Türkiyədə Azərbaycan qadınları üçün sinov gedirlər. Ona görə ki, biz çox sosiallaşmışıq, kişidən pul, ev, maşın istəmirik. Yaşamaq mücadiləsində onunla çiyin çiyinəyik və ailədə kişi qadın yeri tanıyanıq. Bunu “Qafqazinfo”ya açıqlamasında jurnalist, türk vətəndaşı ilə ailə qurub orada yaşayan azərbaycanlı jurnalist Kəbutər Haqverdiyeva deyib. O, bildirib ki, Türkiyədə bir məclis olanda azərbaycanlı qadınlarla yerli qadınlar o saat seçilir: “Yerli qadın ərinə “uşağın “çişi” gəldi, baxa bilərsən?” deyir. Bizim qadınlar isə özünüz bilirsiniz? İctimai həyatda da Azərbaycan qadınları çox fəaldırlar.
Giresun Universitetinin rektoru seçilən azərbaycanlı qadın Aygün Attat, elm adamı Gülarə Yenisey, mətbəx verilişinin aparıcısı Sevil Çakır və bu siyahını uzada bilərəm. Bununla belə Azərbaycan qadınlarını pis qələmə verməyə çalışırlar. Bunu müsahibələrimin birində də xüsusilə qeyd etmişdim”.
K. Haqverdiyeva son günlər “Yaxşı Cazibə” serialının final bölümündə Azərbaycan qadının obrazının təhqir olunmasına da münasibət bildirib: “Serialın belə sonluqla nəticələnəcəyi heç də təəccüblü deyil. Heç də düşünmürəm ki, bu aktrisanın rejissoru qəzəbləndirməsinin nəticəsində baş verib. Bu da eyni ssenarilərin davamıdır. Yəni ki, bu qədər yaxşılığın altında da pisliklər yatırmış. Serialdan ayrılmaq istəyən aktrisanı öldürürlər, qəzaya tuş edirlər, ən yaxşı halda çarəsiz qalıb Azərbaycana göndərə bilərdilər”.
Комментариев нет:
Отправить комментарий