13.06.2012

MƏNİM İKİ ANAM VAR

Qalib Şəfahət

Qızım Nəzakətə

Dərddən çox böyüyəm mən,
Mənim iki anam var.
İki ürək sirdaşım,
İki dərdim qanan var.
Qızım da, oğlum deyir,
Anamda oğlum deyir.
Hər ikisi keşiyimdə,
Hər ikisi qayğı çəkir.
Arzu, istək böyükdür,
Elə ürəyin qədər.

Hər istəkdən böyükdür,
İstə ürəyin qədər.
Anamın anası da
Elə mənim anamdır,
Biri körpə anamdır,
Biri böyük anamdır.


Комментариев нет:

Отправить комментарий