Xosrov Barışanİlk dəfə;
Belə baxıram!
Günəşə
Teleskopdan baxan kimiyəm!!!
Milyardlar,
Tilyardlar il geçsə belə
Arxayınam
Günəş sönməyəcəkdir.
Qısqanıram.
Gözlərivə baxıram.
Gecəylə barışıram.
Yolumu tapmalıyam,
Ulduzlar solmağa başlayır ah...
Solsunlar,
Solsunlar...
Bəh-bəh.
Nədənsə sənə şeir qoşanda
Zibil qabılar da belə bəzənir!!!
Ömrümü doğuram.
İrmisəggiz il
Oxumayır sürətdə trafiklər!
Gözlərindən
Baxa bilirəm adamlara.
Gözlərinlə
Baxa bilirəm adamlara.
İnsanlığı anlayıram.
Taksidə oturmuşuq,
Sənə sən tək baxıram.
Əllərin əllərimdə,
Saqın...
Əllərimdə parazitlər,
Düşməsin əllərivə.
Əllərin bum-buz ah.., əllərin qar kimi!!!
Dəli-dəli əyilib soyuğu öpmək istəyirəm, bəh-bəh...
Комментариев нет:
Отправить комментарий