01.06.2012

HÜSNÜ MÜBARƏK HƏBSDƏ DƏ KEF EDİR

O, "Bütün inqilabların arxasında ABŞ var” sözlərini bildirib


Xalqın uzun-uzadı mitinqindən sonra hakimətdən gedən Hüsnü Mübarək sən demə həbsxanada da kef cəkirmiş.Misirin  Sabiq Prezidentı Hüsnü Mübarəkin həbs həyatının detalları dünən ilk dəfə mətbuatda yayımlanıb.
PİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlamlıq problemi səbəbiylə paytaxt Qahirədəkı xüsusi bir klinikada müalicə alan Mübarək ciddi təhlükəsizlik tədbirləri altında saxlanılır.
Mübarəkin sağlamlığına 8 saatlıq növbə ilə işləyən 5 tibb bacısı nəzarət edir. Tibb bacıları tərəfindən Mübarəkin otağına mobil telefon keçirilməsinə icazə verilmir. Həkimlər də otağa daxil olmamışdan əvvəl ciddi şəkildə yoxlanılır.

Mübarəkin qaldığı otağa bitişik daha 5 lüks otaq var. Keçmiş lider üçün burada hovuz, cakuzi və sauna da təsis edilib.
Hüsnü Mübarək, "əl-Ehram” və "əl-Ahbar” qəzetlərini hər gün oxuyur və televiziyada isə xüsusilə, Suriya, Liviya və Yəmən kimi ölkələrdəki hadisələri izləyir.
O, "Bütün inqilabların arxasında ABŞ var” sözlərini bildirib.
Misirdəki seçkilərlə yaxından maraqlanan Mübarək, Müsəlman Qardaşların seçkilərdə qazandıqları müvəffəqiyyəti görüb təəccüblənib.

Комментариев нет:

Отправить комментарий