). Eyni bu qaydada İlyası İlyas yerinə (əl-An’am surəsi 6:85 və
əl-Səffat surəsi 37:123) İlyasin adlandırırlar (əl-Səffat surəsi 37:130).
Qafiyə tələblərini təmin etmək üçün müəyyən hallarda predmetin məğzi də
dəyişdirilir. Əl-Haqqə surəsi 69:17 Allah kürsüsünü tutan mələklərin yerinə
yersiz olan “səkkiz” sözü işlədilir, çünki “səkkiz” rəqəmi burada heçbir
teoloji məna daşımasa da, ərəb sözü “səkkiz” qafiyə üçün bu beytə çox uyğun
gəlir. Əl-Rəhman surəsində (surə 55:46) iki səmavi bağ haqda danışılır. Hər
bağın iki fəvvarəsi, iki növ də meyvəsi
var və s. və i. “İki” rəqəmi sadəcə ona görə
işlənilir ki, ərəb dilində ikili bitmə bu surədəki qafiyəni saxlayan hecaya
uyğun dəlir. Islamaqədərki tarixdə Ərəbistan sivilizasiyadan kənarda olsa da, qısaömürlü
Kind krallığı (480-550) dönəmi b.e. VI
əsri ərəb ədəbiyyatının doğuşunu görür. VI-VII-ci yüzilliklərdə şairlik istedadı
çiçəklənməkdə idi. Ən ünlü poema “Yeddi qızıl mədhiyyə” poeması idi. Faktiki
olaraq bu, o dövrün şair və natiqlərinin ənənəsi idi. Onlar öz əsərlərini
Məkkədə Kəbə divarlarına asırmış ki, hər kəs onları oxuyub söyləyə bilsin. Məhz
buna görə onlar “asılmış” olaraq tanınırdı (əl-Müallaqat). Bu yolla şair
İmru-əl-Qaysın məşhur poeması üzə çıxmışdı (d.540). Bu poemadan bir neçə misra
Qurandan tapılmış (əl-Qəmər 54:1, 29, 31; əd-Dua 93:1, 2; əl-Anbiya 21: 96;
əl-Səffat 37:61).
Quranda Məhəmmədin müasirləri olan tanınmış şairlərin, natiqlərin
sözləri, fikirləri və üslubu tapılıb. Onlardan: Kus ibn Səid əl-Ayadi (d.600),
Kumaya ibn Abi əl-salat (d. 624), əl-Həsin ibn Hamam (d. 611) (əl-Araf 7:8,9),
Varaka ibn Nofal (d. 592), və Antara əl-Abasi (d. 610). Nəinki Məhəmmədin
müasirləri olan şair və natiqlərin bəzi əsərləri, eləcə də Nadir ibn Hərizə
(canon Sell, Studies, p. 208), Həmzə ibn Ahid, və Musailam (McClintock and
Strong, Cyclopedia, V:152) kimi şəxsiyyətlər də tapılmışdı. Onu da sözgəlişi
qeyd edək ki, bu şəxslərin əsərləri Quranın başqa mətnlərindən daha keyfiyyətli, dil baxımından
daha ifadəli yazılmış. Bundan başqa,
cinlərə bütöv bir fəsil həsr edilir - 72-ci surə, əl-Cin surəsi. Bu surənin
əksər şeirləri Quran üslubunda olan
cinlərin sözləridir. Bundan başqa, əl-Najm surəsində İblis öz iblisi şeirlərini
də daxil etmiş (əl-Najm 53:19-23), sonralar onlar götürülmüş.
Məşhur
İran-ərəb müsəlman alimi Əli Dəşti öz kitabında (“Tüenty Three Years: A study
of the Prophetic Career of Muhammad,” Allen and Unüin, London, 1985)
aşağıdakıları yazır:
“Fanatizm” və şişirtmənin üstünlük təşkil etmədiyi ilkin
dövrlərdə müsəlman alimlərinin arasında İbrahim ən-Nəzzam kimiləri var idi ki,
onlar Quranın sistemləşdirilməsini və sintaksisini (cümlə quruluşunu.- Tərcüməçidən.)
möcüzəvi saymır və bunu açıqca etiraf edirdilər. Onların fikrincə, buna bərabər
və ya bundan daha da dəyərli əsər başqa Allah bəndəsi tərəfindən də yaradıla
bilər” (s.48). “Geniş yayılmış fikir var ki, Əbu-Əla əl-Maari (979-1058) adlı
kor suriyalı şairin yazdığı “Ketab əl fosul vaal-qayyət” əsərinin bir hissəsi
Quranda təqlid şəklində mövcuddur.” (s.48)
“Quranda elə cümlələr var ki, təfsirlərin yardımı olmasa onlar
yarımçıq qalır və tam anlaşılmır. Quranda əcnəbi sözlər, qeyri-məlum ərəb
sözləri və qeyri-normal anlamda işlənən sözlər var. Quranda sözlər cins və say
hallanma qaydalarına riayət edilmədən dəyişilir. Bə′zən mənbələri olmayan qeyri-qrammatik
şəkildə işlənən əvəzliklər də qeyri-məntiqidir. Qafiyəli pasajlarda xəbər və
mübtəda çox vaxt bir-birindən uzaq düşmüşlər. Dildə bu və bu kimi pozuntular
Quranın gözəl dildə yazıldığını inkar etməyə səbəb verir. Bu problem dindar
müsəlmanların ağlını da məşğul etdiyindən təfsirçiləri izah etməyə məcbur
etmişlər. Çox guman ki, bu izahlar oxunuşa dair fikir ayrılıqlarına səbəblərdən
biri olmuş.” (s.48,49)
Quranı diqqətlə oxuduqda
məlum olur ki, uzun surələrin çoxu Məhəmmədin Məkkə və Mədinədə olduğu
dövrlərdəki nitqlərindən tərtib edilmişdi. Bu surələrin mövzusu hüquqi məhdudiyyətlərdən
tutmuş peyğəmbəranə hekayələrə, əxlaqi təlimlərdən Allahı mədh etməyə qədər
dəyişir. Başqa surələrdə müxtəlif mövzuların arasında məntiqi bağ daha da
qopuqdur. Bu səbəbdən də Quran olduqca ardıcıllıqsız bir kitabdır. Bu kitab,
ardıcıllığa, mövzu ya da mətləbə hörmət edilmədən kəsik-kəsik mətn və
pasajlardan toplanmış qeyri-ahəng bir bütündür.
Qeyri-kamil
qrammatika
Quranın
aydın, parlaq ərəb dilində yazıldığı söylənilsə də (əl-Nahl 16:103; əl-Shu’ara
26: 195; əl-Zumar 39:28; əl-Shura 42:7; əl-Zukhruf 43:3), qeyri-mükəmməl ərəb
qrammatikasına, yabancı sözlərin işlədilməsinə və yazı qaydalarının pozulmasına
görə bu fikri ədalətli saymaq olmaz. Quranda çoxlu qrammatik yanlışlıqlar var. Buna
bir neçə örnək:
*(əl-Ma′idah 5:69) Alsabeoun ərəb sözü Alsabieen olmalıdır;
(əl-Baqarah 2:177) alsabireen ərəb sözü alsabiroon
olmalıdır;
(əl-İmran 3:59) fayakoon ərəb sözü fakaana olmalıdır;
(əl-Baqarah 2:17, 80, 124; əl-A′raf 7:56) qaribum ərəb sözü qaribtun
olmalıdır;
(əl-A′raf 7:160) asbatan ərəb sözü sebtan olmalıdır;
(Ta Ha 20:63) Hazani lasaberani ərəf ifadəsi Hazaini
Lasahirieni olmalıdır;
(əl-Həcc 22:19) ikhtasamu fi rabbihim ərəb ifadəsi ikhtasama
fi rabbihima olmalıdır;
(əl-Tawbah 9:62, 69) kalladhi ərəb sözü kalladhina
olmalıdır;
(əl-Munafiqun 63:10) Akon ərəb sözü Akoon olmalıdır;
(əl-Nisa′ 4:162) Almuqimeen ərəb sözü Almuqimoon olmalıdır;
Tanınmış müsəlman alimləri Əli Dəşti və Mahmud əl- Zamanşari
(1075-1144) Quranda ərəb dilinin qrammatik qaydaları və struktur (quruluş)
normalarından 100 dəfədən çox kənara çıxdığını qeyd edirlər (Ali Dashti, Tüenty
Three Years; A study of the Prophetic career of Muhammad, Allen and Unwin,
London, 1985, p.50).
Böyük
müsəlman dilçisi və təfsirçisi Cəlal əl-Din əl-Suti (d.1505) və Artur Ceffriyə
görə, Quranda fars, assuriya, suriya, ivrit, yunan, kont və efiopiya
dillərindən alınmış 107-275 yabancı söz var. Aşağıda buna bir neçə örnək
verilir:
Fars dilindən: Ara′ik və İstabraq (əl-Kahr 18:31) taxt və parça
anlamında.
Abariq (əl-Waqi′ah 56:18) kuzələr anlamında;
Ghassaqan
(əl-Nəba′ 78:25) irin anlamında;
Sijjil
(əl-Fil 105:4) bişmiş gil anlamında;
Arami dilindən: Harun və Marut (əl-Baqarah 2:102),
Sakina (əl-Baqarah 2:248);
İbrani dilindən: Ma′un (əl-Ma′un 107:7) mərhəmət anlamında,
Ahbar (əl-Tawbah 9:31) rəbbilər,
keşişlər anlamında;
Efiopiya dilindən: Mishkat (əl-Nur 24:35) camaxatan, divar
oyuğu, taxça
anlamında;
Suriya dilindən: sura (əl-Tawbah 9:124) fəsil anlamında,
Taghut (əl-Baqarah 2:257; əl-Nahl 16:36) bütlər
anlamında,
Zəkat (əl-Baqarah 2:110) sədəqə anlamında,
Fir′awn (əl-Muzzammil 73:15) Firon anlamında;
Kopt dilindən: tabut (əl-Baqarah 2:243) Nuhun gəmisi və ya
mücrü anlamında.
Bu yabancı sözlərdən bə′zilərinin dəqiq mə′nasını Məhəmməd
bilmirdi, çünki o dövrdə bu sözlər hələ ərəbləşməmişdi. Bu səbəbdən də Məhəmməd
onları yanlış işlədirdi. Örnəyin, arami dilinin “Furqan” sözü “girov pulu,
fidiyə” deməkdir. Məhəmməd bu sözü “ixtira” və “ölçü” kimi işlətmişdi (e.g. əl-Furqan 25:1). Arami
dilinin “mila” sözü “söz” anlamındadır. Quranda bu, “din” kimi işlənir
(əl-Baqarah 2:120, 130, 135 və s.). Yəhudi sözü “ilyön” (əl-Mutaffifin
83:18,19) “ən yüksək” deməkdir. Məhəmməd bunu “səmavi kitab” kimi işlətmiş
(əl-Muttaffifin 83:20).
Ən ilkin islam təfsirçiləri, özəlliklə də Məhəmmədin yaxın qohumu
Abd Allah ibn Abbasla əlaqəsi olanlar yabancı sözlərin mənşəyinin tapılması və
mənasının izahına çox maraq göstərirdilər. Bütün dillərin yaradıcısı — Tanrı —
yəqin ki əcnəbi sözlərin qatqısı olmadan gözəl ərəb dilində danışa bilərdi,
axı Quranda vurğulanır ki, Tanrının
əbədi dili təmiz ərəb dilidir! Buna görə də Quranın İlahi mənşəyi olduqca
şübhəlidir.
Yazı qaydaları (orfoqrafik) yanlışlıqlar
Quran mətnində çoxsaylı orfoqrafik səhvlər var ki, onların
əksəriyyəti mövcud olan lap ilkin əlyazmalarına, yəni bizim eranın VIII əsrinə
gedib çıxır. Bu, ona işarə edir ki, yanlışlıqlar elə orijinal mətnlərdə mövcud olmuşdur. Bu deməkdir ki,
özünün bəyan etməsinə baxmayaraq, Quranı səhvlərdən qoruyan İlahi qüvvə yoxdur.
İndiki dövrdə istifadə olunan indus, pakistan, suaxili, fars, misir, türk və s.
dillərdə nəşr olunmuş müxtəlif Quran versiyaları mövcuddur. Bunların hamısı
orfoqrafik səhvlərinə münasibətdə ziddiyyətlidirlər. Bəzi versiyalarda əlavə
hərflər ləğv edilir, bəzilərində sait işarələri əlavə edilir, digərləri isə
çatışmayan hərfləri əlavə edir. Qurandakı orfoqrafik səhvlərinə bir neçə örnək:
Bu yazı yanlışlıqlarından ən ciddisi “Hə” və “Yox” radikal
biçimin (formanın) anlamını dəyişir, çünki əksər durumlarda inkar üçün
işlənən “la” ərəb sözü əlavə “əlif”
hərfiylə müşayiət olunur. “La” sözü “yox” deməkdir, “l” ərəb hərfi sözə əlavə ediləndə isə “yox” sözünün əksi
olan “əlbəttə” anlamını verir.
Bu ciddi yanlışlığa bir neçə örnək aşağıdakı şeirlərdən
tapılmış:
əl-Namə 27:21;
əl-İmran 3:158;
əl-Səffat 37:68;
əl-Taübah 9:47;
əl-İmran 3:167;
əl-Hashr 59:13.
“La” sözündən sonra əlavə “əlif”in ləğv edilməsi oxunuşu
düzəldir.
Misir Quranının 1924-cü il nəşrində 9000-dən çox yuxarıda
qeyd edildiyi kimi “əlif” əlavəsi var. Bu “əlif” əlavələri müasir zamanın
icadıdır, bununla da “əlif”in qətiyyən olmadığı Quranın ən ilkin
əlyazmalarındakı minlərlə səhvi düzəltmək üçün istifadə edilir (əl-Fatihah
1:1-4,6; əl-Baqarah 2:110, 126; Ta Ha 20:63; və b.).
Bu deməkdir ki, Quranın özgün (original, ilkin) mətni bütün
bu səhvləri özündə daşıyırmış. Faktiki olaraq, Quranın giriş cümləsində
(“Allahın adıyla”) yox olmuş “əlif”in üç səhvi var: ikisi tələffüz edilməyən
(bism). Tanrını bildirən “Allah” ərəb sözü “əlif”siz 2700 dəfə yanlış yazılıb.
Quranın ən əski əlyazmalarında insanı bildirən “əl-ənsaan” “əlif”siz yanlış
yazılıb. Quranın bəzi müasir nəşrlərində düzəliş məqsədiylə itmiş “əlif”lər artırılmış.
Bə′zi hallarda buraxılmış “əlif” ciddi şəkildə mə′nanı
dəyişir. Misal üçün, Mühəmməd 47:4-də “qutilu” sözü “əlif”siz yazıldığına görə
“öldürülmüş” anlamını verir. “Qaatalu” sözü isə “mübarizə aparırdı” deməkdir.
Artıq “əlif”lər
“sukun” işarəsilə
tələffüz edilməyənlərə çevrilmişdilər. Yazı qaydalarını düzəltmək amacıyla
(əl-Tawbah 9:47; Kojura 11:68; əl-Furqan 25:38; əl- Ankabut 29: 38; əl- Najim
53:51; əl-A′raf 7:103; Yunis 10: 75, 83; Kojura 11:97; əl-Muminun 23:46;
əl-Qasas 28:32; əl-Zukhruf 43:46; və b.)
Ərəb sözü “shadda” sait səsin ikiqat olmasına işarə edən
daha sonrakı dönəmlərin artırmasıdır, amma onun işlənmə qaydalarına dair fərqli
baxışlar var. Faktiki olaraq, 1924-cü ildə işıq üzü görən Quranın Misir
nəşrində 1909-cu ildə çıxan Türkiyyə nəşrindən 3380 dəfə çox “shaddas” var
(əl-Baqarah 2:78 və b.). Bə′zi hallarda “shadda” artırmaları şeirin mənasını
dəyişir. Örnəyin, əl-Baqarah 2:222-də “shadda” sözünün olub-olmamasından asılı
olaraq bir-birinə zidd fikirlər ortaya çıxır. Əgər “yathurna” “shadda”sız
işlənərsə, şeirdəki anlam belədir: aybaşısı olan qadınla cinsi ilişki bu dövrün
bitməsindən sonra, qadın hələ özünü təmizləməmiş izin verilir. Eyni bu söz
“shadda” ilə, yəni “yattahirna” ilə, birlikdə işlənirsə, şeirdə deyilir: cinsi
ilişkiyə aybaşısı olan qadın özünü təmizləyəndən sonra ola bilər. Əl-İmran
3:37-də olan “shadda” ilə “Wakafalaha” sözü
Zakariyanın Məryəmə qayğı göstərdiyinə işarə edir. “Shadda”siz “Wakafalaha”
sözü Allahın Zakariyaya Məryəmiin qayğısını çəkməsi tapşırığını göstərir. Faktiki
olaraq, “Allah” sözündə “shadda” yanlışdır, çünki sözə üçüncü “l” hərfini
artırıb sözü “Alllah” şəklinə salır.
Artıq hərflər tələffüz edilmir ya da onlara heç fikir
verilmir. Örnəyin, artıq “waw” “həmrə”
yardımıyla tələffüz edilməyənə dönüşüb (əl-Ma′idah 5:29). Artıq “l”
əl-An′am 6:32-də diqqətə alınmır. Artıq
“dal” əl-Ma′idah 5:29-da diqqətə alınmır; və b. Bundan başqa, çatışmayan
hərflərə də çoxlu örnək var:
əl-Ə′raf 7:196, Kurayş 106:2; və b. (itmiş “ya”);
əl-Zukhruf 43:13, əl-İsra 17:7; əl-Ma′arij 70:13 və b. (itmiş
“waw”;
əl-Anbiya 21:88; Yusuf 12:11 (çatışmayan “nun”);
əl-baqarah 2:245; əl-A′raf 7:69 və b. (buraxılmış “sin”).
“U” ərəb hərfinin iki nöqtəsi buraxılanda uzun “a” saiti
kimi tələffüz edilir. Amma bu məsələdə fikir ayrılığı olduğundan Quranın
müxtəlif müasir nəşr fərziyyələrində buna fərqli yanaşılır. Bu problemə
örnəklər:
əl-İmran 3:28; əl-Bagarah 2:98; əl-Dhariyat 51:47; Fussilat
41:20; əl-Kahf 18:70.
Aşağıdakı şeirlərdə “t” ərəb hərfi düzəldilib iki nöqtəli
“h” ərəb hərfiylə birgə yazılmalıdır: əl-İmran 3:61; əl-Araf 7:56; əl-Nur 24:7;
və başqaları.
e) Sonuc
Yuxarıda deyildiyi kimi, bəlağətli, gözəl ərəb dili
Məhəmmədin zamanında həm savadlılar, həm də savadsızlar içində adi hal idi.
Məhəmmədin savadlı olmasına dair tutarlı sübutlar var. O məktublarda rəqəmləri,
hesabı oxuya bilən başarılı bir tacir idi. Həmçinin o, kral və dövlət
başçılarına islamı qəbul etməyə də′vət edən bir neçə məktub yazmışdı. Quranın
əl-Abad 96:1-5; əl-Nahl 16:98; əl-İsra 17:14, 45, 106; və əl-Furqan 25:5
surələrində onun savadlı olduğu
söylənilir. Əl-İmran 3:20; əl-Jum′ah 62:2 və əl- A′raf 7:157-158 surələrindəki
“ummu” ərəb sözü bisavad anlamında deyil. Bu söz, nə yəhudi, nə də xristian
olmayanlara deyilir. Lakin Məhəmməd
hətta bisavad idisə də, qeyri-kamil ərəb dilində və kələ-kötür ədəbi
üslubda yazılmış, dili bəlağətli, gözəl
sayılan Quran tarixi kontekstdə heç də
qeyri-adi deyil.
Quranın linqvistik mükəmməlliyinə dair islam iddiasi yalan
və əsassızdır. Linqvistik anlamda Quran möcüzə deyil. Qrammatik, orfoqrafik
yanlışlıqların və əcnəbi sözlərin mövcudluğu Quranın İlahi mənşəyinə qarşı
tutarlı dəlildir. Hərşeyə Qadir və hərşeyi bilən Həqiqi Tanrı kitab yaratsaydı,
o, birini digərinə qurban vermədən həm qrammatika, həm də dil gözəlliyi
yönündən çox gözəl əsər yaradardı.
Mənbə: Three Lotus
Rus dilindən çevirən: İlahə Ucaruh

Комментариев нет:
Отправить комментарий