19.06.2012

"Yeni Yazarlar" ədəbi-kulturoloji kurs" layihəsinə start verildi


Yeni Yazarlar və Sənətçilər Qurumu, Azərbaycan Yazıçılar Birliyinin İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi, AYB Gənclər Şurası birlikdə bu günlərdə "Yeni Yazarlar" Ədəbi-kulturoloji kurs təşkil edir. Mütəmadi olaraq, ayda 3-4 dəfə, "master-klass" formatında keçirilməsi nəzərdə tutulan, çağdaş milli və dünya ədəbi-estetik, kulturoloji-humanitar düşüncəsinin müxtəlif problemlərinə həsr olunmuş silsilə tədbirlərdə ədəbi yaradıcılıq və yeni media - İnternet-şəbəkə ədəbiyyatı, blogerliklə məşğul olan gənclər, istedadlı şəxslər, kreativ təfəkkürlü qələm adamları iştirak edə bilər...
Kurs real olaraq AYB-nin Natəvan klubunda, muzey və mədəniyyət qurumlarında, ali təhsil ocaqlarında, eləcə də virtual formada müxtəlif sosial şəbəkələrdə, xüsusən də feysbuk.com-dakı ayrıca e-qrupda keçirilir, özündə mühazirələri, dəyirmi masaları, yaradıcılıq emalatxanasında çalışmaları, ədəbi-poetik, fəlsəfi-estetik məclisləri cəmləyir. Ədəbi-kulturoloji kursda tanınmış ustad yazarlarla, qələm adamları və ədəbiyytaşünasların iştirakı, "Master-klass" çıxışları planlaşdırılır... Layihənin sonunda dinləyicilərə kursu bitirilməsi ilə bağlı xüsusi sertifikat veriləcək, yeni nəsil yazarların əsərləri dövri mətbuat, ədəbi dərgilər, ədəbiyat saytları və ayrıca almanaxda nəşr olunacaq, elektron kitab formasında İnternetdə yayımlanacaq, dünya dillərə çevrilib xaricdə çap ediləcək... Kursun və kulturoloji layihənin ümumi rəhbəri, AYB İQAİM və YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), layihənin baş əlaqələndiricisi Zaur Qəriboğludur. "Yeni Yazarlar" ədəbi-kulturoloji kursda yerlər məhdüdür, dinləyizi və fəal iştirakçı qismində iştirak etmək istəyən yaradıcı gənclər, eləcə də digər qələm adamları aşağıdakı e-mail və telefonlar vasitəsi ilə təşkilatçılara müraciət edə bilərlər:



1) Aydın Xan (Əbilov)
e-mail: aydinxan@mail.ru
2) Zaur Qəriboğlu
telefon: (+994050) 331 13 15.
e-mail: gariboglu@yahoo.com



İnformasiya dəstəyi:


www.kitabxana.net - Milli Virtual Kitabxana
"525-ci qəzet",
"Ədəbiyyat qəzeti"
"Ulduz" dərgisi
www.kanal13.tv İnternet telekanalı
www.karabakhinfo.com e-jurnalı...

Комментариев нет:

Отправить комментарий