07.06.2012

İstedadlı gənc yazar Zaur Qəriboğlunun yeni sayt-bloqu istifadəyə verilib

Veb ünvanı http://www.gariboglu.net/ olan saytda yazarın esseləri, şeirləri və ədəbi yazıları yer alır. Zaur Qəriboğlunun sözlərinə görə həmçinin bloqda işıq üzü görmüş, nüsxələri satılıb bitmiş kitablarının elektron versiyaları da yerləşdiriləcək. Bununla yanaşı, yaradıcılığı ilə bağlı yazılan digər müəlliflərin məqalələri da saytda yer alacaq: “Düşünürəm ki, bu gün bütün yazılarımın bir yerdə yığılması məni oxuyan və oxumaq istəyənlər üçün maraqlı olacaq. ”—deyə, Zaur Qəriboğlu əlavə edib. 
Bloqun iki gündür ki, yayımlandığına baxmayaraq, artıq kifayət qədər oxucu marağına səbəb olub. Son iki gündə 800 - ə yaxın oxucu bloqa daxil olub. Biz də yazara yaradıcılığında uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий