18.06.2012

Şəhərimizin acı həqiqətləri

 Laçın Məmişov


Bizdə adam başına düşən gəlirlərin dəqiq statistikasını təyin etmək qeyri mümkündür. Çünki kimin başı var, gəliri yoxdur, kimin gəliri var başı. Bizdə ən yaxşı halda adamın başına ya iş gələ bilər ya daş düşə bilər. Mitinqə getmirsə təbii, mitinqə getsə hələ başına dubinka da dəyə bilər. Ağəli tebe eto nado ?

Bizim şəhərdə adamın evini Allah tikər, amma Allahsız bəndəsi dağıdıb yerində park salar. Hələ üstəlik sənə bir xuliqan damğası vurub döyə də bilər, döydürə də bilər.
Bizim şəhərdə Bakılı və Şirvanlı olduğun üçün, elmli və zəkalı olduğun üçün səni ya işə götürməzlər, işlədiyin kollektivin rəhbərliyinin daima qəzəbinə tuş gələrsən. Çünki bizim şəhərimizdə Azərbaycanın harda zir-zibili varsa rəhbər vəzifələrədə çalışır. Axmmaqlar həmişə ağıllılardan çəkinər və çəkindiyi üçün də onlardan daima xilas olmağa çalışarlar.
Bizim şəhərdə küçədə getdiyin yerdə kimsə eyvandan başına pampers atsa buna qətiyyən təəcüblənmə, çünki mərkəzdə eyvanları çobanlar zəbt edib. Sevin ki, pampersə hopdurub konservləşdirilmiş şəkildə atırlar hələ ki, amma bir azdan isti isti edəcəklər. Mərkəzin əsl sakinləri və sahiblərini isə şəhər kənarında axtar yaxşı halda. Şəhərin əsl sahibləri şəhərdən didərgin edildi, necə ki, Ağa Yusif Dadaşovun nəvələrini Bakıdan uzaql tutdular və onların Babalarının yadigarı olan binanı söküb yerində "For Season" oteli tikdilər. Bir vaxtlar Bakıda saatlar Ağa Yusif Dadaşovun geyimi ilə təyin edilirdi. Ağa Yusif Dadaşov səhər bir libas, günorta naharından sonra isə başqa libas geyinirdi. Bir sözlə Bakılısansa nə qədər gec deyil mərkəzdəki evini sat çobana başını "po xoroshemu" qurtar. Bakı Bakılılarsız, bu günün gizlin səslənən şüarıdır.
Bizim şəhərdə həqiqəti söyləyirsənsə səni ya dəli hesab edəcəklər, ya səndən uzaq durmağa çalışacaqlar, ya da sənə pıçıltı ilə deyəcəklər. Nəyinə lazımdır ? Başını sal aşağı pulunu qazan. Amma başımı yuxarı qaldıranda başımın üstündə Allahımı görüb Allahsızlıqla barışa bilmirəm. Bir az aşağı salnda isə şəhərə köç etmiş heyvərələrin asfaltın üstündə köpüklənən murdar və üfunətli tüpürcəyini, lap aşağı salanda isə başqa şey görürəm və ilk ağlıma gələn də gördüyümün vasitəsi ilə Bakını bu günə salan dirinin bütün domovoy knijkasına, ölüsünün isə ruhuna söymək olur. Odur ki, başımı dik tutmağı düzgün yol hesab edirəm. Allah hamımızın başını uca etsin İnşAllah, tezliklə Bakımıza rəhmi gəlsin.
Bakımız bir vaxtlar ən azından MDB məkanında Müslim Magomayev, Rəşid Behbudov, Polad Bülbüloglu və "Parni iz Baku" komandası ilə sözün əsl mənasında şöhrətlənirdisə. Bu gün "şöhrəti" ona "Tı kto takoy davaydosvidaniya" gətirir. Hamımızı təbrik edirəm bu "uğurumuz"la.
Allah bundan betərindən saxlasın!

Комментариев нет:

Отправить комментарий