19.06.2012

Qərbi Azərbaycanlılar Bakıdan çıxarılsın

Qərbi Azərbaycanlılar Bakıdan çıxarılsınQHT sədri: “Onlar üçün yeni rayon yaradıla bilər”


“Urbanizasiyası səbəbi ilə Bakı şəhəri həddə artıq yüklənib. Paytaxtda nəqliyyatından hərəkət çətinləşib, ölkə əhalisi əsasən burda cəmləşib. Ya paytaxt dəyişdirilməli, ya da miqrasiya dayandırılmalıdır”."Vətəninfo.az"ın məlumatına görə,bu təkliflə Hüquqi və Demorkatuik İslahatlar Mərkəzinin sədri İlham Əliyev çıxış edib. HDİM sədri hesab edir ki, əsasən Bakıda daha çox məskunlaşmış Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımız kənara köçürülməlidir: “1988-ci ildə Ermənistandan köçkün düşmüş soydaşlarımız müxtəlif rayonlara səpələniblər. Mənim fikrimcə, zaman keçdikcə bu, onlar arasında qohumluq əlaqələrinin itməsinə səbəb olacaq. Ona görə də, qərbi azərbaycanlılar hardakı məskunlaşdırlıblar, ordan bir bölgəyəy köçürülməlidir. Belə bir ərazi Xızı rayonu və ya Samux ola bilər. Orada qərbi azərbaycanlılar üçün yeni rayon yaradıla və şəhər salına bilər. Bu halda həm qərbi azərbaycanlılar arasında qohumluq bağları itməz, həm də Bakı şəhəri əhali baxımından xeyli yüngülləşər”.

Комментариев нет:

Отправить комментарий