01.06.2012

Modern silahlar İsrail əsgərlərinin əlində metal tullantısıdır

haberİslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Yediot Aharonot qəzeti İsrail ordusunun zəifliklərini qeyd edərək İranla qarşilaşmaq üçün həmin rejimin lazımi səviyyəyə malik olmadığını vurğulayıb.
Yediot Aharonot qəzeti ötən günlərdə dərc etdiyi məqalədə bildirir ki, Haarets qəzetinin Profesor Bişay bar ilə apardığı müsahibədə İsrail ordusunun təlimlərinin zəif nöqtələri açıqlanıb.
Məlumata görə, İsrail rejiminin əsgərlərinin həyata keçirdiyi təlimlərdə lazım olan hazırlıqlar öyrədilmir və nəticə etibari ilə ən modern silah və sursat onların əlində metal tullantılarından başqa heç nəyə bənzəmir.

İndi çoxları belə bir ciddi sual irəli sürür ki, tutaq İrana hücum baş tutudu; onun ardınca meydana daxil olan "Həmas" və "Hizbullah" qüvvələri qarşısında kim dayanacaq? Zəif və mənəviyyətsiz sionist əsgərləri mi?
Müşahidəçilərin fikrincə sionist rejimin İrana qarşı hücum iddiası daxili istehlak niyyəti ilə irəli sürülən blefdən başqa heç nə deyil.
İsrail hətta "Hizbullah"-"Həmas" müqavimət qüvvələri ilə qarşılaşmaqda aciz olduqlarını çoxdan büruzə verib. Qaldı ki, potensial, imkanları və gücü ilə seçilən İranla.

Комментариев нет:

Отправить комментарий