Sofya Sadıqlı Azərbaycan şor-biznesindən
yazdı!
Nənəmin yaxşı məsəli var, deyir, gəzdim dağı,
aranı, cənnət gördüm buranı. Bu
bizim manıslar üçün deyilib sanki. Burdan küləyləyə-küləyləyə durub gedirlər
xaricə, orada özlərindən uydurub köpürtdükləri şarları partlayır, necə deyərlər,
tısları çıxır qayıdırlar suyu süzülə-süzülə üstümüzə. Bəziləri adam balası kimi
deyir ki, xarici ölkələrdə şou-biznesə qatılmaq çətindir, amma bəziləri üzə
durub deyir ki, guya dünya bunun ayağı altına tökülüb, bu heç nəyi bəyənməyib,
vətəninə sadiq qalıb, geri dönüb. Adama deyərlər vətənsiz qala bilmirdinsə, niyə
vətənə dalını çevirib gedirdin?
Vaxtilə şor-biznesimizdə at oynadan İradə İbrahimovanın da qardaş ölkədə köpünü aldılar. Qızın “xodunu” necə alıblarsa, hələ də “razqom” götürə bilmir. Işi-gücü səviyyəsiz manıs xəbərlərini paylaşmaq olan saytlardan biri o gün yazıb ki, İradə Bakıya gəlib. Söz yox ki, bu Madonnanın Türkiyəyə gəlişi qədər fırtına qopara bilmədi, amma yeri düşəndə bizimki o, qoca amerikalıdan min dəfə qabiliyyətli və hüsnü camallıdır. Xülasə, gözünüz aydın İradə İbrahimova Bakıya gəlib və yenidən gündəmə bomba kimi düşüb, gündəmi işğal etmək məqsədilə anası və bacısıyla birgə şəkil çəkdirib internetdə sərgiləyib. Vəssalam, gündəm işğal olundu. Ümumiyyətlə, bizdə şou-biznesin gündəmini zəbt etməklə, qədim peşənin ən qocaman peşəkarı Teligöyçək qarının gündəyməzini zəbt etməyin heç bir fərqi yoxdur. Yəni bu qədər ucuz və sadə, eyni zamanda keyfiyyətsiz bir iş.
Amma
İradə Bakıya təkcə anası ilə şəkil çəkdirib internetdə paylaşmaq üçün gəlməyib
ki, o, eyni zamanda qapısını unutduğu Milli Konservatoriyada dövlət imtahanı
verməyə gəlib. Deyilən xəbərlərə görə, qız imtahanı nətəri “veribsə” müəllim və
professor heyətinin rəğbətini qazanıb: “Əslində, təhsil müddətim iki il əvvəl
başa çatmalı idi. Ailə həyatı qurandan sonra imtahanlar qızımın dünyaya gəlməsi
ərəfəsinə təsadüf etdi. Analıq məzuniyyəti götürdüm və qanuna görə, mənim səbəbli
şəkildə iki il fasilə vermə bilmək hüququm var idi. Bu il hüqüqüm bitirdi. Gəldim
və imtahanı uğurla başa vurdum. İmtahan Muğam Mərkəzində keçirilirdi. Ab-havanı
çox sevdim. Səhnə məni bir az da həvəsləndirdi”.
Sonra
İradə İbrahimova hazırda şouxanamızın çiçəklənməsində rolunun azaltmasının səbəblərini
izah edib: “Qızımı dayəyə verib, saatlarla ondan uzaq qala bilmirəm. Ana-bala
bir-birimizə elə bağlanmışıq ki... Ötən ayın sonu Kiprdə konsert proqramı ilə
çıxış edirdim. Ailəlikcə getdik. Mən səhnədən tamaşaçıları coşdurur, əhval-ruhiyyəli
mahnılar oxuyurdum. Bir gözüm onların üzündəki sevincə, bir gözüm də səhnə arxasında
mənim üçün ağlayan İpəyə baxırdı. İnşallah, bir az da böyüsün, daha rahat ola
biləcəm”.
Zəncinin arzuları, Toppuşun ideyaları
Toppuş
bacı adı ilə şouxanımzda məşhurlaşan Tünzalə Əliyeva Arzularindan danışıb.
Deyir, hər kəsin arzusu, sevgisi və nifrəti onun özünə bənzəyər. Toppuş da sənətdən
getməyəcəyi haqqında proqnoz verib. Amma ha çalışdım, sənət dedikdə konkret nədən
danışdığını anlaya bilmədim. Ola bilsin, işıqlarımızın gücü artıb və Toppuşun
gözünə düşüb, o, da çaşıb və şouxanaya sənət, özünə isə sənətkar deyib: “Hələ
ki, səhnədən getmək fikrim yoxdur. Çünki ürəyimdə qalan bir çox tamaşalar var
ki, hələ onları oynamamışam. Eyni zamanda da mənə elə gəlir ki, Azərbaycan mədəniyyəti
üçün dəyərli işlər görməmişəm. Allah mənə can sağlığı verdikcə ürəyimdə qalan
tamaşaları oynayıb istəklərimi yerinə yetirəcəm. Televiziya sahəsində də hələ
ki, həyata keçirə bilməyəcəyim planlarım var. Onlara da nail olduqdan sonra
teatrdan və səhnədən uzaqlaşmağı fikirləşərəm”.
Utanmasan yalan danışmağa nə var ki…
Sağğalım
yoxdur deyə, sözüm keçmir ki. Deyirəm, bir mənə baxın, bir sözümü dinləyin. Kimə
deyirsən, hərə üzünü bir tərəfə tutub gedir. O gün elə buradaca dedimmi ki,
Elnarənin 70 min avroluq klip məsəsləsi yalandır, kökündən şişirtmədir. Baxın,
necə dedimsə elə də oldu. Qız axırda özü çıxıb car çəkdi ki, ay camaat bəsdirin
də niyə belə avamsız, niyə belə fitə gedənsiz? Vallah-billah yalan demişəm.
Elnarə bu sözləri söyləyəndə qətiyyən utanıb qızarmayıb, o, həmişə olduğu kimi
xırda, tum gözlərini qıyaraq gülüə-gülə konuşub: “Mənim bütün mahnılarım,
konsertlərim və kliplərimə görə “Prima production” təşkilatı məsuliyyət
daşıyır. Ən sonuncu sözü həmişə onlar deyirlər. Bu mənim üçün də rahatdır,
çünki mən yalnız oxumaqla məşğulam. Buna artıq öyrəşmişəm, çünki əvvəllər də
professionallara etibar edərək belə iş görmüşəm. Bizdə müğənnilər hər işə
burunlarını soxurlar: həm rejissor işinə, həm montaja, həm də aranjimançının
işinə müdaxilə edirlər. Türkiləyədə isə belə deyil. Hər kəs öz işi ilə məşğul
olur. Şirkət belə etdi ki, mənim klipim bir neçə ay müzakirə olunsun. Onlar belə
dedilər mən də belə etdim. Əslində, mən bu klipə bir manat da xərcləməmişəm.
Düzü, heç özüm də bilmirəm ki, mənim mahnım və klipimə nə qədər pul xərclənib”.
Bir
sözlə, Elnarə yalanını da şişirdə bilib, o, deyib ki, onun yalanı professional
yalandır. əsas da budur, yəni peşəkarlıq.
Uzanıb, ayağını göyə qaldırdı ki…
“Kristal”
qrupunun rəhbəri Mədinə Məlik qrupdakı qızlar üçün sərt qaydalar tətbiq etdiyini
və onların milli-mentalitetin hüdudlarından kənara çıxmalarına izn v ermədiyini
deyib. Aşıqlar demiş, elə hadisənin bu yerində qızlar da rəhbərlərinin sözünü
yalanlamamaq üçün qəşəy-qəşəy şəkil çəkdirib yazının altına yerləşdiriblər.
qızlardan biri araxası üstə yerə uzanıb ayağının birini göyə qaldırıb. Amma
bunu hansı niyyətlə edib, bax onu dəqiq bilmirəm. Mədinə Mələk bu açıqlamasının
ardından çox maraqlı çıxış yapıb: “Onlara demişəm, heç kimə inanmayın. İnanıb
aldadılmaqlarını istəmirəm. Elə qrup rəhbəri tanıyıram ki, heç qulağına deyil, solistlər
haraya getdi, kiminlə münasibət qururlar. Mən əvvəlcədən 6 ay qızlara sınaq
verirəm, üzü ağ çıxdı, qrupa qəbul edirəm”.
Qazan getdi qapağını gətirdi
Dədələrimiz
çox gözəl deyiblər ki, qızı özbaşına qoyarasan, yakömürçüyə, ya da dəmirçiyə
gedər. nənələrimiz isə deyib ki, yox e, ay kişi başsız qoysan da qoymasan da
taylı tayını tapacaq. Bir az da bədilləşdirsək, qapaq diyirlənib qazanını
tapacaq. Tovuzlu model Günay Musayeva ucqar dağ kəndində doğulsa da dedi ki “məndə
iki dövlət bir millət sığsa da mən bu kəndə sığmaram” və üz tutdu qardaş ölkəyə.
qız elə qardaşlarımızın yanına çatan kimi əl atdı tumanına və çəkdi başına. Məşhur
məsəli də yəqin ki, xatırlayırsız da-bir dəfə qalxdısa tumanın enmə ehtimalı
yox dərəcəsindədir.
Xülasə,
qız dığırlanıb özü kimisinin birini tapdı. İndi o gün cütlük valideyn olub. Kürəkənimiz
neyləsə yaxşıdır? Gedib biləyinin üstünə uşaq əlinin şəklini döydürüb ki, guya
ürəyi oğlunun əliylə atır. Day sözüm yoxdur. İndi mən başlayıram sazımı
dınqıltmağa, siz də yavaş-yavaş qoşmadan, müxərrəsdən zaddan döşüyün gəlsin!
Sofya Sadıqlı
Комментариев нет:
Отправить комментарий