22.06.2012

ƏLƏVİ HESAB EDİLƏN SURİYA HAKİMİYYƏTİNDƏ KİMLƏR TƏMSİL OLUNUR


Son zamanlar müsəlman ölkələrində İslama qayıdış və onun qanunları əsasında hakimiyyət qurulmasının tərəfdarları artmaqdadır. Müsəlmanların öz dininə qayıdışı isə məlumdur ki, daim onları öz köləsi altında saxlamaq istəyən Qərb üçün əsla arzuolunan deyil. Elə buna görə də Qərb bunun qarşısını almaq üçün regiondakı əlaltıları ilə birgə yeni iyrənc bir üsula əl atmalı olub.

İsraili dağılmaqdan qorumaq, inqilab baş verən ölkələrdə hökuməti xalqın əlindən çıxarıb yenidən Qərbin diktəsi ilə hərəkət edən insanlara təhvil vermək üçün Suriya məsələsi ortaya atıldı.
Bütün dünyanın diqqətini bu ölkəyə cəmləyib altdan-altdan öz işini görən ABŞ və onun başında duran sionizm mərkəzləri hal-hazırda İslam dünyasında məzhəb qarşıdurması planının üstündə iş aparırlar.
Plana əsasən İsraili və həmçinin Qərbin İslam dünyasında maraqlarını təmin etmək üçün sünni-şiə və ələvi düşmənçilik hissələrini qızışdıraraq onları bir-birinin canına salınmalıdır. Buna görə də Ərəb diktatorlarına tapşırıq verilib ki, onların tabeçiliyində olan müftilərin vasitəsilə bu məsələni alovlandırsınlar. Nəticədə müsəlmanların işğalçı İsrailə və ABŞ-a olan nifrət hissələrini özlərinə çevirsinlər.
Hal-hazırda Suriyada bu plandan istifadə olunur. Beləki, İsrailin düşməni olan Suriya hökumətini ələvi olmaqda ittiham edərək sünni, vəhhabi və sələfiləri onlarla vuruşa səsləyirlər. Yəni müsəlmanlar öz güclərini onların torpağını işğal edən İsrailə qarşı yox, bu işğalçı ilə düşmən olan bir ölkəyə qarşı işlətməkdədirlər. Görünən odur ki, müsəlmanların düşmənləri çox məharətlə bu planı həyata keçirməkdədir.
Amma bütün bunlara rəğmən burada başqa bir sual insanı maraqlandırır. O da budur ki, görəsən Suriyada doğurdan da ələvi hakimiyyətidir?
Burada sizə Suriya hakimiyyətində olan yüksəkçinli məmurların və onların mənsub olduqları məzhəblərin adlarını diqqətinizə çatdırmaq istiyirəm:
1-    Faruq əş-Şər. Bəşşar Əsədin birinci müavini-sünni
2-    Məhəmməd Səid Bəxitan. BƏS partiyasında Əsəddən sonra ən nüfuzlu şəxs-sünni
3-    General Əli əl-Məmluk. Suriya Kəşfiyyat İdarəsinin rəhbəri və Bəşşar Əsədə ən yaxın adamlardan biri-sünni.
4-    General Dib Zeytun. Suriyanın siyasi təhlükəsizlik idarəsinin rəhbəri-sünni.
5-    General əl-İxtiyar. Suriya Milli Təhlükəsizlik Şurasının rəhbəri-sünni.
Bunlar Bəşşar Əsəd hakimiyyətində ən yüksəkçinli məmurlardır. Hamısı isə sünnidirlər. Paytaxt Dəməşqdə bütün məscidlər sünni məscididirlər və hətta bir dənə də olsa ələvi məscidi mövcud deyil.
Bütün bunlar onu göstərir ki, İslam düşmənləri öz əlaltıları vasitəsilə bilərəkdən məzhəb məsələsini qabardaraq sui-istifadə edirlər.


http://faktxeber.com/

Комментариев нет:

Отправить комментарий