19.06.2012

Güney Azərbaycanlı gəlindən hamıya örnək – “Mənə Qarabağ torpağı gətir!”

Güney Azərbaycanın milli-mədəni fəallarından olan Məhsa Mehdili bu günlərdə ailə həyatı qurub.
ann.az-ın “sananews”-a istinadən verdiyi xəbərə görə, Məhsa xanımın kəbinin qeydə alınmasından əvvəl bəydən tələbi Güney Azərbaycanda eşidib-bilən hər kəsin qəlbini riqqətə gətirib.
Yerli adətlərə görə, kəbini qeydiyata almazdan əvvəl gəlin bəydən nəyisə istəmək hüququ var. Məhsa xanım isə güneyli, şimallı bütün Azərbaycan xanımlarına örnək ola biləcək bir arzusunu dilə gətirib. Belə ki, o, bəydən Qarabağ torpağı və Azərbaycan bayrağı istəyib.
Bəy onun istəyini yerinə yetirdikdən sonra isə tərəflərin kəbini reallaşıb.
Xatırladaq ki, xanım Məhsa Mehdili bir müddət öncə Türkiyədən qayıtdıqdan sonra mediaya müsahibə verdiyi üçün, İran rejimi tərəfindən həbs olunmuş və 1 il şərti azadlıqdan məhrum edilmişdi.

Комментариев нет:

Отправить комментарий